Şuşa ili” başladı

 

Şuşa Azərbaycan şəhəridir. Şuşanın təməlini, - hamımız yaxşı bilirik, - 1752-ci ildə Pənahəli xan qoymuşdur və gələn il biz Şuşanın 270-ci ildönümünü təntənəli şəkildə qeyd edəcəyik. İşğala baxmayaraq, Şuşa Azərbaycan ruhunu saxlaya bildi. Şuşaya gələn hər bir insan bunu görür. Hətta dağılmış vəziyyətdə, hətta işğal dövründə vandalizmə məruz qalmış şəkildə Şuşa öz ruhunu, öz qamətini saxlaya bildi, əyilmədi, sınmadı, bizi gözləyirdi, biz gəlməli idikbiz gəldik. Müzəffər xalq kimi gəldik. Danışıqlar yolu ilə yox, Ermənistan tərəfindən edilə biləcək hansısa güzəşt nəticəsində yox, döyüş meydanında, qan tökərək, şəhidlər verərək, fədakarlıq göstərərək gəldik və öz ərazi bütövlüyümüzü bərpa etdikmilli ləyaqətimizi bərpa etdik”.

Qalib Komandan İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi GünüYeni il münasibətilə xalqa müraciətində 2022-ci iliŞuşa ilielan etdi. Yanvarın 5-də isə Prezident bununla bağlı sərəncam imzaladı. Sərəncama əsasən, Nazirlər Kabinetinə “Şuşa ili” ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırıldı.

 

“Şuşasız Qarabağ, Qarabağsız isə,ümumiyyətlə, Azərbaycan yoxdur

 

Bu tarixi xəbər həm Azərbaycanda, həm də ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımız tərəfindən minnətdarlıq və məmnunluqla qarşılandı. Səbəbi isə bəllidir. Şuşa mədəniyyətimizin paytaxtı, qədim Azərbaycan torpağıdır.

İllər öncə Ulu Öndər Heydər Əliyev Qarabağın tacı olan Şuşa şəhərinin hər bir azərbaycanlı üçün dəyərini qiymətləndirərkən demişdir ki, “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur”. Bu, Şuşanın bizim üçün nə dərəcədə dəyərli olduğunun böyük ifadəsi idi.

28 illik həsrətdən sonra Şuşa azadlığına qovuşanda isə Xilaskar İlham Əliyev Şuşanı belə dəyərləndirdi: “Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”.

Prezidentin imzaladığı sərəncamda qeyd edilir ki, Şuşa şəhərinin ötən əsrin 70-ci illərində sürətli inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Şəhərin inkişafına dair xüsusi qərarlar məhz Ulu Öndərin təşəbbüsü ilə qəbul edilib. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət alıb, mədəniyyət xadimlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılıb.

Bu gün isə Şuşa yenidən qurulur, özüdaha möhtəşəm, daha əzəmətli. Bugünkü Şuşanın yenidən qurulması isə İlham Əliyevin adı ilə bağlıdır. Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Qısa müddətdə Şuşanın Baş planının hazırlanması, qüdrətli şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyininÜzeyir bəy Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir.

 

Zəruri ehtiyac, sosial sifariş

 

Şuşanın 270 illik yubileyi böyük təntənə ilə qeyd ediləcək. 44 günlük Vətən müharibəsindən sonra, postmüharibə ili olan 2021-ci ilin ardınca 2022-ci ilinŞuşa ilielan edilməsi İlham Əliyevin bir daha müdrikliyinin nəticəsidir.

Belə bir qərar böyük siyasi, tarixihüquqi əhəmiyyətə malikdir. İşğaldan azad edilən torpaqlarımızın minalardan tam təmizlənməməsinə baxmayaraq, keçən il Şuşada müxtəlif əhəmiyyətli tədbirlər keçirilməsi həm də dünyada erməni uydurmasının ifşasına yönəlmişdi.

Şəhərin 270 illik yubileyi münasibəti ilə keçiriləcək təbliğati işlər isə dünyaya səs salacaq və Şuşanın kimə məxsus olduğu aydınlaşacaq. Bununla da erməni diasporunun illərlə Qarabağın, eləcə də Şuşanın erməni torpağı olması haqda dünyada apardığı təbliğat iflasa uğrayacaq. Məhz bu səbəbdən də 2022-ci ilinŞuşa ilielan edilməsi qərarını sosial sifariş kimi qəbul etmək olar. Təkcə hərbi-siyasi yolla deyil, həm də mədəniyyət diplomatiyası ilə Şuşanın tarixən Azərbaycanın ayrılmaz parçası olduğunu hər kəs görəcək. Keçiriləcək tədbirlərlə 270 il öncə inşa edilən Şuşa qalası şəhər mədəniyyəti, tarixi, yerləşdiyi coğrafiyası, bəşər mədəniyyətinə verdiyi töhfəsi ilə dünyada tanınacaq, erməni yalanı və revanşistləri bir daha ifşa ediləcək.

Keçiriləcək toplantılar, forumlar, konfranslar dünya ictimaiyyətinə bir daha çatdıracaq ki, Şuşa Azərbaycan xalqı tərəfindən əsası qoyulan məskəndir. Şuşa  Qarabağın inzibati, iqtisadi mərkəzi, inkişaf etmiş şəhəri, Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biridir. Əbəs yerə Rusiyadünya ictimaiyyəti tərəfindən “Şərqin konservatoriyası” adlandırılmayıb.

İlham Əliyevin 2022-ci iliŞuşa ilielan etməsi möhtəşəm hadisəyə çevrildi və ölkənin şanlı tarixinin qızıl salnaməsinə yazılacaq. 2022-ci il Şuşanın həyatında ən yaddaqalan il olacaq. Bu il parlaq və təntənəli tədbirlərlə - festivallar, konsertlər, müsabiqələr, sərgilər, yaradıcılıq layihələri, poeziya gecələri, yubileylərlə yadda qalacaq, qədim mədəniyyətimizin və incəsənətimizin bütün palitrası təqdim olunacaq. Hər bir azərbaycanlı üçün müqəddəs olan bu şəhərə tez-tez səfərlər təşkil olunacaq, o cümlədən xarici qonaqlar üçün. Şuşa öz əzəmətini qaytaracaqbütün dünya bu şəhərdə baş verən möhtəşəm hadisələri izləyəcək.

Bərpa işlərindən sonra təbiəti və memarlığı ilə göz oxşayan şəhər həm də turizm mərkəzinə çevriləcək. Şuşada dalğalanan bayrağımız Rusiya sülhməramlılarının nəzarətində olduğu Xankəndidə yaşayan ermənilərə gözdağı verəcək. Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa məscidlərinin minarələrindən səslənən azan səsi Şuşanı azadlığına qovuşduran şəhidlərimizin ölməz ruhunu şad edəcək.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2022.- 6 yanvar.- S.1-2.