Kraliça dünyasını dəyişdi

 

Avropalıların sevimlisi II Elizabetin taxt-tacına oğlu, Şahzadə III Çarlz sahiblənir

 

70 il Böyük Britaniyaya rəhbərlik etmiş Kraliça II Elizabet 96 yaşında əbədiyyətə qovuşdu. Bu kədərli xəbər cəmi bir neçə dəqiqə ərzində bütün dünyaya yayıldı. Bukingem Sarayından verilən məlumata əsasən, srağagün həkimlər monarxın səhhəti ilə bağlı narahatlıqlarını bildirdikdən sonra Kraliçanın bütün övladları, eləcə də onun nəvələri, taxtın varisi - şahzadə UilyamHarri II Elizabetin Şotlandiyadakı Balmoral iqamətgahına toplaşdılar. Bir neçə saatdan sonra isə qəsrdən kədərli xəbər yayıldı: "Kraliça bu gün günorta Balmoralda rahat şəkildə vəfat etdi".

 

Böyük Britaniyada 10 günlük milli matəm elan olunub

 

Kraliçanın oğlu, yeni Kral III Çarlz  Millətlət Birliyinin 14 ölkəsində yeni monarx dövlət başçısı kimi yas mərasimlərinə rəhbərlik edəcək. Hazırda 73 yaşlı III Çarlz Britaniya tarixində taxt-taca sahiblənən ən yaşlı monarxdır. Onun həyat yoldaşı Kamilla kraliça-konsort (hökmdar kimi kraliça əri ilə eyni sosial rütbənin ərinin monarxiya titulunun qadın ekvivalentinin daşıyıcısıdır, lakin regentin siyasi hərbi səlahiyyətlərinə malik deyil) olacaq.

II Elizabetin monarxlığı dövründə 1874-cü il təvəllüdlü Uinston Çörçilldən başlayaraq, hazırda Liz Trass da daxil olmaqla, Böyük Britaniyaya 15 baş nazir təyin olunub. Sonuncu analoji mərasim Kraliçanın ölümündən 1 gün əvvəl keçirilib.

Hazırda Böyük Britaniyada Millətlər Birliyinə üzv olan 53 ölkədə yaşayan insanların əksəriyyəti Kraliçanın hakimiyyəti dövründə doğulub bütün həyatlarını yaşayıblar. 1952-ci ildə başlayan bu dövr Yeni Elizabet dövrü kimi tarixə yazılıb bu dövr bu il sentyabrın 8-də bitdi...

Dünəndən etibarən kral ailəsi yas içindədir. Böyük Britaniyada 10 günlük milli matəm elan olunub. Bütün rəsmi tədbirlər təxirə salınıb ya ləğv edilib, Britaniyanın özündə onun hüdudlarından kənarda Kral iqamətgahları, hökumət binaları, hərbi obyektlər üzərində bayraqlar yarıya endirilib. Parlament üzvləri Kraliçaya ehtiramlarını bildirəcək yeni Krala sədaqət andı içəcəklər.

Yerli milli dövlət xeyriyyə təşkilatları kilsə zənglərinin matəm dualarının sədaları altında öz mərasimlərini keçirəcək, başsağlığı kitabları açacaqlar. Yaxın iki həftə ərzində monarxın rəsmi dövlət dəfn mərasimi keçiriləcək.

Bukingem Sarayının son bəyanatında bildirilir: "Kraliçanın vəfatından sonra Əlahəzrət Kral (III Çarlz) arzu etdiyini deyib ki, matəmin müddəti hazırkı vaxtdan başlayaraq Kraliçanın dəfnindən sonrakı yeddi gün boyunca davam etsin". Eyni zamanda qeyd olunur ki, dəfn mərasiminin tarixi hələlik təyin olunmayıb müvafiq qərar vaxtında qəbul ediləcək.

 

8 sentyabr - II Elizabet dövrünün sonu

 

Britaniya bir çox dövlətlərin siyasətçiləri ölkəyə 70 il rəhbərlik etmiş II Elizabetin ölümünə kədərlə reaksiya veriblər. Böyük Britaniyanın yeni Baş naziri Liz Trass mərhum Kraliçanı "müasir Britaniyanın üzərində qurulduğu qaya" "Britaniyanın özünün ruhu" adlandırıb. O, qeyd edib ki, Kraliçanın vəzifəyə sadiqliyi hamı üçün nümunədir, 8 sentyabr isə böyük itki günü II Elizabet dövrünün sonudur. Hökumət başçısı həmçinin xalqı yeni Kral III Çarlzı dəstəkləməyə çağırıb.

Kral III Çarlz bəyanat yayaraq anasının ölümünün onun bütün Kral ailəsi üçün ən böyük kədər anı olduğunu söyləyib: "Bilirəm ki, onun vəfatı bütün ölkədə, Birlik ölkələrində dünyada saysız-hesabsız insanlar tərəfindən dərindən hiss olunacaq. Yas dəyişiklik dövründə Kraliçaya  bəslənilən bu hörmət sevgini duymaq ailəm mənim üçün böyük təsəlli olacaq".

Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson tviterdə Kraliçanın "dərin müdrikliyini, tarixi prosesləri dərk etməsini tükənməz fədakarlığını" qeyd edib.

ABŞ Prezidenti Co Bayden birinci xanım Cil Baydenin birgə bəyanatında Kraliça II Elizabetin öz hakimiyyəti ilə bütün bir dövrü formalaşdırdığı vurğulanır.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen II Elizabeti dünyanın ən hörmətli şəxsiyyətlərindən biri adlandırıb. O, Avropada onun hüdudlarından kənarda müharibənin barışığın, eləcə planetimizdə cəmiyyətimizdə dərin dəyişikliklərin şahidi olub.

