Türkmənistanın Prezidenti
Zati-aliləri cənab Sərdar Berdiməhəmmədova
Tarixən
mehribanlıq və qarşılıqlı anlaşma şəraitində
yaşamış xalqlarımızın iradəsi Azərbaycan-Türkmənistan
əlaqələrinin əsasını təşkil edir
Hörmətli Sərdar Qurbanquliyeviç,
Türkmənistanın milli
bayramı – Müstəqillik Günü münasibətilə
Sizə və Sizin simanızda bütün xalqınıza
öz adımdan və Azərbaycan xalqı adından ən səmimi
təbriklərimi çatdırıram.
Bu gün qardaş Türkmənistanın
sabit və dinamik inkişaf yolu ilə irəliləyərək
siyasi, iqtisadi, sosial və digər sahələrdə
böyük nailiyyətlər əldə etməsi bizi
sevindirir.
Ortaq mənəvi dəyərlər, dini-mədəni köklər ilə bir-birinə bağlı olan, tarixən mehribanlıq və qarşılıqlı anlaşma şəraitində yaşamış xalqlarımızın iradəsi Azərbaycan-Türkmənistan əlaqələrinin əsasını təşkil edir. İkitərəfli və çoxtərəfli əlaqələrimizin ötən otuz ildə yüksələn xətt üzrə inkişaf etməsi və hazırkı strateji tərəfdaşlıq səviyyəsinə çatması məmnunluq doğurur. Biz münasibətlərimizin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk.
Əminəm ki, mövcud imkanlardan yararlanaraq birgə səylərimizlə ölkələrimiz arasında dostluq münasibətlərinin, zəngin potensiala malik həm ikitərəfli, həm də çoxtərəfli qarşılıqlı səmərəli əməkdaşlığımızın daha da dərinləşməsinə nail olacağıq.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Türkmənistan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 sentyabr
2022-ci il
Azərbaycan.-
2022.- 25 sentyabr.- S.2.