Mətbuatın işıqlı adamı
Onu hər kəs, xüsusən də jurnalist dostları işgüzar, səmimi yoldaş, məhsuldar işçi və ən nəhayət, dostluğa sadiq insan kimi tanıyırlar. İllərdir onunla birgə addımlayırıq. Dostluğumuzun möhkəm bağlara əsaslanan uzun hekayəsi var.
O, həqiqətən
də, jurnalistlərin
dostudur. Qələm əhli bunu
çox gözəl bilir. Sutkanın 24 saatı telefonları
açıqdır. Nə zaman
yığsan, xoş səsini eşidərsən.
Hətta
nə qədər əsəbi olsa belə, Tanrıverdi müəllimlə telefon danışığının birinci dəqiqəsində
o, tamam başqa insana çevrilir. Çünki ona müraciət
edən hər kəslə çox səmimi, mehriban danışır və problemini dinləyib dərhal həll etməyə çalışır.
İkinci dəfə zəng
etməyə lüzum
qalmır.
Bir maraqlı hadisə yadıma düşür. Əvvəllər işıqlar tez-tez sönürdü. Həmin dəqiqə
müvafiq idarələr
deyil, birbaşa Tanrıverdi müəllim
yada düşürdü.
Sağ olsun, onun köməyi ilə işıqsız qalmırdıq. Bir gün gecə
saat 2 radələrində
telefonuma zəng gəldi. Yuxudan ayılıb baxdım
ki, dostum (adını yazmıram), ölkənin tanınmış
həkimlərindən biridir.
Telefona cavab verən kimi başladı hirsli-hirsli danışmağa.
Bu vaxtı xəstəxanada
işıq sönər?
Reanimasiya otaqlarında
xəstələr var. Onlara
bir şey olsa, kim
cavab verəcək? Bayaqdan hansı işıq idarəsinə zəng edirəm, düşə bilmirəm. Birdən ağlıma gəldi
ki, sən Tanrıverdi Mustafayevlə
yaxınsan, bəlkə
onun nömrəsinə
zəng edək.
Bir az
sakitləşdirib məsələ
ilə maraqlanmaq üçün gecənin
bu saatında Tanrıverdi müəllimə
zəng etdim. Gec də olsa dərhal
telefonu açdı və mən vəziyyəti izah etdim. Cəmi bir neçə
dəqiqə keçmişdi
ki, həkim dostum zəng edib sevincək şəkildə işıqların
yandığını söylədi.
Əlbəttə ki, bu, gecə şirin yuxusuna haram qatdığım Tanrıverdi
müəllimin zəhmətinin
nəticəsi idi.
Bununla bağlı bəlkə də onlarca hadisə danışa bilərəm. Bu cür
hərəkətləri, sözünə
sadiqliyi, operativliyi, dürüstlüyü ona
böyük hörmət
qazandırıb. Tanrıverdi Mustafayev
bu gün işıqlı siması,
insanlara sevgisi ilə öz işinin başındadır.
Həyatı qədər özü
də maraqlı adamdır. Yubiley yaşını qeyd edir dostumuz.
60 yaşın tamamını, adətən,
müdrikliyin başlanğıc
dövrü adlandırırlar.
Yaşanmış bu illər bir tərəfdən ömrün
çox, digər tərəfdən az hissəsi hesab edilir. Bununla
belə, insanın mənəvi yetkinlik dövrünə qədəm
qoyduğu, özü
qarşısında hesabat
verdiyi 60 il
həm də böyük zaman kəsiyidir. Həmçinin şərəflə yaşanan ömür yolundan asılı olmayaraq, insan həyatında iz qoyan əbədi keyfiyyət möhürüdür.
Bu mənada tərcümeyi-halına
nəzər salanda görürsən ki, ömrünün 60 ilini geridə qoyan Tanrıverdi Mustafayev üçün bu illər kifayət qədər dolğun, mənalı yaşanmış
bir həyatdır.
İllərdir “Azərişıq”ın Mətbuat
xidmətinin rəhbəri
kimi çalışan
Tanrıverdi Mustafayevin
həyat yolu zəngindir. Kənddə doğulub. Ətrafında olanların əksəriyyəti
də demək olar ki, hamısı
kənddə böyüyüb,
boya-başa çatan,
kəndin havasını
udan insanlardır.
Bəlkə də bizləri
birləşdirən kənd
həyatının saflığı,
dürüstlüyüdür.
Hərdənbir görüşüb çay
süfrəsi arxasında
oturub söhbətləşərkən,
keçmişdən və
günümüzdən söz
düşəndə Tanrıverdinin
maraqlı həyatının
şahidi olursan. Uşaqlıq
illərindən danışarkən
deyir: “Həm kənd, həm də şəhər mühitini görmüşəm.
Zəhmətkeş kolxozçu ailəsində
doğulmuşam. Müxtəlif mühitlərdə böyümüşəm.
Uşaqlığımız qoyun otarmaqla, ot biçməklə,
dağlara köç
etməklə keçib.
Xatırlayıram ki, evə qonaq gələndə heç
kim ortalıqda
görünməzdi. Qonaq oturub
yeyib-içdikdən sonra
üzə çıxardıq.
Ancaq şəhər mühiti bir qədər fərqlidir. Hər yerin
bir adəti var və buna
uyğunlaşmaq lazımdır.
İndiki uşaqlar bizim
uşaqlıqda çəkdiyimiz
əziyyətə qatlaşa
bilməzlər. Biz çətin
şərtlər altında
böyümüşük. Bəzən deyirlər ki, məktəblərdə uşaqları
yorurlar. İndiki uşaqların
işi ancaq oxumaqdır. Biz o dövrdə bütün ağır işlərlə
yanaşı, dərslərimizi
də yaxşı oxuyurduq”.
Bu gün
məhz həmin əziyyətin şirin bəhrəsini dadır Tanrıverdi. İndi onun həyatının
əsas anlamı, yaşam qayəsi övladları ilə bağlıdır. Çünki yalnız onların əhatəsində özünü
rahat, güvənli və daha güclü
hiss edir. Övladları ilə fəxr edir, onlarla nəfəs
alır. Ata olmağın şirinliyini
dadarkən həyat ona sürprizlər etməyə davam edib, hətta dörd nəvənin babası statusunu da qazanıb. Övladlarından bəhs edəndə
üzünə xırda
bir təbəssüm
qonur, fərəhlə
danışır. Sanki
qoca bir çinarı ayaqda saxlayan məhz onun pöhrələnən
budaqları imiş kimi, onu bu
qədər güclü
edən, ayaqda dayanmağının səbəbkarı
da o budaqlardır.
Onu da deyim ki,
yubilyar bir müddət xarici ölkədə də yaşayıb. Ancaq öz soykökünə,
torpağına, vətəninə
bağlı qalıb.
Övladları da özü
kimi. Harda yaşamaqlarından asılı olmayaraq, hər zaman evdə azərbaycançılıq
ideyası, milli-mənəvi
dəyərlərimiz, adət-ənənələrimiz
hökm sürüb.
Bu gün
həmin dəyərlərə
sadiq ömür sürür bizim Tanrıverdi. 60 illik həyatında o qədər
şirinlı-acılı xatirələr
var ki...
Amma bizə qalan əzizimiz, işıqlı adama bundan sonrakı həyatında sağlıqlı-hüzurlu ömür,
şad günlərlə
zəngin olan xoş və maraqlı həyat arzulamaqdır.
Yubileyin mübarək,
işıqlı insan!
Bəxtiyar ƏZİZLİ
Azərbaycan.- 2022.-8 yanvar.- S.7.