Hərbdən sülhə
Ədaləti güc yolu ilə bərqərar edən İlham Əliyev indi də
bölgədə sülhün yeganə təminatçısıdır
"Həmişə deyirdim ki, məsələ sülh yolu ilə həll olunmasa, bunu hərb yolu ilə həll edəcəyik və etdik. Cəmi 44 gün ərzində Ermənistan ordusunu darmadağın etdik. Alınmaz qala sayılan Şuşanı azad etdik. Cəbrayılı, Füzulini, Zəngilanı, Qubadlını, Hadrutu, Xocavəndi döyüş meydanında azad etdik. Düşmən diz çökdü və Laçını, Kəlbəcəri, Ağdamı tərk etməyə məcbur oldu".
Prezident İlham Əliyevin sentyabrın 22-də Laçın şəhərində üçrəngli bayrağımızı qürurla dalğalandırdığı zaman vurğuladığı kimi, şanlı Vətən müharibəsinin parlaq zəfərlə başa çatmasından dərhal sonra Azərbaycan Ermənistana iki ölkə arasında münasibətlərin normallaşdırılması, sülhə nail olunması üçün təkmil sülh modeli təklif edib. Bu istiqamətdə ölkəmiz reallıqlara əsaslanan və regionda təhlükəsizliyin, əməkdaşlığın, rifahın təmin edilməsinə yönəlik təşəbbüslərlə daim çıxış edir.
İkinci Qarabağ müharibəsi olmaya da bilərdi
Azərbaycan döyüş meydanının qalib tərəfi olmağına baxmayaraq, dünya hərb tarixində də misli görünməmiş humanizm, sülhpərvər davranış nümayiş etdirərək, acınacaqlı vəziyyətə düşmüş, hərbi, sosial, iqtisadi potensialı tükənmiş, uçuruma yuvarlanmış düşməninə sülh təklif edir. Ölkəmiz regionda hərbin gücü ilə nail olduğu ədaləti sülh yolu ilə daha da möhkəmləndirməyə, davamlı etməyə çalışır, barışıqdan yana olduğunu göstərir.
Hətta Azərbaycan Prezidentinin bəyan etdiyi kimi, əgər Ermənistan öz xoşu ilə torpaqlarımızdan çıxsaydı, İkinci Qarabağ müharibəsi olmaya da bilərdi.
Baxmayaraq ki, mənfur düşmən əsrlərlə tarixi torpaqlarımıza iddia edib, xalqımıza qarşı milli düşmənçilik nümayiş etdirərək soyqırımlarına, terrorlara əl atıb, faciələrə səbəb olub. Torpaqlarımızı 30 il müddətində işğal altında saxlayan vandal ermənilər bu illər ərzində vəhşiliklər törədərək bütün yaşayış yerlərini dağıdıblar, Azərbaycan xalqına məxsus tarixi, dini, mədəni abidələri Yer üzündən silməyə çalışıblar. Erməni barbarları həmin ərazilərdə ekoloji terrora əl ataraq bulaqlarımızı, çaylarımızı qurudub, meşələrimizi yandırıb, flora və faunamızı məhv ediblər.
Eyni zamanda bir gün mütləq bu torpaqların həqiqi sahiblərinin qayıdacağını da gün kimi anlayaraq, insanlıq əleyhinə daha bir cinayətə əl atıblar. İşğal altında saxladıqları Qarabağda və ətraf rayonlarda hər daşın, qayanın altına, evlərə, həyətlərə, yollara milyonlarla piyada və tank əleyhinə mina basdırıblar. Erməni terrorçularının bu cinayət əməlinə görə müharibədən sonra 240-dan çox Azərbaycan vətəndaşı mina partlayışı nəticəsində ya həlak olub, ya da ağır yaralanıb. Onların arasında KİV əməkdaşları da var.
Terrorçu
ermənilər bu cinayət əməllərini
müharibədən sonra da
davam etdirərək ərazilərimizdə
tank və piyada əleyhinə
minalar basdırıblar. Təkcə
Laçın rayonu ərazisinə 2021-ci
ildə 1400-dən çox mina döşəyiblər. Həmin minalar isə Vətən müharibəsindən
sonra 2021-ci ildə Ermənistanda istehsal olunan minalardır.
Halbuki beynəlxalq
humanitar hüquqa əsasən, 1997-ci ildə
qəbul edilmiş Ottava müqaviləsi
piyada əleyhinə minaların istehsal edilməsi, saxlanılması,
daşınması və
istifadəsini qadağan
edir.
Hər zaman sülhün tərəfdarı olan Azərbaycan isə bunlara baxmayaraq, xalqımızın milli-mənəvi
dəyərlərindən irəli
gələn mərhəmətlilik,
humanizm kimi prinsiplərindən əl
çəkməyərək barışı təbliğ
edir, mənfur düşməninə insanlıq
dərsi verir.