Almaniyanın Federal Prezidenti Frank-Valter Ştaynmayer başsağlığı teleqramında Kraliça II Elizabeti bütöv bir əsrin formalaşmasına təsir göstərmiş qadın adlandırıb: "Əlahəzrət bütün dünyada ən yüksək tanınma hörmətə layiq idi".

Almaniyanın Federal Kansleri Olaf Şolts tviter səhifəsində yazıb: "Kraliça II Elizabetin vəfatı üçün yas tuturuq. O, Almaniyada da daxil olmaqla milyonlarla insan üçün nümunə ilham mənbəyi idi. İkinci Dünya müharibəsinin dəhşətlərindən sonra Almaniya-Britaniya barışığına verdiyi töhfə yaddaşlardan silinməyəcək. O, həm böyük yumor hissi olan insan kimi daim xatırlanacaq".

Fransa Prezidenti Emmanuel Makron tviter hesabında yazıb ki, Əlahəzrət Kraliça II Elizabet 70 ildən artıqdır Britaniya millətinin davamlılığını birliyini təmsil edib: "Mən onu Fransanın dostu, mehriban bir Kraliça kimi xatırlayıram. Ölkəsinə öz əsrinə təsiri uzun müddət hiss olunacaq".

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviter səhifəsində II Elizabetin vəfatı barədə xəbəri böyük kədərlə qəbul etdiyini yazıb: "Kral ailəsinə, dostumuz müttəfiqimiz olan Böyük Britaniya xalqına hökumətinə dərin hüznlə başsağlığı verirəm".

Hollandiya Kralı Villem-Aleksandr, həyat yoldaşı Maksima anası Şahzadə Beatriks Kraliça II Elizabetin ölümü ilə bağlı feysbukda bəyanat yayıblar. Onlar mərhum Kraliçanı "Bütün həyatını Britaniya xalqına xidmətə həsr etmiş inadkar müdrik insan" adlandırıblar.

İspaniya Kralı VI Filip Britaniya Kral ailəsinə başsağlığı teleqramı göndərib. O, teleqramında "Hamınız ürəyimizdə düşüncələrimizdəsiniz. Onu sevgi ilə xatırlayacağıq" yazıb.

Rusiya Prezidenti Vladimir Putin teleqramında Böyük Britaniyanın yeni Kralı III Karla bütün britaniyalılara başsağlığı verib: "Birləşmiş Krallığın ən yaxın tarixindəki ən mühüm hadisələr Əlahəzrətin adı ilə qırılmaz şəkildə bağlıdır. Uzun onilliklər ərzində II Elizabet haqlı olaraq öz təbəələrinin sevgi hörmətinə, eləcə dünya səhnəsində nüfuza sahib olub".

Roma Papası Fransisk Böyük Britaniyanın yeni Kralı III Karla anasının vəfatı ilə bağlı başsağlığı teleqramı göndərib. Orada deyilir ki, Roma Papası II Elizabetin Britaniya xalqının Birlik ölkələrinin rifahı naminə yorulmaz xidmət etdiyi həyatına, vəzifə borcuna nümunəvi sədaqətinə, İsaya sarsılmaz inamına hörmət edir.

BMT-nin Baş katibi Antonio Quterreş tviterdə II Elizabetin onilliklər ərzində BMT-nin "böyük dostu" olduğunu onun "liderliyinin fədakarlığının" bütün dünyanı heyran etdiyini bildirib.  

 

4 övlad, 8 nəvə, 12 nəticə

 

Kraliça II Elizabet - Elizabet Aleksandra Meri Vindzor 1926-cı il aprelin 21-də Londonun Meyfer şəhərində anadan olub. O zaman çətin ki, kimsə onun monarx olacağını proqnozlaşdıra bilərdi, lakin 1936-cı ilin dekabrında əmisi VIII Edvard iki dəfə boşanmış amerikalı Uollis Simpsonla evlənmək üçün taxt-tacdan imtina edib Böyük Britaniyanın Kralı Elizabetin atası VI Corc, ailə üzvləri arasında Lilibet adlandırılan 10 yaşlı qız isə taxt-tacın varisi olub.

Üç ildən sonra faşist Almaniyası ilə müharibə başlayıb. Elizabet kiçik bacısı şahzadə Marqaret müharibənin çox hissəsini Vindzor qəsrində keçiriblər, çünki valideynləri tərəfindən Kanadaya təxliyə olunmaqlarından qəti şəkildə imtina ediblər.

Elizabetin 18 yaşı tamam olanda o, beş ay Britaniya Ordusunun Ərazi Köməkçi Xidmətində qulluq edib təlim keçərək sürücü - mexanik peşəsinə yiyələnib. Müharibə boyu o, dəniz donanmasında xidmət edən qohumu, Yunanıstan şahzadəsi Filiplə yazışıb. Filipp ilk görüşdən şahzadədə güclü təəssürat yaradıb. Müharibədən sonra onların romantik münasibəti başlayıb 1947-ci il noyabrın 20-də Vestminster abbatlığında (Müqəddəs Pyotr kilsəsi) cütlüyün toyu olub. Bundan sonra şahzadə Filipə Edinburq hersoqu titulu verilib.

 Elizabet Filipp - ötən il 99 yaşında vəfat edənə qədər 74 il  birgə xöşbəxt həyat sürüblər.

Kraliçanın dörd övladı - Çarlz, Anna, Endrü Edvard, habelə 8 nəvəsi 12 nəticəsi var. Şahzadə Çarlz Kral olduqdan sonra onun oğlu Şahzadə Uilyam taxt növbəsində birincidir.

 

Rizvan CƏFƏROV

 

Azərbaycan.- 2022.-10 sentyabr.- S.8.