Qətiyyətin, inkişafin və həmrəyliyin təntənəsi
Bu gün torpaqlarımızın azadlığı
ilə nəticələnmiş
Vətən müharibəsinin
başlanmasının ikinci
ili tamam
olur. 44 gün davam edən bu müharibədə qazandığımız Zəfər
Azərbaycanın yüksəlişinin,
Prezident İlham Əliyevin qətiyyətinin
və müdrikliyinin,
Silahlı Qüvvələrimizin
gücünün, hərbçilərimizin
yüksək döyüş
əzminin milli həmrəyliyimizin təntənəsinə
çevrilməklə, tariximizə
xalqımızın qürur
mənbəyi kimi həkk olundu.
Azərbaycan torpaqlarının 30 ilə
yaxın işğal altında qalması müasir beynəlxalq münasibətlərin ən
böyük ədalətsizliklərindən
biri idi. İşğala
məruz qalan da, işğalçı
da gün kimi aydın olsa da, Qərb
siyasi mərkəzləri
əsl həqiqətləri
dilə gətirməkdən
hər vəchlə uzaq oldular. Artıq fəaliyyəti
dayanmış ATƏT-in Minsk qrupunun vasitəçiliyi
ilə aparılan danışıqlarda ilk gündən
ədalətli mövqe
ortaya qoyulmadı.
BMT qətnamələrinə
müvafiq olaraq ərazilərimizin azad edilməsi heç vaxt Minsk qrupunun həmsədrləri tərəfindən
Ermənistanın qarşısında
şərt olaraq qoyulmadı.
Bütün tarixi reallıqlar, tarixi faktlar aydın olsa da, münaqişənin
həllinə cəlb
edilmiş beynəlxalq
missiya işğalçını
öz adı ilə çağırmadı
və 30 ilə yaxın bir dövrdə Azərbaycanın
üzləşdiyi problemin
timsalında beynəlxalq
hüququn norma
və prinsipləri kobud şəkildə pozuldu. Bununla da həm dolayısı, həm də aşkar şəkildə Ermənistanın
işğalçılıq siyasətinə dəstək
verildi və düşünürdülər ki, zamanla, nəsillər
dəyişdikcə Azərbaycan
bu vəziyyətlə
razılaşacaq.
Lakin Azərbaycan dövlətini
və xalqımızı
öz yolundan döndərmək, milli davasından uzaq salmaq mümkün deyildi və xalqımız öz torpaqlarının uzun müddət Ermənistanın
işğalı altında
qalması ilə barışa bilməzdi. Sülh danışıqları
prosesinə sadiq qalan Azərbaycan dövləti torpaqlarını
nəyin bahasına olursa-olsun azad edəcəyini heç bir zaman gizlətmədi.
Bunun üçün,
sadəcə, zamana ehtiyac vardı...
Bu zamanı
isə Heydər Əliyev siyasi kursu və bu
siyasətin layiqli davamçısı olan möhtərəm Prezident
İlham Əliyevin respublikamıza müdrik rəhbərliyi yetişdirdi. Dövlətimizin başçısı bu illər ərzində yürütdüyü siyasətlə
torpaqlarımızın azad
edilməsi üçün
uyğun tarixi şərait formalaşdırdı.
Ermənistan danışıqlar prosesində imitasiya ilə məşğul olanda, Ali Baş Komandanımız ordumuzun döyüş imkanlarını
artırdı. Bu illər ərzində Ermənistan öz ordusu barədə miflər yaradanda Azərbaycan Ordusu təlimlərlə peşəkarlığını
artırdı, işğalçıların
cəbhə xəttindəki
mürəkkəb müdafiə
mövqelərini yarmaq
məqsədilə məşq
etdi.
Beləliklə, "Nə
vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik", - deyən Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində
sərkərdə qətiyyəti
ilə tarixi ədaləti bərpa etdi. Bu qələbə
həm də Azərbaycanın ərazi
bütölüyünün bərpa olunması fonunda beynəlxalq hüququn təntənəsi
kimi tarixə həkk olundu.
Respublikamız İkinci
Qarabağ savaşında
öz ərazi bütövlüyünü təmin
edərkən BMT Nizamnaməsinin
51-ci maddəsini rəhbər
tutdu, bütün addım, hərəkət
və qərarlarında
qəbul olunmuş normalar çərçivəsində,
həm də humanistlik, insanpərvərlik,
sülhsevərlik prinsiplərini
rəhbər tutmaqla hərəkət etdi. Dünya erməniliyi, bəzi xarici təşkilatlar tərəfindən dövlətimizin
ünvanına yalan ittihamlar səslənsə
də, onların heç biri ortaya əsaslı və tutarlı fakt qoya bilməmişlər.
Bir neçə gün əvvəl Laçın rayonuna səfəri zamanı çıxış edən
Prezident İlham Əliyev bir daha bəyan etdi ki, biz döyüş
meydanında ərazilərimizi
azad etmişik: "Heç kim
bu torpaqları bizə bağışlamayıb,
heç kim bu torpaqları bizə danışıqlar
yolu ilə qaytarmayıb. Beynəlxalq təşkilatlar, o cümlədən BMT, onun
Təhlükəsizlik Şurası,
ATƏT işğalçı dövləti məcbur edib buradan çıxarmalı
idi. Ermənistana qarşı sanksiyalar
tətbiq edilməli idi. Bunların heç biri
görülmədi. Əksinə, bu işğalı əbədiləşdirmək üçün
Ermənistan, dünya
erməniliyi və onların xaricdəki havadarları birləşərək
bu çirkin niyyəti həyata keçirmək istəyirdilər.
