Prezident İlham Əliyev Fransa Prezidenti Kabinetinin müşavirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da Fransa Prezidenti Kabinetinin kontinental Avropa və Türkiyə üzrə müşaviri xanım İzabel Dümonu qəbul edib.
AZƏRTAC
xəbər verir ki, görüşdə Fransa Prezidenti
Emmanuel Makronla Azərbaycan Prezidenti İlham Əliyev
arasında son dövrlərdə telefon
danışıqları əsnasında aparılmış
müzakirələr və konstruktiv dialoq qeyd olundu.
Söhbət
zamanı Ermənistanla Azərbaycan arasında münasibətlərin
normallaşdırılması, sülh müqaviləsi üzrə
danışıqlar prosesi, sərhədlərin
delimitasiyası və kommunikasiyaların açılması məsələləri
ətrafında fikir mübadiləsi aparıldı.
Prezident
İlham Əliyev Azərbaycanın üzləşdiyi mina
problemi və Birinci Ermənistan-Azərbaycan müharibəsindən
etibarən 4000 nəfərə yaxın Azərbaycan vətəndaşının
itkin düşmüş hesab edildiyini vurğuladı. Bu məsələlərin
həllinin vacibliyi qeyd edildi.
Görüşdə
qarşılıqlı maraq doğuran məsələlər,
o cümlədən Azərbaycan-Fransa ikitərəfli əməkdaşlıq
məsələləri müzakirə olundu.
Azərbaycan.-2022.- 30 sentyabr.- S.1.