Tailandlı səyyah: İşğal illəri ərzində ermənilər bu ərazilərdə yalnız dağıntılar törədiblər

 

Təəssüflər olsun ki, burada hər tərəf dağıntı içərisindədir. Amma sevindirici hal odur ki, Azərbaycan hökuməti bu regionun yenidən dirçəlməsi məqsədilə genişmiqyaslı tikinti-bərpa işləri aparır. Ümid edirəm ki, Azərbaycanın bu gözəl Qarabağ regionuna dünyanın hər bir ölkəsindən daha çox turist səfər edəcək.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri erməni işğalından azad edilmiş Füzuli şəhərinə səfər edən beynəlxalq səyahətçilər qrupuna daxil olan tailandlı Ponqtarin Tanthasindhu deyib.

“Təəssüflər olsun ki, işğal illəri ərzində ermənilər bu ərazilərdə yalnız dağıntılar törədiblər”, - deyən Ponqtarin Tanthasindhu bildirib ki, ermənilərin basdırdığı minalar səbəbindən turistlərin bu yerlərə sərbəst səfər etmək imkanı yoxdur: “Ümid edirəm ki, bir gün bütün minalar təmizləndikdən sonra insanlar bu ərazilərin gözəlliyinin bir daha şahidi olacaqlar”.

 

Azərbaycan.- 2022.- 10 sentyabr.- S.5.