Alev
Kılıç: Füzuli aeroportu Azərbaycanın bu
bölgəni əvvəlkindən daha
gözəl hala gətirəcəyinə
işarədir
İşğaldan
azad olunmuş ərazilərə ilk dəfə səfər
edirik. Füzulidə məscidi, dağıdılmış qəbiristanlığı
və evləri gördük. Burada gördüklərimiz
insana qəmginlik verir. Bu ərazilərin yenidən necə
dirçələcəyini düşünürdük. Lakin
Füzuli Beynəlxalq Hava Limanını gördükdən
sonra hər şeyin daha gözəl olacağını deyə
bilərik.
Bunu
AZƏRTAC-a açıqlamasında Avrasiya Araşdırmalar Mərkəzinin
(AVİM) direktoru səfir Alev Kılıç söyləyib.
“Füzuli
Beynəlxalq Hava Limanının açılış mərasimində
Azərbaycan və Türkiyə prezidentləri birlikdə
iştirak etdilər. Hava limanı bizə Azərbaycanın bu
ərazilərdə daimi olduğunu, ölkənin bölgəni
əvvəlkindən daha müasir və gözəl hala gətirəcəyini
göstərən işarədir. Buna görə də ərazilərdəki
vəziyyəti gördüyümüz zaman hiss etdiyimiz kədər
xoşbəxtliyə və ümidə çevrildi”, - deyə
A.Kılıç qeyd edib.
Şuşa
Bəyannaməsinin siyasi əhəmiyyətinə də
toxunan diplomat bildirib ki, Prezident İlham Əliyev və
Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən
imzalanan bu mühüm sənəd qardaş ölkələrimiz
arasında əlaqələrin bütün sahələrdə
ən yüksək səviyyədə olduğunun əyani
göstəricisidir.
Azərbaycan.-2022.- 30 sentyabr.- S.3.