Erməni faşizmi sülhə qənim kəsildiyini əməlləri ilə təsdiqləyir

 

Qafqazın şəksiz lideri, regional güc mərkəzi kimi Azərbaycan faşizmin köləsinə çevrilən bədnam qonşularından fərqli olaraq, iqtisadi islahatlara, tərəqqiyə və sülhə səmt götürən dövlət olduğunu uzun illərdir əməlləri ilə təsdiq edir.

Bunu əyani müşahidə etmək üçün yetər ki, yalnız ötən həftə ərzində Azərbaycanın beynəlxalq aləmdə atdığı addımlara, iqtisadi əməkdaşlıqla bağlı iştirak etdiyi tədbirlərə nəzər yetirək. Müqayisə üçün eyni zamanda Ermənistanda vulkan kimi püskürən yeni işğalçılıq ambisiyalarinaonlara böyük güclərin verdiyi anlaşılmaz dəstəklərə də heyrətlənə bilərik.

Azərbaycanın atdığı bütün addımlar sülhün və əmin-amanlığın qorunmasına xidmət edir. İqtisadiyyatı iflic olan, işğalçılıq ambisiyalarının qızdırmaları ilə sayıqlayan Ermənistan isə yarandığı gündən sülhə qənim kəsildiyini bütün çılpaqlığı ilə nümayiş etdirməkdədir. Hər iki dövlət öz əxlaq və mədəniyyətlərinə, dövlətçilik ənənələrinə uyğun olaraq hərəkət edir  beynəlxalq arenada hansı mənəviyyatın sahibi olduqlarını açıq sərgiləyirlər.

Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Səmərqənd sammitinə yola düşdü, bu təşkilata üzv olan dövlətlərin liderləri ilə görüşlər keçirdi, iqtisadi əməkdaşlığın üfüqlərini genişləndirən addımlar atdı  bu istiqamətdə vacib müzakirələr apardı.

Ermənistan isə bu zaman biabırçı məğlubiyyətindən iki ilə yaxın vaxt keçməsinə baxmayaraq, sülh müqaviləsini imzalayacağını hər gün səsləndirsə də, heç bir real addım atmır. Əksinə, biz ağlasığmaz erməni gedişlərinin şahidi oluruq.  Ermənistanın baş naziri ŞƏT-in tədbirinə qatılmır. Bundan bir qədər əvvəl ABŞ-ın Mərkəsi Kəşfiyyat İdarəsinin rəhbəri ilə İrəvanda məzmunu açıqlanmayan görüş keçirir. Bu sirli səfərlərdən "ruhlanan" Paşinyan sülh müqaviləsini imzalamaq əvəzinə atəşkəsi pozur, Azərbaycan ərazilərinə hücum edir. Belə təsəvvür yaranır ki, sülh müqaviləsini pozmaq üçün razılaşdırılmış müəmmalı oyuna start verilmışdır. Paşinyan ildırım sürəti ilə hərəkətə keçir, əksər dövlətlərin liderlərinə zənglər edir, hamıya Azərbaycan tərəfindən hücuma məruz qaldığını bəyan edir və kömək istəyir. Maraqlısı odur ki, bu köməyi də sözlə təcili alır. Sanki razılaşdırılmış oyunun ssenarisini izləyirsən.

Prezident İlham Əliyev Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının üzvləri ilə görüşlər keçirir, gələcək əməkdaşlıq planlarının konturlarını cızır. Çin Xalq Respublikasının Sədri Si Cinpin İlham Əliyevin ikitərfli əlaqələrin inkişafında rolunu belə dəyərləndirir: "Sizin Azərbaycan ilə Çin arasında əlaqələrin inkişafına mühüm əhəmiyyət verməyinizi çox yüksək qiymətləndiririk. Biz əlaqələrimizin strateji səviyyədə hərtərəfli inkişafını dəstəkləyirik".

Azərbaycan Çin ilə Avropa arasında nəqliyyat proseslərində getdikcə artan mühüm rol oynamaqdadır. Eyni zamanda Azərbaycan Çindən Avropaya və əks-istiqamətdə qatarlarla və digər yükdaşımaların artırılmasını tam şəkildə dəstəkləyir. Azərbaycan-Çin diplomatik əlaqələrinin otuz illiyi uğurlu nəticələrlə qeyd olunmuşdur. "Orta dəhliz", "Bir kəmər, bir yol" kimi layihələr ikitərəfli əməkdaşlıq üçün böyük perspektivlər yaradırlar. Azərbaycan Prezidenti bu tədbirdə Özbəkistan, Rusiya, Türkiyə, İran  kimi dövlətlərin rəhbərləri ilə görüşmüşciddi müzakirələr aparmışdır.

Prezident İlham Əliyev Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin sammitindəki çıxışında Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanlarının davamlı olaraq inkişaf etdiyindən danışmış, "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə ölkəmizin sanballı töhfələrini qeyd etmişdir.

Bu gün biz 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikik. Artıq Bakı Gəmiqayırma Zavodu bütün növ gəmilər istehsal edə bilir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdirbu rəqəmi ildə 25 milyon tona qədər artırmaq mümkündür. Bu ilin ilk 7 ayında Azərbaycan ərazisindən keçən tranzit 50 faizə yaxın artmışdır.

