Vandalizm terrorçuluğun daha bir əlaməti

 

Azərbaycanın diplomatik nümayəndəliklərinə edilmiş hücumlar beynəlxalq hüququn pozulmasıdır

 

 

Döyüş meydanında aldığı acı məğlubiyyətdən özünə gələ bilməyən Ermənistan indi müxtəlif təxribatlara əl atır. Belə ki, Azərbaycanın dinc sakinlərini hədəfə almaqla kifayətlənməyən düşmən indi xarici ölkələrdəki nümayəndəliklərimizə qarşı   hücumlar təşkil edir.

Bu, erməni xislətindən irəli gəlir. Erməni diasporunun xaricdə səfirliklərimizə qarşı hücumları onların rəzil durumda olduqlarını göstərir. Erməni terrorizminin baş qaldırması - ASALA terror təhlükəsinin aktuallaşması, Azərbaycan səfirliklərinə hücumlar, ermənilərin siyasi terror təcrübəsi xarici səfərlərdə olan Azərbaycan rəsmilərinə qarşı potensial hücumların olması riskini gündəmə gətirib.

 

 

 

Bu ölkələrin polis təhlükəsizlik qüvvələri qətiyyətli tədbirlər görməlidirlər

 

 

 

Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin ermənilərin radikal nümayəndələrinin hücumuna məruz qaldığı ilk hal deyil. Özündə vandalizm terror elementlərini ehtiva edən bu hücumlar diplomatlara xəsarət yetirmək məqsədini güdür. Belə hal ABŞ, Gürcüstan, Livan, Fransa digər ölkələrdəki səfirliklərimizdə qeydə alınıb.  Aydın görünür ki, işğalçı ölkə sülh prosesində maraqlı deyil, öz təcavüzkar siyasətini hələ davam etdirmək niyyətindədir. ABŞ-dakı erməni lobbisinin nümayəndələri Azərbaycanın Vaşinqtondakı səfirliyi önünə toplaşaraq anti-Azərbaycan şüarlar səsləndiriblər. Xüsusilə Fransada "dinc aksiya" keçirmək adı ilə radikal formada səfirliyimizin binasına daxil olmağa cəhd edilmiş, vandalizm xarakterli əməllər törədilmişdir. Təəssüf ki, səfirlik binası diplomatların mühafizəsi beynəlxalq hüququn tələblərinə uyğun şəkildə təmin edilməmişdir. Bu isə dövlətlərin beynəlxalq hüquqla götürdüyü öhdəliklərin pozulması deməkdir. Baş verən hadisəyə bu ölkənin biganə qalması biabırçılıqdır. Daha açıq desək, Fransanın beynəlxalq hüququ saymamasıdır. Bundan istifadə edən erməni vandalları əvvəlcə səfirliyin qarşısındakı dəmir maneələri aşırıb, sonra isə binanın giriş qapısını sındırmağa, içəri daxil olmağa çalışıblar. Görünür ki, Azərbaycanın nüfuzunun artması erməniləri onların havadarlarını ciddi narahat edir.

Radikal ermənilər Livanda da səfirliyin binasına hücum etməyə çalışıblar. Lakin polis əməkdaşları bunun qarşısını alıb toqquşma baş verib. Azərbaycan səfirliyinin binasına daxil olmağa çalışan ermənilər Beyrut polisinə hücum ediblər. Polis əməkdaşları təxribatın qarşısını almaq məqsədilə gözyaşardıcı bombalardan istifadə ediblər.

Gürcüstanda yaşayan ermənilər Azərbaycanın Gürcüstandakı səfirliyinə doğru yürüş etmək istəyiblər. Polis əllərində Ermənistan bayraqları tutan yürüş iştirakçılarının qarşısını kəsib. Bu zaman polislə insident yaşanıb. Əraziyə çox sayda hüquq-mühafizə orqanı əməkdaşları cəlb edilib. Azərbaycanın Gürcüstandakı səfirliyinin təhlükəsizlik tədbirləri gücləndirilib.

Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə edilmiş bu hücumlar beynəlxalq hüququn, xüsusilə də BMT tərəfindən qəbul edilmiş "Diplomatik əlaqələr haqqında" 1961-ci il tarixli Vyana Konvensiyasının, "Beynəlxalq müdafiədən istifadə edən şəxslərə, o cümlədən diplomatik agentlərə yönəlmiş cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında" 1973-cü il tarixli Konvensiyasının kobud pozuntusudur. Xüsusilə vurğulayaq ki, diplomatların və diplomatik nümayəndəliyin təhlükəsizliyinin təmin edilməsi öhdəliyi onların yerləşdiyi ölkənin üzərinə düşür.

 

 

Erməni təxribatlarına dəstək verənlər

 

 

Səfirliklərin ərazisi dövlətlərin ərazisi hesab olunur. Bu da suverenlik məsələsini önə çıxarır. Bu halda səfirliyin fəaliyyət göstərdiyi ölkənin beynəlxalq və daxili hüquqla məsuliyyəti yaranır. Lakin biz görürük ki, bəzən Ermənistanla münasibətlərdə Vyana konvensiyası keçərli olmur. 1960-cı illərdən etibarən "Daşnaksütyun" partiyası, həmçinin ASALA tərəfindən onlarca türk diplomatı qətlə yetirilib. Bu gün də ermənilər eyni addım atırlar. Bu, beynəlxalq cinayət və beynəlxalq diplomatiya hüququnun pozulmasıdır. Eyni zamanda digər dövlətlərin Azərbaycana qarşı yol verdiyi kobud səhvdir.

Bu gün faktiki olaraq həm ABŞ, həm də Fransada yerləşən Azərbaycan səfirliklərinə, onların əməkdaşlarına qarşı ermənilərin terrorçu davranışlarına şahidlik edirik. Çünki həmin ölkələrin xüsusi mühafizə, təhlükəsizlik orqanları öz vəzifələrini yerinə yetirməyiblərbu davranışları ilə beynəlxalq terrorizmə haqq qazandırırlar. 

Ermənilər bu hərəkətləri ilə getdikcə dünyanın gözündən düşürlər. Hətta xarici ölkələrin siyasətçiləri onların yalançı gözyaşlarına inanmır, ermənilərin kim olduğunu gözəl bilirlər.

ASALA-nın terror təşkilatı kimi tanınması elə hər şeyi deyir. Amma görünən mənzərə odur ki, Azərbaycanda ən kiçik hadisəni belə beynəlxalq səviyyədə şişirdən bəzi təşkilatlar erməni terroru qarşısında susmaq yolunu seçiblər. Bu, növbəti dəfə ikili standartların bariz nümunəsidir.

 

Elşən YƏHYAYEV,

Azərbaycan.-2022.- 28 sentyabr.- S.9.