Tariximizə və mədəniyyətimizə ali ehtiramın təcəssümü

 

 

2022-ci ilin “Şuşa ili” elan edilməsi Vətən müharibəsindəki Zəfərimizi və Qarabağın əzəli Azərbaycan torpağı olduğunu bir daha dünyaya çatdıracaq

 

 

 

Prezident İlham Əliyev 2022-ci iliŞuşa ilielan etdi. Bu qərar ilk növbədə Azərbaycan Prezidentinin xalqın milli-mədəni mənəvi dəyərlərinə, keçmişinə ehtiramının təcəssümü oldu. Eyni zamanda 2022-ci ilinŞuşa ilielan edilməsi Vətən müharibəsindəki tarixi zəfərimizi Qarabağın əzəli Azərbaycan torpağı olduğunu bir daha dünyaya çatdıran vacib addımdır.

 

 

 

İlham ƏLİYEV: “Şuşasız bizim işimiz yarımçıq olar

 

 

 

Vətən müharibəsi günlərində Azərbaycan xalqının ən böyük gözləntilərindən biri Şuşa şəhərinin işğaldan azad olunması idi.  Hər gün cəbhədən gələn xəbərlər arasında ordumuz tərəfindən kənd şəhərlərimizin azad edilməsini eşitdikcə, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətlərinə qulaq asdıqca həm Şuşa ilə bağlı xoş xəbər gözləyirdik. Çünki hələ oktyabrın 16-da Prezident İlham Əliyev  Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsindəŞuşasız bizim işimiz yarımçıq olardemişdi. Ona görə ki, Şuşa Azərbaycan xalqının milli mədəniyyətinin əsas tarixi mərkəzlərindən biridir. Şuşa Azərbaycanın musiqi beşiyidir. Qarabağ deyəndə öncə Şuşa göz önünə gəlir. Bu şəhər Qarabağın Azərbaycan torpaqları olduğunu təsdiqləyən canlı tarixdir, Qarabağın vuran nəbzi, döyünən ürəyidir.

 

Bu baxımdan Azərbaycanın hərbi Zəfəri, torpaqlarımızın azad olunması ilə nəticələnən Vətən müharibəsinin ən mühüm hadisələrindən biri Şuşa şəhərinin işğaldan azad edilməsi oldu. Məhz Şuşanın azad edilməsindən sonra Ermənistanın baş naziri Azərbaycan Prezidenti İlham Əliyevin şərtləri əsasında kapitulyasiya aktına imza atmağa məcbur oldu. Şuşanın azad edildiyi gün Prezident İlham Əliyevin sərəncamı ilə tariximizə Zəfər günü kimi həkk olundu.

 

Şuşa xalqımızın elə bir möhtəşəm mədəni abidəsidir ki, düşmən onu 28 ildə erməniləşdirə bilmədi. Onun hər küçəsi bir tarix, hər daşı mənəvi xəzinədir, xalqımızın milli-mədəni sərvətidir. Bu şəhər 28 il yarım davam edən işğal dövründə erməniləri qəbul etmədi. Şuşa onlar üçün əvvəldən yad idi, işğal dövründə yad olaraq qaldı. Prezident İlham Əliyevin dediyi kimi, Şuşa ayaqdadır, Şuşa sınmayıb, Şuşa əyilməyib! Mənfur düşmən qədər çalışsa da, Şuşanın simasını dəyişdirə bilməyib, qədər çalışsa da, bu  əsrarəngiz Azərbaycan şəhərini erməniləşdirə bilmədi. Çünki hər küçəsində, hər bir abidəsində yalnız xalqımızın mədəniyyətinin, milli dəyərlərinin, ulu tarixinin silinməz izləri var.

 

Prezident İlham Əliyevin rəhbərliyi nəzarəti ilə Şuşa yenidən qurulur, şəhərin tarixi-mədəni memarlıq abidələri yüksək səviyyədə bərpa edilir. Bərpa  işlərinə Heydər Əliyev Fondu onun rəhbəri, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük töhfələri xüsusi qeyd edilməlidir.

