Şuşanın xilası - dünya hərb tarixinin şah əsəri

 

 

Şuşa ili” isə bu qədim Azərbaycan şəhərinin mədəni irsini dünyaya yenidən tanıtdıracaq

 

 

 

Hər bir xalqın tarixində onu bəşəriyyətin mizan-tərəzisinin gözündə şöhrətin zirvələrinə qaldıran və ya məğlubiyyətin uçurumlarına çökdürən qeyri-adi hadisələr baş verir. Bu baxımdan erməni işğalçı ordusuna Qarabağda tutulan divan və Şuşanın azad edilməsi dünyanın hərb tarixində nadir hadisələrdəndir.

Ali Baş Komandan İlham Əliyev Azərbaycan Ordusu ilə birlikdə dünyanın hərb tarixinə güclü və ən müasir orduların belə ağlına gəlməyən yeniliklər gətirdi. Beləliklə, Şuşa qələbəsi əfsanəyə, Azərbaycanın döyüş brendinə çevrildi. Bu qədim qala şəhərində aparılan ağlasığmaz döyüşlər ən qüdrətli dövlətlərin hərbi ekspertləri, məşhur alimləri və eyni zamanda NATO-nun ekspertləri tərəfindən diqqətlə araşdırılmaqdadır.

Şuşa Prezident İlham Əliyev tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan olunub. Dövlət başçısı 2022-ci iliŞuşa ilielan etdi. Prezidentin 2022-ci iliŞuşa ilielan edilməsi haqqında sərəncamında qeyd olunduğu kimi, Ermənistanın kapitulyasiyasına yol açan Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək tariximizə Zəfər Günü kimi həkk olundu.

Bu gün Xarıbülbülün vətəni Şuşa Azərbaycanın həm mədəniyyət, həm də siyasi və hərbi tribunasıdır. Azərbaycan dövlətinin ən ciddi bəyanatları, sülh təklifləri bir çox hallarda işğaldan azad edilmiş ərazilərdən, o cümlədən Şuşadan səsləndirilir. Yeni il ərəfəsində Ali Baş Komandan İlham Əliyevin Hadrut qəsəbəsində və Şuşa şəhərindəki çıxışları da təsdiq edir ki, artıq bütün işğaldan azad edilmiş ərazilərin müdafiəsi, qorunması və inkişafı ən yüksək səviyyədə təşkil olunur. Bu torpağın bir zərrəsi belə düşmənə verilməyəcək, əksinə, düşmən inadkarlıq etsə, daha çox itirəcək. Biz artıq fərqli bir xalq və fərqli bir dövlətik. Gücümüzü bilirik, müasir dünyada yerimizi aydın görürük.

Hadrutda dövlət başçısı ordu quruculuğu istiqamətində işlərin davam edəcəyini, yeni hərbi hissələrin və qoşun növlərinin yaradılacağını, ordunun ən müasir silahlarla təchiz olunacağını, 20 ildən artıq orduda qulluq edən hərbçilərə mənzillərin veriləcəyini dedi. Beləliklə, Azərbaycan ordu quruculuğunda dünyanın ən müasir standartlarını tətbiq edir, peşəkarlığın səviyyəsinin artması üçün ciddi addımlar atır.

 

İşğalçı Ermənistan ordusu 30 il ərzində torpaqlarımızda güclü istehkamlarbir neçə xətdən ibarət müdafiə sədləri qurmuşdu, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin təbii relyefində ən əlverişli döyüş mövqeləri onların əlində idi. Lakin ayaqda dayanmağı bacarmadılar, torpaq da onların düşməninə çevrildi və 44 günün içində məlum oldu ki, “döyüşən, cəsur, mərd” erməni ordusu başdan ayağa fərarilərdən ibarət imiş.

 

Ermənilər bar-bar bağırırdılar ki, Azərbaycana bütün dünya kömək edir, oraya aramsız olaraq ən müasir silahlarmuzdlu qatillər daşınır. Erməni KİV-i məğlubiyyətlərini gizlətmək, Ermənistan ordusunun döyüş qabiliyyətini saxlamaq üçün belə xəbərləri tirajlayırdılar.

 

Nəyə “qadir” olduqlarını bircə həftəyə anlayan ermənilər yenə haray qoparıb dünyanı köməyə çağırdılar, Rusiyanı, Avropanı Türkiyə ilə müharibəyə sürükləmək üçün var gücləri ilə çalışdılar. Amma taktikaları dəyişmədi, elə 100 il əvvəlki kimi sızlayıb ağladılar ki, məzlum, zavallı xalq məhv ediləcək, yer üzündən silinəcək. Erməni millətçiləri anlamadılar ki, dünya dəyişib və artıq sızlayıb ağlamaqla xal qazanmaq mümkün deyil. Anlamadılar ki, heç də ağıllı və müdrik deyillər. Onlar işğal altındakı torpaqlarımızda şellənəndə Azərbaycan Prezidenti illərlə həlledici döyüşlərə hazırlaşırdı. Ordumuz yüksək hərbi hazırlıqlardan keçir, müasir dünya təcrübəsinə, NATO standartlarına mükəmməl yiyələnirdi.

