Xilaskarlıq missiyası

 

Gələcək gəlcəyindir  

 

Xilaskarlıq missiyası ilə xalqın, millətin təkamül tarixində silinməz izlər qoymuş şəxsiyyətlər çox olub. Kifayət qədər mürəkkəb və keşməkeşli bir dönəmdə xalqının köməyinə çatan Ulu Öndər Heydər Əliyev də Azərbaycanın  dar günündə, eləcə də inkişaf tarixində müstəsna xidmətlər göstərib. Böyük rəhbərin titanik, məqsədyönlü fəaliyyəti nəticəsində ölkə dinamik inkişafa döğru yüksələrək hazırda özünün əsl tərəqqi, intibah dövrünü yaşayır. Azərbaycan dünyanın siyasi meydanında öz sözünü deyə bilən qüdrətli dövlətə çevrilib. İctimai-siyasi fəaliyyətini, mənalı ömrünü xalqımızın və müstəqil dövlətimizin inkişafına həsr edən Ulu Öndər zamanın tarixini yaradanonun fövqündə dayanmağı bacaran fenomen şəxsiyyət kimi əbədi olaraq yaddaşlara yazılıb.

İctimai-siyasi fəaliyyəti və bütövlükdə həyatı örnəyə çevrilən Ulu Öndər Heydər Əliyev dühasını şərtləndirən səbəb və amillər çoxdur. Ümummilli Lider 1993-cü ildən başlayaraq həyata keçirdiyi qətiyyətli və məqsədyönlü tədbirlərlə ölkədə özbaşınalığa, xaosa son qoydu. İctimai-siyasi sabitlik təmin edildi. Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində danışıqların başlanması və cəbhə bölgəsində atəşkəsin əldə olunması insan tələfatının qarşısını aldı. Xarici dövlətlərlə, keçmiş hakimiyyətlər dövründə pozulmuş münasibətlər qaydaya salındı. Azərbaycanın hərtərəfli sosial-iqtisadi inkişafı, beynəlxalq iqtisadi sistemə inteqrasiyası üçün məqsədyönlü tədbirlər görüldü.

Ulu Öndər bütün bu nailiyyətlərlə Azərbaycanın dövlət müstəqilliyinə qarşı yönələ biləcək bütün təhdidlərin qarşısını aldı. Müstəqilliyimizin əbədiliyini təmin etdi. Azərbaycanın siyasi taleyinin gələcəkdə hər hansı təsadüflərin asılılığına düşməsinə imkan vermədi. Azərbaycanda inkişaf proseslərinin ardıcıllığına, dönməzliyinə təminat yaradan məqsədyönlü strategiya müəyyənləşdirdi və bu  strategiya hazırda Heydər Əliyevin mənəvi-siyasi irsinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən böyük əzmlə həyata keçirilməkdədir.

Bütünlüklə həyatını və fəaliyyətini doğma xalqının firavanlığına, müstəqil Azərbaycanın inkişafına həsr etmiş Ulu Öndər Heydər Əliyevin inamını doğruldan  Prezidentimiz, bu gün isə Müzəffər Ali Baş Komandan kimi dünyada nüfuzsöz sahibinə çevrilən cənab İlham Əliyev həm də gənclərin dostudur. Gənclik ona, o da gəncliyə ötən 18 il ərzində böyük ümid bəsləyib. Şükürlər olsun ki, hər iki tərəf həmin etimadı doğruldub. Ali Baş Komandan 44 günlük Vətən müharibəsində əldə edilən şanlı Qələbədə gəncliyimizin daha çox fədakarlıq nümunəsi göstərdiyini dəfələrlə vurğulayıb.

Dövlətimizn başçısının xüsusi qeyd etdiyi kimi, gənclərimizdəki vətənpərvərlik, milli ruh son illər özünü bütün sahələrdə göstərməkdədir. Çünki onlar dövlət tərəfindən daim diqqət və qayğı ilə əhatə olunmuşlar. Bu siyasətin müəllifi isə Azərbaycan Prezidenti İlham Əliyevdir.

Ermənistanın təcavüzkar siyasətinə qon qoyulmasında, Qarabağımızın erməni vandalizmindən xilas edilməsində də məhz əsas güc gənclərimizin üzərinə düşdü. Vətən müharibəsi Azərbaycan gəncliyini dünyaya tanıtdı.  Elə biz özümüzson onilliklərdə cəmiyyətimizdə necə vətənpərvər, cəsur, qəhrəmanlıq ruhu ilə dolu, bir o qədər də savadlı, sağlam düşüncəli nəslin yetişdiyinə bir daha şahid olduq. Dövlət müstəqilliyimizin həyatımıza bəxş etdiyi ən böyük nailiyyətlərdən biri də gənc nəslin milli ruhda tərbiyəsi, hərtərəfli inkişafı üçün yaranmış mühitdir.

Bu gün gənc nəsil cəmiyyət həyatının bütün sahələrində mühüm rol oynayır. Eyni zamanda nəsillərarası rabitə, ulularımızdan bizə miras qalmış milli-mənəvi dəyərlərimizə hörmət ruhu da uğurla davam etdirilir. Azərbaycan gəncliyi səngərlərdə olduğu kimi, informasiya savaşında da böyük üstünlüyə malikdir. Onlar mənfur düşmənlərimizin illərdən bəri dünyada yaratdıqları saxta miflərin ifşasında mühüm rol oynayırlar.

Bütün bunlar bir daha onu deməyə əsas verir ki, dövlətimizin gənclər siyasəti bu gün çox məqsədyönlü şəkildə həyata keçirilir. Azərbaycan gənci elmiintellektual dünyagörüşü ilə həmyaşıdları arasında seçilir. Dünyanın ən aparıcı ali təhsil ocaqlarında elmin müasir nailiyyətlərini öyrənən gənclik gələcəyin kadrlarıdır. Bu potensiala daim diqqət yetirən dövlət başçımızla fəxr duyuruq. Ona görə ki, Prezident İlham Əliyev həm də öz ətrafında yüz minlərlə vətənpərvər gənci birləşdirən Yeni Azərbaycan Partiyasının lideridir.

Dövlət rəhbərimiz bütün çıxışlarında üzünü gəncliyə tutaraq deyir: “Bu gün dünya o qədər sürətlə inkişaf edir, texnologiyalar o qədər sürətlə qabağa gedir ki, bilik, savad olmadan həyatda öz layiqli yerini tapmaq çox çətindir. Gənclər peşəkar olmalıdırlar... Bizim gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdırlar. Əsrlərboyu bizim xalqımız başqa dövlətlərin, imperiyaların tərkibində yaşamışdır. Ancaq biz milli mənsubiyyətimizi, adət-ənənələrimizi qorumuşuq... Azərbaycan gəncləri mütləq milli ruhda tərbiyə almalıdırlar ki, gələcəkdə dövlət maraqlarını, xalqımızın milli maraqlarını layiqincə qoruya bilsinlər. Hesab edirəm ki, bu iki əsas amil hər bir gənc üçün çox vacibdir”.

 

Əsmər NƏBİYEVA,

Azərbaycan Texniki Universitetinin sektor müdiri

 

Azərbaycan.- 2022.- 6 yanvar.- S.7.