Xüsusi
nümayəndəliyin binasında hər cür şərait
yaradılıb
Prezident
İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın
Şuşaya səfəri
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və birinci
xanım Mehriban Əliyeva Azərbaycan Respublikası
Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin
binasında yaradılan şəraitlə tanış olublar.
AZƏRTAC
xəbər verir ki, Prezidentin Şuşa rayonunda xüsusi
nümayəndəsi Aydın Kərimov dövlətimizin
başçısına və birinci xanıma görülən
işlər barədə məlumat verdi.
Bildirildi ki, bina 1970-ci illərdə inşa edilib. Burada bərpa və yenidənqurma işlərinə 2021-ci ilin iyununda başlanılıb. Binada ümumilikdə 41 iş otağı var. Burada əməkdaşların yüksək səviyyədə çalışması üçün hərtərəfli şərait yaradılıb. Binada, həmçinin akt və iclas zalları da mövcuddur.
Qeyd edək ki,
Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəliyinin
binası bərpa və yenidənqurmadan sonra
sözün həqiqi mənasında göz oxşayır. Binanı seyr edərkən Prezident İlham Əliyevin 2021-ci martın 16-da Şuşaya səfəri zamanı söylədiyi
“Mən demişəm ki, Şuşa
nəinki Azərbaycanın, dünyanın ən gözəl
şəhərlərindən birinə çevriləcəkdir
və buna nail
olacağıq” sözlərinin artıq reallığa çevrildiyini görmək olar.
Azərbaycan.-2022.- 29 sentyabr.- S.3.