 

Sonuncu müharibədə ermənilər bizim sovetlərdən qalma hər köhnə “Kukurizniki vuranda toy-bayram edirdilər ki, Azərbaycanın qırıcı təyyarələrinin axırına çıxdılar. Amma vurulan Azərbaycanın bahalı döyüş təyyarələri yox, Nuh əyyamından qalma “Kukuriznik”lərdir. Darmadağın edilən isə işğalçı dövlətin hava hücumundan müdafiə sistemləridir!

 

Ermənilər İrəvandan daşıdıqları “südəmərlər”i Qarabağda boşuna güdaza verəndə bizim gənclər yüksək döyüş hazırlığı keçmişdilər və hətta əliyalın, qorxmadan düşmənin üstünə şığıyırdılar. Ermənilər vahiməyə düşüb qaçırdı, bizim igidlərimiz yaralı-yaralı düşmənin üstünə atılırdılar. Vahiməyə düşüb Qarabağdan qaçan minlərlə erməni Azərbaycan ordusunun rəşadətindən qorxu içində danışırdı. Özlərinə haqq qazandıran erməni fərariləri əsgərlərimizin yaralı-yaralı döyüşə atılmasını deyirdilər. Şuşa ermənilərin özləri haqqında uydurduqları bütün yalanları birdəfəlik dəfn etdi. Xüsusi təyinatlılarımız əliyalın sıldırım qayalarla qalxaraq Şusaya girdilər. Kiçik qruplarla düşmənin içinə sızıb, bəşər tarixində heç kimə heç vaxt bəlli olmayan yeni döyüş apardılar. Dünyanın heç yerində heç zaman xüsusi təyinatlılar şəhər döyüşlərində onu geri almaq üçün istifadə edilməmişdilər. Çünki hər ev bir qala kimi asanlıqla kamondosları qırmaq üçün istifadə edilə bilərdi. Şuşada isə belə qalalar bir deyildi, iki deyildi. Suşa əməliyyatı Azərbaycan komandanlığının cəsarətlə tətbiq etdiyi ağlasığmaz yenilikdir.

 

 Bu ağır döyüş günlərində Prezident İlham Əliyev Ali Baş Komandan kimi hərbi və informasiya döyüşlərinin ön cərgəsində idi. Prezidentimiz fəxrlə qeyd edir ki, Şuşa əməliyyatı artıq dastana çevrilib. Dünyanın ən məşhur hərbi məktəblərində bu döyüşlər müzakirə edilir, təhlillər aparılır və bir çoxları, xüsusilə Şuşada olmuş insanlar təəccüblənirlər ki, Azərbaycanın qəhrəman övladları yüngül silahlarla qayalara dırmaşaraq bizim mədəniyyət paytaxtımız, Qarabağın tacı olan Şuşanı işğalçılardan necə azad etdilər.

 

Dövlət başçısı yeni ilə bir neçə gün qalmış HadrutdanŞuşadan çıxış etməklə işğalçı dövlətə bəyanat verdi ki, əgər onlar yenidən təhlükə mənbəyi olmağa cəhd edərsə, aqibətləri İkinci Qarabağ müharibəsindəkindən daha acınacaqlı olacaq.

 

Bu gün Azərbaycanın ən uca hərbi, siyasi və mədəni tribunası Cıdır düzüdür. Buradan Azərbaycan Prezidentinin dediyi hər bir ifadə, hər bir fikir bütün dünya tərəfindən diqqətlə izlənilir. Xalq-iqtidar birliyinin nadir nümunəsinə nail olan Azərbaycan xalqı Qarabağı azad etməklə bir daha bu torpaqların Azərbaycan üçün nə qədər müqəddəs olduğunu təsdiq etdi. Dövlət başçısı 60 illik yubileyini HadrutaŞuşaya səfər etməklə bir daha xalq-iqtidar birliyinə sədaqətini qoruduğunu bildirdi. Xalqın dəstəyinə arxalanan Prezident belə deyir: “2003-cü ildən - Prezident vəzifəsinə ilk dəfə seçiləndən bugünə qədər xalqın dəstəyini hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək iradəmi möhkəmləndirir. Bu dəstək nəticəsində biz hamımız - bütün Azərbaycan xalqı böyük tarixi uğurlara imza atmışıq”.

 

 

Bahadur İMANQULİYEV,

Azərbaycan.-2022.- 9 yanvar.- S.1;5.