Daxili işlər naziri Türkiyədə
təhsil almaq üçün
seçilən polis əməkdaşlarını
qəbul edib
“Azərbaycan Respublikası hökuməti və Türkiyə Respublikası hökuməti arasında polis təhsili sahəsində əməkdaşlıq haqqında” protokola əsasən, 2022-2023-cü tədris ilində Türkiyə Milli Polis Akademiyasının Polis Rəisləri Təlim Mərkəzində təhsil almaq üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə (DİN) 20 yer ayrılıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazir, general-polkovnik Vilayət Eyvazovun göstərişinə əsasən DİN-in “Avtomatlaşdırılmış kadr informasiya sistemi” vasitəsilə şərtlərə uyğun olaraq bakalavr ali təhsil dərəcəsinə malik, türk dilini yaxşı bilən, fiziki hazırlıqlı, geniş dünyagörüşlü, müasir informasiya texnologiyaları ilə işləməyi bacaran 20 gənc əməkdaşı seçilərək sənədləri qardaş Türkiyənin müvafiq təhsil müəssisəsinə göndərilib.
Bu münasibətlə seçilmiş əməkdaşları qəbul
edən daxili işlər naziri
Vilayət Eyvazov onları təbrik edərək
iki qardaş ölkənin
Daxili İşlər nazirlikləri
arasındakı əməkdaşlığın yüksək
səviyyədə olmasını məmnunluqla qeyd edib, təhsil
alacaqları dövrdə türkiyəli həmkarlarının
təcrübələrindən yararlanmağı, öz üzərilərində daim işləməyi, biliklərini və fiziki hazırlıq səviyyələrini
artırmalarını tövsiyə edib.
O, əmin olduğunu bildirib
ki, təhsil alacaqları müddətdə
onlar Azərbaycan Polisini,
xalqımızı şərəflə təmsil edəcəklər.
Azərbaycan.- 2022.- 25 sentyabr.- S.3.