KEÇMİŞDƏN
AYRILARKƏN
Hansısa mütəfəkkirin söylədiyi kəlam hələ də yadımdadır: Bəşəriyyət öz keçmişindən gülə-gülə ayrılır!
Biz keçmiş məcburi köçkünlər isə yaxın keçmişimizdən, “məcburi köçkünlər” adından ağlaya-ağlaya ayrılırıq!
Amma qürurla ayrılırıq!
Qələbə, iftixar duyğusu ilə ayrılırıq!
Sevinərək ayrılırıq!
Bizə bu xoşbəxt “ayrılığı” hünəriylə bəxş edən Müzəffər Ali Baş Komandanımıza böyük sevgi, minnətdarlıq hissilə ayrılırıq!
Bəli, cənab İlham Əliyev bizi bəxtəvər etdi, yurdumuza, elimizə qovuşdurdu!
Bizi bəxtəvər etdi, gözükölgəli millətdən qalib xalqa çevirdi!
Bizi bəxtəvər etdi, “məcburi köçkün” kimi üzücü, bəlkə də aşağılayıcı “tituldan” xilas etdi!
Xalqımızı yüksəltdi, dövlətimizi göylərə qaldırdı!
“Məcburi köçkün” adını “qalib xalq”, “qürurlu xalq” “qalib dövlətin vüqarlı vətəndaşı” adı ilə əvəz etdi!
Daha biz doğma yurda, doğma məkana qayıda bilirik!
Düzdür, qayıdarkən bizi viran qalmış kənd-kəsək, dağıdılmış şəhərlər, yerlə-yeksan edilmiş qəbiristanlıqlar qarşılayır.
Bir də uzaq keçmişdə qalan xatirələr!
Acılı-şirinli xatirələr!
Kövrəldib-ağladan xatirələr!
Bax, bu məqamda ağlayırıq!
Acıyaraq ağlayırıq!
Vətənimizdə daş üstə daş qalmadığına, doğma yurdumuzun xarabazara çevrildiyinə görə ağlayırıq!
Nə vaxtsa murdar düşmənə yiyəsizlik səbəbindən məğlub olduğumuza görə ağlayırıq!
Sonra köksdolusu nəfəs alırıq, sevinirik, gülürük...
Axı, Müzəffər Ali Baş Komandanımız bizi təkcə doğma torpaqlara qaytarmayıb!
Həm də yağı düşməndən qisasımızı alıb!
* Dağıdılmış 300-dən çox şəhərin və kəndin;
* Təhqir olunmuş müqəddəs dini məbədlərin;
* Altı üstünə çevrilmiş qəbiristanlıqların;
* Qırılmış meşələrin, kəsilmiş ağacların;
* Xocalı soyqırımının;
* I Qarabağ və Vətən müharibəsindəki şəhidlərimizin əvəzini ermənidən artıqlaması ilə çıxıb!
Dəmir yumruğu ilə düşmənin başını əzib, belini qırıb!
Ermənistan ordusunu məhv edib!
Dünya erməniliyini biabırçı məğlubiyyətə uğradıb!
Ermənistan bu məğlubiyyətdən çətin ki, özünə gələ!
Nə qədər kömək etsələr də, nə qədər silahlandırsalar da, faydası yoxdur!
Həm də dəmir yumruğun gücünü gördü!
Azərbaycan-Türkiyə dostluğunun möhtəşəmliyinə şahid oldu!
Azərbaycan tərəfinə atdığı “İsgəndər M” raketlərinin mənasız dəmir parçasına çevrildiyini izlədi!
Fərarilər yığnağına çevrilən erməni ordusu heç zaman PUA-larla başına yağdırılan odu-alovu, ölümü unutmaz!
Nə qədər onu saxlamağa çalışsalar da, daha Azərbaycan torpaqlarında qalmaz!
