VyanadaŞuşa İli“ çərçivəsində “Azad Şuşa“ adlı konsert təşkil olunub

 

Sentyabrın 22-də Avstriyanın paytaxtı VyanadaŞuşa İli” və Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 20 illiyi münasibətilə “Azad Şuşa” adlı konsert keçirilib.

AZƏRTAC xəbər verir ki, Avstriya Azərbaycanlıları Cəmiyyətinin və Vyanada fəaliyyət göstərən ”Culture Meeting Point” təşkilatının təşkilatçılığı ilə gerçəkləşən konsert şəhərin mərkəzində yerləşən Müqəddəs Peter kilsəsində baş tutub. Tədbirdə Vyanada akkreditasiya olunmuş diplomatik korpusun, yerli ictimaiyyətin və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Konsertdən öncə “Culture Meeting Pointqurumunun musiqi üzrə rəhbəri, incəsənət üzrə fəlsəfə doktoru, musiqişünas Fərəh Tahirova çıxış edib. Orqan konserti Şərqlə Qərb arasında musiqi körpüsü xarakteri daşıyır. Bu il Azərbaycanda “Şuşa İlielan olunduğunu tamaşaçıların diqqətinə çatdıran F. Tahirova Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin inkişafındakı rolundan bəhs edib. Qeyd edilib ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri dahi Üzeyir Hacıbəyli başda olmaqla Niyazi, Bülbül, Xan Şuşinski və digər tanınmış şəxsiyyətləri Azərbaycan musiqi mədəniyyətinə bəxş edib.

F. Tahirova xüsusilə vurğulayıb ki, bu konsert çərçivəsində Avstriyada ilk dəfə Azərbaycan muğam musiqisi orqan musiqi alətinin ifasında təqdim ediləcək. O, bu konsertin ərsəyə gəlməsində göstərilən dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsi, Avstriya Azərbaycanlıları Cəmiyyəti və Müqəddəs Peter kilsəsinin direktorluğuna minnətdarlığını bildirib.

Konsertdə ABŞ-da yaşayan azərbaycanlı musiqiçi, Azərbaycan-Amerika Musiqi Fondunun təsisçisi və icraçı direktoru, professor Cəmilə Cavadova-Spitzberq çıxış edib. Tanınmış musiqiçi orqanda bəstəkarlar Qara Qarayev, Vasif Adıgözəlov, Aqşin Əlizadə, Yohann Ernst Eberlin, Georq MufatYozef Rennerin əsərlərini səsləndirib.

 

Azərbaycan.- 2022.- 24 sentyabr.- S.6.