“Nizami ili”nin yaddaqalan
tədbirləri
Dövlət başçısının müvafiq sərəncamı ilə 2021-ci ilin dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi şərəfinə “Nizami Gəncəvi ili” elan edilməsi Azərbaycan mədəniyyət və ədəbiyyatının bayramı oldu.
Əlamətdar
il çərçivəsində respublikamızda və
ölkə xaricində, beynəlxalq təşkilatlarda
müxtəlif tədbirlər, təqdimatlar keçirildi. Nizami Gəncəvi
Beynəlxalq Festivalı, bu festival çərçivəsində
gerçəkləşən Nizami Gəncəvi
Beynəlxalq Forumu, “İşıq
festivalı. Nizami Gəncəvi” adlı audiovizual layihə, həmçinin tamaşa nümayişləri, konsert
və sərgilər əlamətdar ilin yaddaqalan tədbirləri oldu.
Eyni zamanda mütəfəkkir
şairin beş
poemasının yer aldığı nəşr
- “Nizami Gəncəvi. Xəmsə”
kitabı Türkiyədə çap edildi.
Azərbaycan.-2022.- 9 yanvar.- S.8.