Məqsəd daxili bazarı yerli məhsullarla təmin etməkdir

 

 

Məlumdur ki, aqrar sektorun inkişafı ölkəmiz üçün strateji əhəmiyyət daşıyır. Bu sektor əhatə dairəsinə və orada çalışan insanların sayına görə birinci yerdədir. Ən əsası isə kənd təsərrüfatı ölkənin ərzaq təhlükəsizliyinin təminatçısıdır.

Hazırda dünyada kənd təsərrüfatı məhsullarının qiyməti sürətlə artır. Bu üzdən idxalı azaltmaq önəmli məsələyə çevrilib. Ona görə ki, idxal məhsullarının qiyməti yerli məhsullara nisbətən yüksək olur. Səbəb daşınma və gömrük xərclərinin, həmçinin məhsulun yerində satış qiymətinin baha olmasıdır. Məsələn, indi dünyada buğdanın qiymətinin sürətlə artması müşahidə edilir. Son üç ildə bu məhsulun qiyməti 30-50 faizə qədər yüksəlib.

Bütün bu səbəblərdən Azərbaycanda son illər aqrar sektorun inkişafı istiqamətində çox görülüb. Fermerlərə işlətdikləri yanacağa və gübrəyə görə dövlət tərəfindən subsidiya ödənilir. Bundan başqa, kənd təsərrüfatında çalışan sahibkarlara güzəştli şərtlərlə texnika, damazlıq heyvanbitki tingləri satılır. Dövlət başçısının ölkəmizdəki ənənəvi kənd təsərrüfatı sahələri ilə bağlı imzaladığı sərəmcamlar da aqrar sektorun inkişafına töhfəsini verir.

Bu gün kənd təsərrüfatı əhalinin daxili tələbatını tam ödəməsə də, məhsul istehsalında müəyyən uğurlara da nail olunub. Belə ki, ötən əsrin 90-cı illərində ölkədə satılan kənd təsərrüfatı məhsullarının böyük əksəriyyəti xaricdən idxal edilirdi. İndi yerli bazarda məhsul bolluğu yaranıb və alıcılar öz mallarımıza üstünlük verirlər.

Dövlət tərəfindən aqrar sektora verilən dəstək ixracda da özünü göstərir. Kənd təsərrüfatında istehsal edilən bir çox məhsullar yerli tələbatı ödəməklə yanaşı, xarici bazara da çıxarılır. Dövlət Statistika Komitəsinin ötən ilin yanvar-oktyabr ayları üzrə verdiyi məlumata görə, ölkədən ixrac edilən məhsullarda meyvə və tərəvəzlər, pambıq lifiipliyi, şəkər, bitki yağları, alkoqollualkoqolsuz içkilərin payı artmışdır. Bir çox hallarda qeyri-neft məhsullarının ixracında pomidor satışının birinci yerdə olması aqrar sektorda qazanılan uğur kimi dəyərləndirilməlidir.

 

Ötən ilin yanvar-noyabr aylarında kənd təsərürfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 8 milyard 612,1 milyon manat təşkil etmişdir ki, onun da 4 milyard 232,6 milyon manatı heyvandarlıq, 4 milyard 379,5 milyon manatı isə bitkiçilik məhsullarının payına düşmüşdür. Beləliklə, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə ötən ildə kənd təsərrüfatının istehsalı 3,8, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,8, bitkiçilik məhsulları üzrə isə 4,8 faiz artmışdır.  

 

2021-ci il dekabrın 1-nə kimi qarğıdalı da daxil olmaqla ölkə üzrə 3 milyard 349,1 milyon tonya 2020-ci ilin eyni dövrü ilə müqayisədə 3,9 faiz çox dənli və dənli paxlalı bitkiçilik məhsulları, o cümlədən 572,3 min hektar sahədən 1 milyard 885,4 min ton buğda yığılmışdır. Beləliklə, ölkə üzrə buğdanın orta məhsuldarlığı 32,9 sentner təşkil etmişdir. Bununla yanaşı, həmin dövrdə 2020-ci ilin eyni vaxtına nisbətən sahələrdən daha çox kartof, tərəvəz, bostan məhsulları, meyvə və giləmeyvə, üzüm, yaşıl çay yarpağı, şəkər çuğunduru, pambıq, günəbaxan və tütün yığılmışdır.

 

Ötən ilin yanvar-noyabr aylarında bitkiçilikdə olduğu kimi, heyvandarlıqda da məhsul istehsalının artımı müşahidə edilmişdir. Həmin dövrdə quş əti də daxil olmaqla diri çəkidə ət istehsalı 3,2, süd istehsalı 1,4, yun istehsalı 0,1, yumurta istehsalı isə 3,5 faiz artmışdır. Bu sahədə ən yüksək artım isə 11,4 faizlə barama istehsalında müşahidə edilmişdir.

 

Kənd təsərrüfatında 2022-ci ilin məhsulunun bünövrəsi qoyulur. Bu məqsədlə təmiz herik şumu daxil olmaqla ötən ilin payızlıq əkinləri üçün 1021,1 min hektar sahədə şum qaldırılmışdır. Cari ilin məhsulu üçün 859,1 min hektar sahədə dən üçün payızlıqlar səpilmişdir. Bunun 509,1 min hektarını buğda, 349,8 min hektarını arpa və 0,2 min hektarını çovdar təşkil edir.  

 

 

 

Rüstəm KAMAL,

Azərbaycan.-2022.- 9 yanvar.- S.6.