İLAHİ ƏDALƏT
İlham Əliyevin “dəmir yumruğ”u ilə bərpa
olundu
Həyat göstərdi ki, ədalət var, sadəcə, dözümlü olmaq lazımdır,səbirli olmaq lazımdır, ədalətə inanmaq lazımdır və ədalətənail olmaq üçün çalışmaq lazımdır, hədəfə doğru getmək lazımdır.
Ədaləti bərpa etmək
üçün fədakarlıq göstərmək
lazımdır.
İlham
ƏLİYEV
Dünyada İlahi Ədalətin mövcudluğuna və hökmən öz yerini tutacağına həmişə inanmışam!
Bəlkə də, bu inam həyatda gördüklərim və haqsızlıqların nə vaxtsa cəzalanmasına şahidliyim nəticəsində yaranıb!
Bilmirəm!
Bildiyim odur ki, Yer və Göy idarə olunur, zalımla məzluma fərq qoyulur, “quduran 40 gündən çox getmir”.
Tanrının hesabında həmin “40 gün” nə qədər çəkir, bu ölçü vahidindən də xəbərsizəm!
***
Haqsızın, qudurmuşun cəzası da müxtəlif olur!
Bu da İlahinin öz seçimidir!
Zəlil günə
saldığı da, ağlını başından,
sağlamlığını əlindən aldığı
da, çörəyə möhtac qoyduğu da, dəmir
barmaqlıqlar arxasına saldığı da və daha
hansısa bizim bilmədiyimiz formada cəza növləri var!
Cəza birdəfəlik və uzun
sürən şəkildə də olur!
Bu da təqsirkarın
günahının ağırlıq dərəcəsindən
asılıdır!
***
Allah-təala zalımı cəzalandırarkən
cəzaverəni də özü seçir!
Adətən, cəzaverənlər
Tanrıya daha yaxın insanlar hesab olunurlar!
Həm də başqalarından fərqli,
vergili, həyatda ədalətli insan imici qazanmış, zəka
və iradəli insan kimi tanınır, qəbul edilir!
Bir incə məqam da var: Tanrı
zalımı “cinayət yolu” ilə deyil, ədalətin
gücü ilə cəzalandırır!
Azğınlaşmış insan
başına gələnləri “təsadüf”, “öz səhvi”,
yaxud uğursuzluq kimi də qəbul edə bilir!
Bu, onun “kallığına” və
“ağıllanmadığına” dəlalət edən
haldır!
Amma Tanrının ədalətinə
inanmaq və onu səbirlə gözləmək, İlahi
Ədalətin öz yerini tutacağına əmin olmaq, şəkk
etməmək vacibdir!
Bəlkə də, biz onun gecikməsindən
rəncidə olur, tələsə bilirik!
Tanrı isə hər şeyin vədəsini,
qədərini və üsulunu çox dəqiq müəyyənləşdirir!
Xəyanət - erməninin adi
davranış qaydasıdır!
Yaltaqlıq, yarınmaq, qulluq göstərmək,
kiminsə əlində alətə çevrilmək -
yaşayış tərzidir!
Böyüyün yanında
kiçiklik etmək, zəifi görəndə əjdahaya
dönmək, qazanc, dolanışıq güddüyü
şəxsin ailəlikcə köləsinə çevrilmək,
xəbərçilik, satqınlıqla “hörmət qazanmaq”
asan və normal bildiyi, daim istifadə etdiyi gündəlik vasitələrdir.
Erməni tək və zəif olanda
quzuya çevrilir!
Birləşib güclənəndə,
arxasında duran olanda isə hər şeyi qamarlamağa can
atır, özünə bir hami tapanda dərhal “yersiz gəldi,
yerli qaç” məsələsindəki kimi həyasızcasına
addımlar atır.
Əsas “silahı”
çoxüzlülük, riyakarlıq, yalançılıq,
başqalarına quyu qazmaq, tora salmaq, şərləməkdir.
Həm də terror ustasıdır!
Pusquda durmağı, arxadan
vurmağı, sudan quru
çıxmağı, canavar simasını gizlətməyi
də məharətlə bacarır!
Bəli, çox
bacarıqlıdır, uyğunlaşmağın, pul
qazanmağın, münasib yer tapan kimi qısa vaxtda
özününküləri ətrafına toplamağın
ustasıdır - kəsəsi, “erməni millət deyil, təşkilatdır”
məşhur “tezisini” daim doğruldur!
Bütün bunlar erməniyə
müvəqqəti uğur gətirsə də,
bütövlükdə millət kimi bədbəxtliyidir!
Vətənləri yoxdur deyə yer
üzünə səpələniblər!
Özlərinə qondarma
tarix yaratmaqla əsrlər boyudur ki, qədimlik statusu
qazanmağa çalışırlar.
Bir tarixi abidələri,
tarixdə yaşamış məşhur sərkərdə və
rəhbərləri yoxdur ki, onlara əsaslanıb nəyi isə
sübut edələr.
