Ə.Ə.Amaşovun "Azərbaycan
Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında medianın inkişafında xidmətlərinə görə Əflatun Əhməd oğlu Amaşov "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 sentyabr
2022-ci il
Azərbaycan.-
2022.- 25 sentyabr.- S.2.