Hotel
və konfrans mərkəzində tikinti işləri davam edir
Prezident
İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın
Şuşaya səfəri
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və birinci
xanım Mehriban Əliyeva Şuşa şəhərində
hotel və konfrans mərkəzində aparılan tikinti işləri
ilə tanış olublar.
AZƏRTAC
xəbər verir ki, Prezidentin Şuşa rayonunda xüsusi
nümayəndəsi Aydın Kərimov dövlətimizin
başçısına və birinci xanıma görülən
işlər barədə məlumat verdi.
Bildirildi ki, ümumi ərazisi 3 hektardan artıq olacaq hotel və konfrans mərkəzinin inşaat işlərinə bu ilin aprelində başlanılıb. Mərkəz ümumilikdə 154 otaqdan ibarət olacaq. Burada 400 nəfərlik konfrans zalı, görüş otaqları, restoranlar, mağazalar, yeraltı və yerüstü avtodayanacaqlar və digər zəruri infrastruktur yaradılacaq.
Qeyd edək ki, Şuşa
hotel və konfrans mərkəzinin
inşası şəhərin tarixi
görkəminin bərpası, əvvəlki şöhrətinin
özünə qaytarılması və ənənəvi zəngin
mədəni həyatına qovuşması üçün
aparılan bərpa-quruculuq işlərində mühüm
yer tutur. Qədim dövrdə Böyük
İpək Yolunun əsas
qovşaqlarından biri olan
Şuşa Avropa və
Şərq şəhərləri ilə birbaşa
ticarət əlaqəsi saxlayırdı. Bu
şəhərlərdən davamlı gəlib–gedən tacirlərin
gətirdikləri malları saxlamaq üçün karvansaraylar
tikilirdi. Məhz bu
baxımdan mərkəz karvansaray konsepti əsas götürülərək müasir və milli
memarlıq üslublarının sintezi ilə
dizayn edilib. Xarici görünüşündə milli memarlıq elementləri tətbiq olunacaq. Fasadın üzlənməsində isə
şəhərin tarixi binalarının
tikintisində işlədilən Şuşa
daşından istifadə ediləcək.
Azərbaycan.-2022.- 29 sentyabr.- S.2.