Hikmət Hacıyev ABŞ Dövlət katibinin
Avropa və Avrasiya məsələləri
üzrə köməkçisi ilə görüşüb
Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Hikmət Hacıyev tviter hesabında bildirib.
H.Hacıyev və K.Donfried arasında keçirilmiş görüşdə münasibətlərin normallaşdırılması prosesinin hazırkı vəziyyəti, sülh müqaviləsi, sərhədlərin delimitasiyası və nəqliyyat məsələləri, o cümlədən ikitərəfli strateji əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.
Azərbaycan.- 2022.- 27 sentyabr.- S.3.