Milli Məclisin sədri Sahibə Qafarova
Özbəkistan mediasına müsahibə verib
Özbəkistanın Daşkənd şəhərində keçirilən Qadın Parlament Sədrlərinin 14-cü Sammitində iştirak edən Milli Məclisin sədri Sahibə Qafarova burada yerli kütləvi informasiya vasitələrinə müsahibə verib.
Milli Məclisin
Mətbuat və ictimaiyyətlə əlaqələr
şöbəsindən AZƏRTAC-a bildiriblər ki, parlamentin sədri Sammitin əhəmiyyəti və müzakirə
olunan mövzuların aktuallığı
barədə media nümayəndələrinin
suallarını cavablandırıb. Parlamentin sədri Azərbaycanla
Özbəkistan arasında münasibətlərin dinamik inkişafı, tərəflər
arasında bir çox
sahələri əhatə edən geniş
əməkdaşlıq, həmçinin iki
ölkənin parlamentləri arasında əlaqələrin daha da dərinləşdirilməsi
istiqamətində görülən işlər barədə
danışıb.
Azərbaycan.- 2022.- 10 sentyabr.- S.3.