"Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında
beynəlxalq informasiya təhlükəsizliyinin
təmin edilməsi sahəsində əməkdaşlıq
haqqında Saziş"in
təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2022-ci il iyunun 24-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti onun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan
Respublikasının Xarici İşlər
Nazirliyi Sazişin
qüvvəyə minməsi üçün
zəruri olan dövlətdaxili
prosedurların yerinə yetirildiyi barədə
Rusiya Federasiyası Hökumətinə bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
9 sentyabr 2022-ci il
Azərbaycan.- 2022.- 10 sentyabr.- S.2.