Şəhid atasına
oğlunun ordeni təqdim olundu
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin sərəncamı
ilə 44 günlük
Vətən müharibəsində
iştirak edən bir qrup əsgər və zabit orden və
medallarla təltif olunub. Onların arasında mingəçevirli
şəhid Qurbanov
Tərxan Zabit oğlu da vardır.
O, 3-cü dərəcəli
"Vətənə xidmətə
görə" ordeni
ilə təltif olunub. Təqdimetmə mərasimi Mingəçevir
şəhərindəki Heydər
Əliyev Mərkəzində
keçirildi. Orden şəhidin
atası Zabit Qurbanova təqdim olundu. Tədbirdə
şəhər icra hakimiyyətinin başçısl
İlham İsmayılov,
Mingəçevir bələdiyyəsinin sədri Ramiz Əliyev, YAP şəhər
təşkilatının sədr
müavini Bəxtiyar Mustafayev, Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət
Xidməti Mingəçevir
şəhər şöbəsinin
rəisi Namiq Osmanov, şəhid ailələri cəmiyyətlərinin
sədrləri, şəhid
ailələrinin nümayəndələri,
qazilər, ictimaiyyət
nümayəndələri iştirak
edirdilər.
Tədbirdə çıxış
edən şəhər
icra hakimiyyətinin başçısı İlham
İsmayılov 44 günlük vətən müharibəsi zamanı Azərbaycan Respublikasının
Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə Milli Ordumuzun əldə etdiyi uğurlardan, əsgər və zabitlərimizin şücaətlərindən,
möhtəşəm zəfərdən
danışdı. Vətən
müharibəsində mingəçevirlilərin
də qəhrəmanlıqla
iştirak etməsindən,
o cümlədən şəhid
Tərxan Qurbanovun həyat hekayəsindən
söz açdı, Prezidentin sərəncamı
ilə
3-cü dərəcəli "Vətənə xidmətə
görə" ordeni
ilə təltif olunmasını onun döyüş şücaətinə
verilən qiymət kimi dəyərləndirdi.
Ordeni şəhidin atasına təqdim edərək bütün şəhidlərimizə
Allahdan rəhmət, qazilərimizə şəfa
dilədi.
Tədbirdə Tərxan Qurbanovun təhsil aldığı 3 nömrəli
tam orta məktəbin
direktoru Gültəkin Quliyeva və həmin məktəbin müəllimi,
Tərxanın sinif rəhbəri Anjelika Səfərova çıxış
edərək igid əsgərin keçdiyi təhsil illərini yada saldılar.
Lazım QULİYEV
Azərbaycan.- 2022.-24 sentyabr.- S.5.