Sərkərdə qətiyyətinin ifadəsi
İlham Əliyevin Laçın bəyanatı Ermənistana və
havadarlarına açıq mesaj idi
"İkinci Qarabağ müharibəsindən sonra Ermənistanla sülh müqaviləsi imzalamaq istəyirik. Ancaq əgər düşmən bizə qarşı təxribat törədəcəksə, layiqli cavabını verəcəyik. Bu gün Ermənistan yaxşı fikirləşməlidir. Bizimlə heç kim ultimatum dili ilə danışa bilməz və heç kimə də bel bağlamasınlar. Mən bir daha demək istəyirəm ki, bizi heç kim və heç nə dayandıra bilməz".
Qalib Komandan kimi Şərqi Zəngəzura növbəti səfəri zamanı İlham Əliyev bir daha Ermənistanla sülh danışıqları ərəfəsində bu ölkənin rəhbərliyinin son günlərdəki davranışına, əsassız iddialarına və Zəngəzur dəhlizinin açılması istiqamətindəki fəaliyyətsizliyinə toxunaraq bəyan etdi ki, heç kim Azərbaycanın qabağında dura bilməz. Əgər Ermənistanda yenə də revanşist qüvvələr baş qaldırsa, bilməlidirlər ki, onları nələr gözləyir.
Sözü imzası qədər keçərli olan İlham Əliyev bu qətiyyətli fikirləri ilə məğlub ölkəyə bir daha xəbərdarlıq edərək üzərinə götürdüyü öhdəliyi reallaşdırmağa çağırdı. Qalib Komandan revanşistlərə, Ermənistan rəhbərliyinə çatdırdı ki, boş-boş bəhanələr səsləndirmək, köhnə iddialardan əl çəkməmək yalnız özlərinə ziyan vuracaq. Çünki Azərbaycan Qarabağ məsələsini artıq həll edib. Nə "status" var, nə də "Dağlıq Qarabağ" münaqişəsi.
Bayrağımız Zəfərimizin rəmzidir
İlham Əliyev sentyabrın 21-də Laçın şəhərində bayrağımızı ucaldaraq bir daha düşmənə gözdağı verdi və bəyan etdi ki, Azərbaycan haqqın, ədalətin, beynəlxalq hüququn tərəfdarıdır və onun məğrur, qəhrəman hərbçisi öz ərazi bütövlüyünü qoruyur. Şanlı zəfərimiz Azərbaycanın nəyə qadir olduğunu bütün dünyaya sübut edib.
Azərbaycan Prezidenti Laçında səsləndirdiyi fikirlərlə Ermənistana növbəti dəfə çıxış yolunu göstərdi. Ermənistan rəhbərliyi İlham Əliyevin bu bəyanatından dərs çıxarıb onun təklifləri ilə razılaşarsa, öz xalqının gələcəyi üçün müsbət addım atmış olar.
Tarixə qısa ekskurs edərək İlham Əliyevin İkinci Qarabağ müharibəsi başlamazdan öncə və savaşın getdiyi günlərdə Ermənistana göndərdiyi mesajlara diqqət etsək şahidi olarıq ki, Azərbaycan Prezidenti əsl sərkərdə qətiyyəti ilə bütün fikirlərinin üstündə durub və qarşıya qoyulan məqsədlərə nail olub. Savaş başlayan gündən İlham Əliyev bəyan etdi ki, erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpaqlarından rədd olub getsin. Xarici KİV-ə verdiyi müsahibələrdə də şərtlərini açıqladı. Bəyan etdi ki, Ermənistan tərəfi işğal olunmuş ərazilərin boşaldılmasına dair üzərinə öhdəlik götürəcəyi təqdirdə Azərbaycan istənilən vaxt döyüşləri dayandırmağa hazırdı: "Əgər Ermənistanın baş naziri işğal olunmuş əraziləri boşaldacağına dair ictimaiyyət qarşısında üzərinə öhdəlik götürərsə, biz dayanarıq".
Göründüyü kimi, İlham Əliyev əvvəlcədən Ermənistana çıxış yolunu göstərirdi. Amma sonda yenə də Azərbaycan Prezidentinin söylədikləri gerçəkləşdi. Ermənistan rəhbərliyi vaxtında torpaqlarımızın boşaldılması ilə bağlı təqvimi hazırlayıb təqdim etsəydi, bu gün tarixinin ən acınacaqlı gününə düşməzdi.
Müharibə dövrünə nəzər yetirsək, digər bir həqiqətə də şahidlik edərik. Belə ki, savaş gedən günlərdə Ermənistanın rəzil günə düşdüyünü görən havadarları, bəzi beynəlxalq təşkilatlar, dövlətlər Azərbaycana təzyiqlər göstərilməsinə cəhd etsələr də, Ali Baş Komandanın qətiyyəti zərrə qədər sarsılmadı. Əksinə, İlham Əliyev həmin qüvvələrə dəfələrlə mesaj ünvanlayaraq bəyan etdi ki, Azərbaycan ədalət, milli qürur savaşına başlayıb və buna görə də heç kim onu dayandıra bilməz. Bu fikirlər hər bir azərbaycanlını daha da qürurlandırdı və xalq əzm, iradə, cəsarət göstərərək bütün təxribatlara sinə gərdi.