Lakin hələ də Ermənistan 10 noyabrda imzaladığı kapitulyasiya
aktına əsasən,
üzərinə götürdüyü
öhdəlikləri yerinə
yetirməyib. Məsələn, üçtərəfli Bəyanatda da təsnif olunduğu kimi, erməni silahlı qüvvələri
Qarabağdan çıxarılmalı
idi, amma ötən müddətdə
buna əməl etməyib. Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasının birləşməsini təmin
edən dəhliz verməli idi ki, bu məsələ
ilə bağlı da heç bir
addım atmayıb.
Eləcə də sərhədlərin delimitasiya
prosesinə sözdə
start verilsə də,
bu istiqamətdə bu ölkə əməli iş görməkdən yayınmağa
çalışır.
Düşməndən dost olmaz
Sülhə maneçilik törədən
davranışlar Ermənistanın
hələ də işğalçılıq siyasətindən
əl çəkmədiyini,
Vətən müharibəsində
qazandığımız parlaq
zəfərlə barışmayaraq
revanşist hisslərlə
yaşadığını göstərir. Lakin o da var ki, işğalçılar
hər dəfə ölkəmizə qarşı
təxribatlara əl atdıqda Azərbaycan Ordusunun qəhrəman oğulları tərəfindən
layiqincə yerlərinə
otuzdurulublar.
Bu il avqustun 3-də Ermənistanın
növbəti təxribatına
cavab olaraq "Qisas" əməliyyatının
keçirilməsi və
ordumuzun Qırxqız
yüksəkliyini, həmçinin
Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra
digər əhəmiyyətli
hakim yüksəklikləri nəzarətə götürməsi
əyani nümunədir.
Həmçinin sentyabrın 12-si gecəsindən
başlayaraq Ermənistanın
Azərbaycana qarşı
daha bir təxribatı zamanı rəşadətli ordumuzun
düşmənin külünü
göyə sovurması
mənfurlara ağır
zərbə oldu.
Heç bir vəchlə biabırçı məğlubiyyətini
həzm edə bilməyən Ermənistan
bu gün də təxribatçı
əməllərini davam
etdirir. Buna misal olaraq Müdafiə Nazirliyinin ötən gün yaydığı məlumata diqqət yetirək: "Sentyabrın
22-si saat 23:45-dən sentyabrın
23-ü saat 08:30-dək Ermənistan
silahlı qüvvələrinin
bölmələri Azərbaycan-Ermənistan
dövlət sərhədinin
Tovuzqala rayonunun Çinarlı, Basarkeçər
rayonunun Yuxarı Şorca, Günəşli
və Zərkənd yaşayış məntəqələri
istiqamətlərində yerləşən
mövqelərindən ordumuzun
Tovuz rayonunun Koxanəbi, Kəlbəcər
rayonunun Keşdək və Barmaqbinə, Daşkəsən rayonunun
Təzəkənd yaşayış
məntəqələri istiqamətlərində
yerləşən mövqelərini
müxtəlif çaplı
atıcı silahlardan
fasilələrlə atəşə
tutub".
Bizi heç
kim və
heç nə dayandıra bilməz
Amma revanşist hisslərə qapılaraq
ağılsız addımlar
atan işğalçı
ölkə hər nə qədər atılıb düşsə
də, təxribatlar törətsə də, bu yolla özünə
ziyandan başqa heç nə qazandırmayacaq, əksinə,
daim Azərbaycanın
"dəmir yumruğ"unu
başı üzərində
hiss edəcək. Qalib Azərbaycan
hər fürsətdə
sülhə maneçilik
törədən davranışlar
sərgiləyən işğalçı
Ermənistanı diktə
etdiyi bütün şərtlərə boyun
əyməyə və
sülh bağlamağa
məcbur edəcək.
Çünki bu məsələdə haqq da, ədalət
də, güc də Azərbaycanın tərəfindədir. Zamanında kimlərəsə güvənib,
hansısa təşkilatlara,
ölkələrə bel
bağlayıb azğınlıq
edən işğalçı
Ermənistanın özü
də bunu yaxşı bilir ki, daha o əyyamlar
geridə qalıb və Azərbaycanın hərbi və diplomatik gücü qarşısında bütün
qüvvələr zəifdir,
məğlubdur.
Laçın şəhərində
çıxışı zamanı
Prezident İlham Əliyev bildirdi ki, əgər düşmən bizə qarşı təxribat törədəcəksə, layiqli
cavabını verəcəyik:
"Bu gün Ermənistan
yaxşı fikirləşməlidir.
Bizimlə heç kim ultimatum dili
ilə danışa bilməz və heç kimə də bel bağlamasınlar.
Mən bir daha demək istəyirəm ki, bizi heç kim və
heç nə dayandıra bilməz. Biz haqqın, ədalətin,
beynəlxalq hüququn
tərəfdarıyıq və
öz ərazi bütövlüyümüzü qoruyuruq, qorumuşuq, bərpa etmişik".
Yasəmən MUSAYEVA
Azərbaycan.- 2022.- 24 sentyabr.- S.1; 4.