Rusiya Federasiyasının
Prezidenti Zati-aliləri
cənab Vladimir Putinə
Hörmətli Vladimir Vladimiroviç,
İjevsk şəhərindəki 88 saylı
məktəbdə atəş
nəticəsində uşaqların
və yaşlıların
həlak olması xəbəri məni dərindən sarsıtdı.
Sizə, həlak olanların doğmalarına və yaxınlarına Azərbaycan
xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir,
zərərçəkənlərin hamısına tezliklə sağalmalarını arzu
edirəm.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
26 sentyabr 2022-ci il
Azərbaycan.- 2022.- 27 sentyabr.- S.2.