İki il sonra İlham Əliyev Laçından həmin qüvvələrə, Azərbaycanı boş yerə ittiham edənlərə, Ermənistanın sülh sazişinə imza atmasına əngəl yaratmaq istəyənlərə üzünü tutaraq dedi ki, ağlınızı başınıza yığın, onsuz da acınacaqlı durumda olan bir ölkəni uçuruma yuvarlamayın, Ermənistanın yeganə çıxış yolu sülh sazişini imzalamaqdır. Əgər bu proses uzanarsa, Azərbaycana qarşı təxribatlar davam edərsə, itirən, yenilən, məhv olan yenə də Ermənistan olacaq.
Yenə də peşman olan tərəf Ermənistan olacaq
Prezident bir daha xatırlatma
edərək bəyan
etdi ki, Azərbaycan Ermənistanla
sülh müqaviləsini
imzalamaq üçün
5 prinsip təklif edib. Bu ölkənin rəhbərliyi
sözdə bu təklifi qəbul etsə də, əməlində görünmür.
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqı Şurasının prezidenti
Şarl Mişelin təşəbbüsü ilə
keçirilən üçtərəfli
görüşdə də
İlham Əliyevin 5 prinsipi ilə razılaşdığını səsləndirmişdi. Bundan sonra
tərəflər sülh
müqaviləsinin mətninin
hazırlanması üçün
XİN rəhbərlərinə bir ay vaxt vermişdilər.
Amma erməni təxribatları
bir daha göstərdi ki, bu ölkə yenə də öz xislətinə uyğun hərəkət
edir. Yəni, yenə də vaxt uzatma
taktikasını seçib...
İlham Əliyev
bu məsələyə
bir daha toxunaraq vurğuladı ki, Ermənistanın
2020-ci il noyabrın 10-da imzaladığı
kapitulyasiya aktına əsasən, erməni silahlı qüvvələri
Qarabağdan çıxarılmalı
idi. Amma hələ də
tam çıxarılmayıb. Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasının birləşməsini
təmin edən dəhliz verməli idi. Bu günə
qədər nəinki
dəhliz verilməyib,
hətta dəhlizin marşrutu bizə deyilməyib. Demək
olar, heç bir praktiki iş
aparılmayıb.
Bu azmış
kimi, üstəlik,
son aylar ərzində
dəfələrlə Azərbaycana
qarşı hərbi təxribatlar törədilib. Təkcə Laçın
rayonu ərazisində
1400-dən çox yeni
mina döşənib və
özü də bu minalar 2021-ci ildə basdırılıb.
Yəni,
müharibədən sonra.
Prezident bunu Azərbaycana qarşı açıq
terror hərəkəti adlandıraraq
bildirdi ki, müharibədən sonra
240-dan çox Azərbaycan
vətəndaşı mina partlayışı nəticəsində
ya həlak olub, ya da
ağır yaralanıb.
Yəni,
Azərbaycana qarşı
müharibə davam edir.
Qalib Komandan qətiyyətlə vurğuladı
ki, buna imkan vermək olmaz: "Heç vaxt buna imkan
verə bilmərik. Ermənistanı dəfələrlə xəbərdar etmişik, bu çirkin əməllərdən əl
çəksin, peşman
olacaq".
Göründüyü kimi, Ermənistan rəhbərliyi yenə də havadarlarına arxalanaraq sülh danışıqları prosesini
qəsdən uzadır. Amma bu ölkənin rəhbərliyi
yaxşı anlayır
ki, vaxtı uzatmaq onların özlərinə zərər
vurur. Sosial-iqtisadi bataqlıqdan qurtulmaq
üçün Ermənistanın
çıxış yolu
yalnız sülh müqaviləsindən keçir.
Onsuz da Azərbaycan torpaqlarını işğaldan
azad edib və hazırda Qarabağ və Şərqi Zəngəzurda
misli görünməmiş
yenidənqurma işləri
aparılır. İşğaldan azad edilmiş torpaqlarımızda Azərbaycan
bayrağı dalğalanır
və o bayrağın
kölgəsi Zəngəzur
dəhlizinə düşür.
Tezliklə Azərbaycan
bu dəhlizin də açılmasına
nail olacaq.
İlham Əliyevin
söylədiyi kimi, üçrəngli bayrağımız
o torpaqlarda əbədi
dalğalanacaq və Azərbaycan xalqı doğma yurd-yuvasında əbədi yaşayacaq!
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.- 2022.- 24 sentyabr.- S.1; 3.