Yedirtsələr də, içməli su daşısalar da, yardım paylasalar da, ev tiksələr də, lap müharibə vaxtı səngərdə olduğu kimi, zəncirlə bağlasalar da!
Çünki indi əməllərinin bəhrəsini dərirlər!
***
Bülbülü salırlar qəfəsə: “Ay Vətən” - deyib fəryad qoparır!
Açıb buraxırlar...…
Qaratikan koluna qonaraq “Can Vətən” - söyləyib mahnı oxuyur!
Bəli, vətənin xaraba qalmışı da gözəldir!
Dağılmış evin torpaq altındakı bünövrəsi də insana əzizdir, doğmadır!
Xatirələr göz yaşları ilə yoğrulmuş olsa da, itkilərimizi yada salsalar da, bizə doğmadır, məhrəmdir!
Çox şükür!
Nə yaxşı ki İlham Əliyev kimi Müzəffər Ali Baş Komandanımız var!
Nə yaxşı ki İlham Əliyev kimi müdrik, uzaqgörən Prezidentimiz var!
Yoxsa biz bu qədər murdar, bu qədər alçaq xislətli, bu qədər müdafiəçisi olan və bu qədər həyasızlıqla bizə şər atan, yalanı özünə peşə seçən düşmənə necə qalib gələrdik?!
Bu möcüzəvi qələbəni yalnız
İlham Əliyev dühası yarada bilərdi!
Bu sonsuz sevinci və qüruru bizə yalnız İlham Əliyev bəxş edə bilərdi!
Bu qədər “dostu”, “havadarı”, “qardaş və bacısı” olan faşist xislətli düşməni yalnız İlham Əliyev məğlub və məhv edə bilərdi!
Etdi də!
Həm də nəinki hərb meydanında, həm də diplomatiya sahəsində, informasiya müharibəsi cəbhəsində biabırçı məğlubiyyətə uğratdı!
***
Düşmən ağıllanıbmı?
Əgər ağlı olsaydı, özgə torpaqlarını bu qədər işğalda saxlamaz, qurulu şəhər və kəndləri dağıdıb yer üzündən silmək niyyətinə düşməzdi!
Əgər ağlı olsaydı, monoetnik respublikaya, forpost dövlətə çevrilməz, cavanlarını qırğına verməzdi!
Əgər ağlı olsaydı, Avropada və Amerikada rahat həyat sürən diasporunun fitvasına getməz, onun parasına susayaraq özgələrin əlində alətə çevrilməz, xülyalarla yaşamazdı.
Əgər ağlı olsaydı, Türkiyə kimi nəhəng dövlətə qarşı ərazi iddiaları irəli sürməz, illər və əsrlərboyu olmayan “erməni soyqırımı”nı qəbul etdirmək üçün min bir hiyləyə əl atmazdı!
Əgər ağlı olsaydı, faşistlərə qulbeçəlik edənlərə heykəllər qoymaz, faşizmi özünə ideologiya seçməzdi!
Nəticəsi nədir; qazancı nə oldu?
Məhv edilmiş ordu, cəsədləri bu gün də özgə ərazilərindən toplanan vətəndaşlar, əhalisi dilənçi günündə yaşayan, sürətlə qaçıb xaricdə normal yaşayış axtaran ölkə, müstəqilliyi və perspektivi olmayan dövlət...
Əgər bu gün də sülhə gəlmirsə, revanşizmdən danışırsa, deməli, “dəmir yumruq” bir də başına çırpılacaq!
Ta ağıllanana qədər!
***
Bu gün keçmişə baxarkən ağlasaq da, ağrısaq da, gələcəyə baxanda gülürük, qürurlanırıq!
Keçmişdə qalan ağır günlərimiz, ehtiyaclar məngənəsində sıxılan həyatımız, ümidsiz anlarımızdır!
Keçmişdə qalan çadır şəhərcikləri, yardım növbələri, heç bir şəraiti olmayan ictimai binalardakı darısqal mənzillər, qışda soyuq, yayda isti vaqon evlərdir!