 

 

 

270 yaşlı şəhər

 

 

 

Bu il Şuşanın təməlinin qoyulmasının 270 yaşı tamam olur. Qarabağ xanı Pənahəli xan tərəfindən əsası qoyulan şəhərdə təhlükəsiz yaşamaq üçün zəruri işlər başa çatdırıldıqdan sonra Qarabağ xanlığının paytaxtı buraya köçürülüb. Yeni qala ilk illərdə öz banisinin adı ilə Pənahabad, sonralar isə Şuşa adlandırılıb.

 

Şuşanın şəhər kimi formalaşması bir neçə mərhələdən keçib. Birinci mərhələ qeyri-sabit şəraitdə 1763-cü ilə qədər davam edib. Bu dövrdə şəhərin Şərq hissəsində doqquz məhəllə salınıb. İbrahimxəlil xanın hakimiyyəti illərinə təsadüf edən ikinci mərhələdə Şuşada aparılan tikinti işləri daha keyfiyyətli və möhtəşəm olub. On doqquzuncu əsri əhatə edən üçüncü mərhələdə şəhərin dağlıq - qərb hissəsində yeni məhəllələr salınıb və əslində, bununla Şuşanın bir şəhər kimi formalaşması dövrü başa çatıb.

 

Çarizmin  müstəmləkə siyasəti yürütməsinə baxmayaraq, XIX əsrin ortalarından Azərbaycanda yeni bir mədəni həyat başlayıb. Həmin dövrdən Qarabağ, xüsusilə Şuşa xalqımızın əsas ədəbi və mədəni mərkəzi kimi şöhrət qazanıb.  Bu xanzadələr şəhəri təkcə təbii gözəlliyi ilə deyil, mədəni mühiti, yüksək təhsili ilə də hər zaman fərqlənib. Yetirdiyi dahiləri, ziyalıları, şairləri, yazıçıları, musiqiçiləri, bəstəkarları isə saymaqla qurtarmaq olmur...

 

Sovet hakimiyyəti illərində Şuşa siyasi-inzibati mərkəz statusundan məhrum edilib, şəhər ögey münasibətlə üzləşib. Yalnız Heydər Əliyevin respublikamıza rəhbərliyə başlamasından sonra Şuşanın inkişafı istiqamətində vacib addımlar atılıb. Bütün bunlar barədə Prezident

 

İlham Əliyevin “Azərbaycan Respublikasında 2022-ci ilinŞuşa İlielan edilməsi haqqında” Sərəncamında deyilir: “Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulanbu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamışdır. Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmiictimai fikir salnaməmizə əlamətdar səhifələr yazmışdır. Şuşa şəhərinin ötən əsrin 70-ci illərində sürətli inkişafı Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Şəhərin inkişafına dair xüsusi qərarlar məhz Ulu Öndərin təşəbbüsü ilə qəbul edilmişdir. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət almış, mədəniyyət xadimlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır”.

 

1992-ci ildə xəyanətin qurbanı olan Şuşanın  2020-ci ildə işğaldan azad edilməsi Prezident

 

İlham Əliyevin dövlətimiz və xalqımız qarşısında böyük tarixi xidmətidir. 2021-ci ildə şəhərin bərpası istiqamətində böyük işlər görülüb. Dövlət başçısının Şuşaya 7 dəfə səfər etməsi də şəhərin bərpasına olan xüsusi diqqətdən xəbər verir. Ötən il ərzində görülən işlərin miqyası isə əhatəli və möhtəşəmdir. Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini və yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq 2022-ci ilinŞuşa ilielan edilməsi şəhərin bərpasını daha da sürətləndirəcək, bu istiqamətdə görülən işlərə böyük töhfələr verəcək.

 

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2022.- 7 yanvar.- S.1;4.