Azərbaycanın müdafiə naziri
Türkiyə kontingentinin rəhbəri ilə
görüşüb
Sentyabrın 9-da Azərbaycan Respublikasının
müdafiə naziri
general-polkovnik Zakir Həsənov Türkiyə-Rusiya
Birgə Monitorinq Mərkəzinin Türkiyə
kontingentində səlahiyyət
müddəti başa
çatan general-leytenant
Abdullah Katırcını qəbul
edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında bütün münasibətlərin,
o cümlədən hərbi
əməkdaşlığın qardaşlıq, dostluq üzərində qurulduğu
xüsusi vurğulanıb.
Müdafiə naziri general-leytenant A.Katırcıya gələcək
fəaliyyətində uğurlar
arzulayıb.
Qeyd edək ki, Türkiyə-Rusiya
Birgə Monitorinq Mərkəzinin Türkiyə
kontingentinə bundan sonra general-mayor Fatih Akpınar rəhbərlik edəcək.
Azərbaycan.- 2022.- 10 sentyabr.- S.2.