Mən isə həmişə deyirdim ki, Azərbaycan
xalqı buna heç vaxt razı olmayacaq. Həmişə deyirdim ki, məsələ sülh yolu ilə həll
olunmasa, bunu hərb yolu ilə həll edəcəyik və etdik".
Biz torpaqlarımızın
ordumuzun rəşadəti,
şəhidlərimizin qanı,
qazilərimizin canı
bahasına işğaldan
azad etdik. Vətən müharibəsində
3 min nəfərə qədər
Vətən oğlu canından keçdi.
Qarabağ və Şərqi
Zəngəzur indi bizim üçün həm də ona görə müqəddəsdir ki, bu torpaqlara igid
oğullarımızın qanı
hopub. Prezident İlham Əliyevin
sərəncamı ilə
27 Sentyabrın Anım
Günü kimi təsis olunması şəhidlərimizin xatirəsinə
ehtiramın ən böyük nümunəsidir.
Prezident İlham Əliyevin tapşırığına əsasən,
Vətən müharibəsi
şəhidlərinin ailələri,
müharibə iştirakçıları
ilə bağlı görülən sosial dəstək tədbirləri
də cəmiyyətdə
böyük razılıqla
qarşılanır. 2021-ci ildə
3 min mənzil və fərdi ev
şəhid ailələri
və müharibə əlillərinə verilib. Bu il
üçün bu kateqroiyadan olan vətəndaşlara daha
1500 mənzil və fərdi evin verilməsi nəzərdə
tutulur.
44 günlük Vətən müharibəsindən
sonrakı dövrdə
genişmiqyaslı sosial
dəstək tədbirlərinin
bir istiqaməti kimi şəhid ailələri və müharibə iştirakçılarından
ibarət 13,5 min şəxs
aktiv məşğulluq
proqramlarına, o cümlədən
8 min şəxs özünüməşğulluq
proqramına cəlb olunub. İndiyədək 2 minə yaxın
şəhid ailəsi
üzvü və müharibə veteranı özünüməşğulluq proqramı çərçivəsində
mal və materiallar formasında aktivlərlə
təmin olunub.
İki həftə
əvvəl dövlət
sərhədi istiqamətində
Ermənistanın təxribatları
ilə əlaqədar
həyata keçirilən
cavab tədbirləri bir daha göstərdi
ki, "dəmir yumruq" yerindədir və istənilən an düşmənin başını əzməyə
hazırdır. Bu döyüşlər bir daha Azərbaycan Ordusunun gücünün,
döyüş ruhunun
təntənəsi oldu.
Xəbərdarlıqlardan nəticə
çıxarmayan İrəvan
yenidən "dəmir
yumruğ"un zərbəsini aldı. Azərbaycan Ordusu əzici üstünlüyünü bir
daha döyüş meydanında sübuta yetirdi. Eyni zamanda bu hadisə Azərbaycan dövlətinin beynəlxalq
birlikdəki mövqelərinin
nə qədər möhkəm olduğunu bir daha nümayiş
etdirdi. Çünki Ermənistan nə
qədər cəhd etsə belə hadisələr zamanı beynəlxalq miqyasda özünə dəstək
qazana bilmədi.
N.Paşinyan gecə saatlarında
telefonlardan sallanaraq ora-bura zənglər etsə də, heç nəyə nail olmadı. Ermənistan üzvü olduğu
Kollektiv Təhlükəsizlik
Müqaviləsi Təşkilatının
da öz təxribatçı oyunlarına
alət edə bilmədi.
Bir sözlə, bir neçə gün əvvəl baş verən döyüşlər
tarixə Azərbaycan
dövlətinin gücünün
növbəti təcəssümü
kimi həkk olundu. Bir daha göründü ki, Ermənistan hərbi təxribatlarla heç nəyə nail ola
bilməyəcək və
Azərbaycan onu üzərinə götürdüyü
öhdəlikləri yerinə
yetirməyə məcbur
edəcək.
İşğaldan azad olunmuş ərazilərimizdə bərpa
və quruculuq işləri sürətlə
və sistemli şəkildə davam edir. Bu torpaqları azad edən Prezident İlham Əliyevin diqqət və qayğısı ilə şəhər və kəndlərimizə
yeni həyat bəxş olunur. Bərpa və quruculuq işləri isə kompleks şəkildə həyata keçirilir.
Həm yeni infrastrukturlar inşa edilir, həm Qarabağ və Şərqi Zəngəzurun
iqtisadiyyatı bərpa
olunur, həm də keçmiş məcburi köçkünlərin
doğma yurdlarına qayıtmaları üçün
təsdiqlənmiş baş
planlara uyğun olaraq yaşayış məhəllələri salınır,
kəndlər "ağıllı"
konsepsiyalarla yenidən
qurulur.
Gələn il Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası,
işğaldan azad olunmuş ərazilərə
Böyük qayıdışın
təmin edilməsi üçün şəhər
və kəndlərin
yenidən qurulması,
həmin ərazilərdə
müasir infrastrukturların
yaradılması məqsədilə
2023-cü ilin dövlət
büdcəsindən 3 milyard
manat vəsaitin ayrılması nəzərdə
tutulur. Bu ilk növbədə
göstərir ki, işğaldan azad olunmuş ərazilərin
bərpası sürətlə
gedir. Başqa bir həqiqət
isə ondan ibarətdir ki, Qarabağ və Şərqi Zəngəzurun
bərpası üçün
Azərbaycanın yetərincə
maliyyə imkanları
var.
Hadi RƏCƏBLİ,
siyasi elmlər doktoru,
professor
Azərbaycan.- 2022.- 27 sentyabr.- S.14.