Bəs bizim bədnam qonşumuz Ermənistan hansı rəqəmlərlə öyünə bilər? Onlar hələ ki, məğlubiyyətlərinin səbəblərini araşdırırlar. Biz müharibə şəraitində olmağımıza baxmayaraq, son 20 ildə 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikdikya əsaslı təmir etdik. Azərbaycan 2020-ci il İkinci Qarabağ müharibəsindəki qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkir. Ermənistan bu illər ərzində yalnız Qafqazda müharibəni körükləməyə, Rusiyanı, Türkiyəni, İranı və hətta Qərb dövlətlərini də Qafqazda müharibəyə çəkmək üçün bütün ciddiyyəti ilə çalışmaqdadır. Lakin Azərbaycan Prezidenti İlham Əliyev qətiyyətli lider keyfiyyətləri ilə həmişə erməni faşistlərini məğlub edibbu, sülhə məcbur etməklə nəticələnəcək.

ŞƏT-in sammitindən qaçıb gizlənən Paşınyan isə Qafqazı qan çanağına döndərmək üçün dəridən-qabıqdan çıxır. Onu da qeyd edək ki, təkcə Paşinyan deyil, ondan əvvəlki liderlər də 30 ilə yaxındır bütün kommunikasiyaları bloklamağa çalışır, müharibə ritorikasına üstünlük verir və həm də zavallı millət kimi zoqquldamaqdan əl çəkmirlər.

Bu gün Azərbaycan beynəlxalq münasibətləri inkişaf etdirməklə yanaşı, həm də işğaldan azad olunmuş ərazilərdə köklü islahatlar həyata keçirir, yüksək texnologiyaların tətbiqinə start verir, bərpa-quruculuq işlərinə bir çox ölkələrin təcrübəli şirkətlərini dəvət edir.

Maraqlısı odur ki, müharibənin başa çatmasından iki il ötməsinə baxmayaraq, erməni siyasilərinin ana mövzusu yenə də məğlubiyyətlərinin səbəblərini araşdırmaq, qarşılıqlı ittihamları irəli sürməkdir. Ermənistanda bütün siyası qüvvələr yenə də bir-birlərini biabırçı məğlubiyyətlərinin müəllifi elan edir və elə davranırlar ki, sanki müharibə bir neçə gün əvvəl bitib. Onlar yenə də piketlər keçirir, meydanlara axışır,  yeni istefalar tələb edirlər. Bu gün erməni siyasiləri əsl məğlubiyyətlərinin səbəbini anlamaqda acizlik çəkir, yeni havadar axtarışları naminə dünyanı ələk-vələk edirlər. Əslində ermənilərə yol göstərmək mümkündür, amma vay o günə ki, bu yolu Makron, ya da ki, Nensi Pelosi göstərə.

Biz, ümumiyyətlə, məsələyə başqa bucaqdan yanaşaq, faktları fərqli rakursdan  nəzərdən keçirək. Ermənistan 30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxladı, olmazın vəhşiliklər törətdi. Dünya belə işğalçıları faşist elan edir, hamı onlara qarşı birləşir. İkinci Dünya müharibəsində faşist Almaniyasına qarşı ikinci cəbhə açıldı, alman faşizminin bütün liderləri həbsə atıldı və onlara qarşı Nürnberq məhkəmə prosesi elan edildi. Heç kim cəzasız qalmadı.

Alman faşizmi ilə erməni faşizmi arasında elə də fərq yoxdur. Sadəcə bir fərq var: indi heç kim Ermənistanın faşist dövləti olduğunufaşist ideologiyası ilə idarə edildiyini dilinə gətirmir. Əksinə, özlərini demokratiyanın dayağı elan edən super güclər yüz ildən çoxdur ki, erməni faşizmini dəstəkləyir, ondan alət kimi məqsədlərinə nail olmaq üçün istifadə edirlər. Ona görə də bu gün erməni cəlladları demokrat qiyafəsində cilvələnən qatı faşistlərdir. Amma Qərb üçün ərköyündürlər. İşğalçı dövlətin son 30 ildəki liderlərinin hamısı iliyinə kimi faşist ideologiyası ilə zəhərlənən insanlardır. Hətta demokrat Paşinyan da istisna deyil. Onların hamısı əbədi düşmən axtarışındadırlar: həm Azərbaycanı, həm də bir-birlərini erməni xalqının düşməni elan edirlər. Onların hamısı özlərini "demokrat" sayır və nə dərəcədə faşist olduqlarını anlamaq iqtidarında deyillər. Bu gün Ermənistan liderləri ilə həm də ona görə mübarizə etmək çətindir ki, onlar kim olduqlarını dərk etməkdə acizdirlər. Dünya da onları belə qəbul edir. Onlar nə dərəcədə qatı və qəddar faşist olduqlarını dərk etmirlər. Əgər anlasalar, öz faşistlərini də həbs edəcəklər, sülh müqaviləsinə də imza atacaqlar. 

 

Bahadur İMANQULİYEV

 

Azərbaycan. - 2022.- 23 sentyabr.- S.5.