Doğrudur, Prezidentimizin köməyi ilə həmin çadır şəhərciklərini ləğv etdik, yeni tikilən evlərə, müasir tipli qəsəbələrdəki təzə mənzillərə köçdük!
Amma ağır günlərimizi, şəhidlərimizi və itkilərimizi də yaddan çıxara bilmərik!
***
Daha bizi heç kəs keçmişə qaytara bilməz!
Nə Ermənistan, nə də onun havadarları!
Sonuncu dəfə Azərbaycan Prezidenti cənab İlham Əliyev 23 sentyabr 2021-ci ildə BMT-nin ali tribunasından istifadə edərək Ermənistanı
revanşizmdən çəkinməyə
çağırdı və
bir daha xəbərdarlıq etdi:
“Ermənistanda hökumət
tərəfindən təşviq
edilən Azərbaycanofobiya
artmaqdadır. Etnik nifrət
və düşmənçilik
üzərində qurulmuş
erməni cəmiyyətində
aşılanan irqçi
ideologiya Azərbaycanın
Ermənistan tərəfindən
keçmiş işğal
olunmuş ərazilərində
etnik təmizləmənin
və misilsiz vandalizmin kökündə
durur. Ermənistanda rejim dəyişikliyinə
baxmayaraq, ölkədə
faşist ideologiyası
hökm sürməkdə
davam edir”.
“Biz yenidən öz
suverenliyimizə, ərazi
bütövlüyümüzə və xalqımızın
təhlükəsizliyinə hər hansı bir təhdid görsək, legitim özünümüdafiə hüququmuzdan
heç bir tərəddüd etmədən
istifadə edəcəyik”.
***
Biz daim irəli baxırıq, irəli gedirik, qurub-yaradırıq,
doğma Qarabağımızı
cənnətə çeviririk!
Buna həm iqtisadi gücümüz, həm siyasi iradəmiz, həm xalqımızın
möhkəm birliyi, həm də ordumuzun qüdrəti imkan verir!
Azərbaycanı heç kəs
tutduğu yoldan, getdiyi istiqamətdən, quruculuq əzmindən döndərə bilməz!
Bugünkü Azərbaycan qalib Azərbaycandır!
Bugünkü Azərbaycan özünə və dostlarına güvənən, milli maraqlarını hər şeydən üstün tutan, gələcəyə ünvanlanmış aydın baxışları və dəqiq hədəfləri olan Azərbaycandır!
Bəli, bəşəriyyət öz keçmişindən gülə-gülə ayrılır.
Biz də məcburi köçkün həyatından, sıxıntılı günlərimizdən ayrıldığımıza görə həm də gülürük!
Biz yeni reallıqlar yaratmış xalqıq, dövlətik!
Bunu hamı bilməli və Azərbaycanın yeni reallıqları ilə hesablaşmalıdır!
44 günlük Zəfərin birinci ildönümünü böyük qürurla, böyük təntənə ilə qeyd etdik.
Hər gününü sonsuz ümidlə, həyəcanla, sevinc və göz yaşları ilə yaşadığımız möhtəşəm 44 günün!
İndi qalib xalq kimi açıq ürəklə, açıq alınla yaşayır, daim qürur və fərəh hissilə keçiririk!
Artıq dünya bizi qüdrətli xalq kimi tanıyır!!
Bizim Müzəffər Ali Baş Komandanımız var!
Bizim bütövləşmiş Azərbaycanımız var!
Tezliklə Prezidentimiz Qarabağımızı cənnətə çevirəcəkdir!
Dostlar baxıb sevinəcək, düşmənlər kor olacaqlar!
Biz daha ağlamırıq!
Biz indi ucadan və ürəkdən gülürük!
Bəxtiyar SADIQOV
Azərbaycan.-2022.- 7 yanvar.- S.1;3.