Bir kəndin iki şəhidi
2003-cü il iyunun 16-sı səhərin gözü Lənkəranın Şağlaser kənd sakinləri üçün qara xəbərlə açıldı. Ağadadaş kişinin oğlu İqbalın cəbhə bölgəsində həlak olması xəbəri böyükdən-kiçiyə bütün kənd əhlini sarsıtmışdı.
Ağadadaş kişi halal adam olub. Uzun müddət
yerli təsərrüfatda
sürücü işləyib,
zəhmətlə dolanıb
və övladlarını
da bu yolla
böyüdüb. Hamı onu
el-oba təəssübünü
çəkən, xeyrə-şərə
yarıyan yaxşı
insan kimi tanıyıb.
Günün ikinci yarısında Şağlaser camaatı daha bir şəhid
övladını son mənzilə
yola salırdı. "Daha bir şəhid"
ifadəsini mən əbəs yerə işlətmədim. Şağlaserin
sayseçmə oğullarından
Rəfael Ağayev 1988-ci
ilin dekabr ayında, Asif Əsədullayev 1990-cı ilin
müdhiş 20 yanvar gecəsində, Mütəllim
Fərəcov isə
1998-ci il may ayının 15-də Qarabağ
uğrunda döyüşlərdə
şəhid olublar. İndi budur, şəhidlik qisməti boylu-buxunlu, pəhləvan cüssəli
İqbalın qismətinə
düşmüşdü. Kənd qəbiristanlığında
baxışlar kədərli,
üzlər qəmli,
gözlər nəmli
idi...
İqbal Həsənov
1983-cü il sentyabrın 30-da anadan olmuşdu. Tanıyanlar, bilənlər söyləyirlər
ki, İqbal özünə, sözünə
güvənən oğlan
idi. Mayası zəhmətdən yoğrulmuşdu. Beş qardaş,
altı bacı idilər. Ailədə sonbeşik olan
İqbal heç kimə yük olmaq istəmirdi. Sərbəstliyə, müstəqilliyə
can atırdı. Elə bu
məqsədlə də
orta məktəbin
9-cu sinfində təhsilini
yarımçıq saxlayıb
Rusiyaya qazanc dalınca yollandı.
18 yaşı tamam olanda Vətənə
qayıdıb könüllü
əsgər getdi.
Evə ancaq xoş sorağı gəlirdi.
Bir neçə dəfə komandirlərindən alınan
məktublarda İqbalın
nümunəvi və intizamlı bir əsgər olduğu, döyüş tapşırıqlarına
layiqincə əməl
etdiyi bildirilirdi.
Tərxis olunacağı
barədə sərəncamın
verilməsinə cəmi
bir həftə qalırdı...
İyunun 15-də Milli Qurtuluş günü səhər erməni daşnakları atəşkəs sazişini
xaincəsinə pozaraq
İqbalın qulluq etdiyi Azərbaycan Silahlı Qüvvələrinin
Tərtər rayonundakı
hərbi hissəsinin mövqelərini atəşə
tutdular. Düşmənlə əsl ölüm-dirim
mübarizəsinə girişən
əsgərlərimiz ermənilərin
cavabını layiqincə
verərək onları
susdurmağa müvəffəq
oldular. İqbal bu döyüşdə
fədakarlıq göstərib,
düşmən tərəfə
sarsıdıcı zərbələr
endirdi. Amma çox təəssüf
ki, o, namərd erməni snayperindən yayına bilmədi. Düşmən gülləsinə tuş gələn İqbal Həsənov qəhrəmancasına həlak
oldu. Vətən
torpağı, xalqının
qeyrəti uğrunda şəhid olan lənkəranlı balasının
həyat yolu beləcə əbədiləşdi,
sonsuzluğa qovuşdu
və müqəddəsləşdi...
***
İqbalın vəfatının düz
40-cı günündə daha
bir faciəli xəbər Şağlaser
camaatını sarsıtdı. Kənd qəbiristanlığı
bu dəfə Milli Ordunun baş
leytenantı Zaur Qubad oğlu Nurullayevi öz ağuşuna aldı.
Zauru yaxşı tanıyırdım. Düz iki il -
1994-1995-ci illərdə Şağlaser
kənd tam orta məktəbində onun oxuduğu 9-10-cu siniflərdə
Azərbaycan dili və ədəbiyyatı
fənlərindən dərs
demişdim. Zaur müəyyən xüsusiyyətlərinə görə
həmyaşıdlarından bir qədər fərqlənirdi. O, boy-buxununa,
qədd-qamətinə görə
sinif yoldaşlarından
yaşca böyük görünürdü. Erkən siqaret
çəkməyi də
bəlkə bundan irəli gəlirdi. Sinifdə ara-sıra Qarabağdan söhbət düşəndə Zaur böyüklərə məxsus
ciddi görkəm alaraq: "Darıxma, müəllim, bir gün gələr, gedib ermənilərin dədəsini yandıraram!",
- deyərdi.
Onuncu sinifdə
Zaur artıq öz gələcək həyat yolunu müəyyənləşdirmişdi: o, Həzi Aslanov adına Bakı
Ali Hərbi Ümumqoşun
Komandirlər Məktəbinə
daxil olmaq fikrində idi.
Elə Zaurun öz istədiyi kimi də oldu. 1995-ci ildə
orta məktəbi bitirərək hərbi məktəbə imtahan verib kursant adına layiq görüldü.
Yuxusuz gecələr, gərgin keçən məşğələlər,
təlim-məşq toplantıları
bu lənkəranlı
balasının iradəsini
heç cür qıra bilmədi. O, çətinlikləri,
əzab-əziyyətləri kişi kimi
dəf etməklə daha da mətinləşdi,
bərkidi.
1999-cu ildə
Zaur, nəhayət ki, komandir diplomu
ilə birbaşa cəbhəyanı bölgəyə
göndərildi. Tezliklə burada onu bacarıqlı istehkamçı
zabit kimi tanımağa başladılar.
Zaur mərdliyi
və şücaəti
ilə həm komandirlərin, həm də əsgərlərin
diqqətini özünə
cəlb etdi, hamının hörmətini
qazandı.
Zaur Nurullayev torpaqlarımızn
tezliklə azad olunacağına inanırdı. Təəssüf ki, özü həmin günlərə
qədər yaşaya
bilmədi. 2003-cü il iyulun 22-də hərbi tapşırığı
yerinə yetirərkən
minaya düşərək
həlak oldu.
Zaurun parlaq gələcəyi vardı. O, bəlkə də
haçansa general olacaqdı.
Amma 25 yaşında vaxtsız ölüm ona bu imkanı vermədi. İndi ruhu Vətən göylərində dolaşan
Zaurun generaldan da ali rütbəsi var: şəhidlik rütbəsi!
Bu rütbəni qazanmaq isə hər kişinin işi deyil.
Haradasa oxumuşdum:
"Elə yaşamaq
lazımdır ki, öləndən sonra da yaşaya biləsən". Şəhidliyi ilə xalqın ürəyində özlərinə
əbədi məskən
salan İqbal Həsənov və Zaur Nurullayev kimi Vətən övladları məhz belələrindədir. Qədirbilən Azərbaycan xalqı özünün qəhrəman
övladlarının xatirəsini
həmişə əziz
tutub yaşadacaq.
Ağaddin BABAYEV,
"Lənkəran" qəzetinin əməkdaşı
Azərbaycan.- 2022.- 27 sentyabr.- S.13.