Sarvat Rauf: Dağıdılmış yerləri,
xüsusilə də məscidləri görmək mənim üçün çox
ağırdır
Azərbaycana
gələnlərin Şuşanı ziyarət etməsini
tövsiyə edərdim. Çünki bu ərazilər
çox gözəldir. Azərbaycana gələnlər bu ərazilərə
mütləq baş çəkməlidirlər.
Bunu
AZƏRTAC-a açıqlamasında ABŞ-ın Corc
Vaşinqton Universitetinin Elliott Beynəlxalq Münasibətlər
Məktəbinin elmi işçisi Sarvat Rauf deyib.
“Dağıdılmış
yerləri, xüsusilə də bəzi məscidləri, dini məkanları
görmək mənim üçün çox
ağırdır. Düşünürəm ki, hətta
müharibənin də normaları var. Odur ki, başqa dövlətlə
münaqişədə diqqətli olmaq lazımdır. Burada baş
vermiş hadisələr bir ölkənin digər ölkəyə
real hərbi təcavüzünü nümayiş etdirir”, -
deyə S.Rauf bildirib.
Azərbaycan.-2022.- 30 sentyabr.- S.3.