Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli
Fərmanı ilə təsdiq edilmiş
"Azərbaycan Respublikasının İqtisadiyyat
Nazirliyi yanında Əmlak Məsələləri
Dövlət Xidmətinin Əsasnaməsi"ndə dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 15 aprel tarixli 510-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, ¹ 5, maddə 542, ¹ 7, maddə 862, ¹ 9, maddə 1151; 2021, ¹ 12, maddə 1398) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi"ndə aşağıdakı dəyişikliklər edilsin:
1. 3.0.16-cı yarımbəndə birinci halda "dövlət" sözündən əvvəl "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsi nəzərə alınmaqla," sözləri əlavə edilsin.
2. 3.0.45-ci yarımbəndə "sağlamlaşdırılması," sözündən sonra "sahibkarlığa dövlət köməyinin, o cümlədən" sözləri və "mühafizəsi," sözündən sonra "Xidmətin maddi-texniki bazasının möhkəmləndirilməsi," sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
29 sentyabr 2022-ci il
Azərbaycan.-2022.- 30 sentyabr.- S.2.