Hətta qədim kilsələri də
yoxdur, başqa dini məbədləri saxtalaşdırmaqla
öz adlarına çıxarmaq, yerə bir “qədimlik” əşyası
basdıraraq sonradan onu “tapmaqla” sübutlar yaratmaq sevimli məşğələləridir.
Vətənsizlik, qaraçı həyatı
sürmək, xeyirxahlarına xəyanət etmək, su
içdikləri quyuya tüpürmək alınlarına
yazılıb!
Bicliyi ağlını qat-qat üstələyən
bu millətin naqis əməlləri ona heç vaxt xoşbəxt
olmağa, sakit, əmin-aman şəraitdə yaşamağa
imkan vermir!
***
Erməni Türkiyəyə xəyanət
etdiyinə, müharibə aparan dövlətin kürəyinə
bıçaq sapladığına görə Cənubi Qafqaza
köçürülmüşdür!
Həm də “alət millət”
funksiyasını yerinə yetirmək üçün bura gətirilmişdir!
Satqınlığına
mükafat olaraq ilk dəfə onunçün dövlət
yaradılmışdır.
İlk günlərdən də
torpağında yerləşdiyi, sərvətlərindən və
imkanlarından bəhrələndiyi xalqa qarşı xəyanət
mövqeyi sərgiləmişdir!
Azərbaycan güclü olanda ona
tulalanmış, ayağı yer tutub arxasında güclü
görəndə isə hürməyə, hətta dişləməyə
başlamışdır!
Bu millət həmişə
marıqdadır!
Ərazisinə qısılıb
barındığı dövlət zəifləyən,
başı nəyəsə qarışan kimi üzə
çıxır, murdar xislətini göstərir!
Azərbaycan ikinci dəfə
dövlət müstəqilliyi qazananda da yaranmış məqamdan
torpaq qoparmaq üçün istifadəyə başladı.
***
Ermənilərin
“Qarabağın işğalı” ssenarisi rəngarəngliyi və
hiyləgər “tərkibi” ilə diqqət çəkirdi.
“Narazılıq mitinqləri”,
“iqtisadi cəhətdən pis təminat” etirazları ilə
başlanan hərəkat get-gedə şişərək
“miatsuma” çevrildi, Dağlıq Qarabağın Ermənistana
birləşdirilməsi istəyinin mahiyyətini ortaya qoydu.
Paralel şəkildə
SSRİ-nin qəzet, jurnal, telekanal (mərkəzi televiziya) və
informasiya agentliklərində, habelə bu vasitələrlə
xaricə çıxmaqla güclü təbliğat-təşviqat
işləri də aparırdılar.
İnformasiya mübarizəsində
isə vahid ideya vardı:
“Vəhşi müsəlmanlar” “qədim”,
“zavallı” və “məzlum” millətə zülm edir,
onların insan haqlarını pozur, “millətin öz müqəddəratını
təyin etməsinə” mane olur!
Bu adla ermənilər havadarları
vasitəsilə “özünü müdafiə dəstələri”
(fadainlər) yaradaraq silahlandırdılar, Ermənistandan gələn
“saqqallılar” Azərbaycan kəndlərinə hücum
çəkərək qarətə, təxribatlara,
vahimə yaratmağa başladılar, Şuşa ilə
Ağdamın (əslində Azərbaycanın) əlaqəsini
kəsdilər, sərnişin avtobuslarını daşa
basdılar, sonra girovlar götürməyə
başladılar.
Mərkəz bu prosesə
gizli dəstək verməklə yanaşı, riyakar mövqe
tutur, özünü bilməzliyə qoyur, əslində isə
Ermənistanda ordu quruculuğuna yardım göstərirdi.
Nəticədə Ermənistan millətçiləri
və terrorçuları 366-cı sovet alayının köməyi
ilə Xocalı soyqırımını törədərək
müharibədə keyfiyyət dəyişikliyinə nail
oldular.
***
Erməni Qarabağa öz
torpağı kimi yox, düşmən ərazisi kimi daxil oldu!
Odur ki, qarşısına nə
çıxırdısa, talayır, yandırır,
dağıdırdı!
Min bir zəhmətlə, alın təri,
əl qabarı ilə tikilən evlər, abad kənd və qəsəbələr
qısa vaxtda xarabazara çevrildi!
Neçə nəslin tikib qurduğu
cənnət Qarabağ az vaxtda yerləyeksan
edildi!
Meyvə bağları,
meşələr qırıldı, yeraltı və
yerüstü sərvətlər talan edildi, çaylara zəhərli
maddələr axıdıldı.
Su anbarlarından onun əsl
sahibləri tərəfə axan kanallar yayda bağlandı,
qışda sel yaradaraq ziyanəvərlik edildi.
Təmas xəttində
mütəmadi şəkildə atəşkəs pozulur, dinc
sakinlər, qadınlar və uşaqlar hədəfə
alınırdı.
Dünya isə bütün
bunları görür, bilir, guya “sülh
danışıqları” yolu ilə nizama salmağa
çalışırdı, əslində ədalətsizliyə
göz yumaraq erməninin tərəfini tutmaqla
işğalı əbədiləşdirirdi.
***
Hər şeyin bir sonu
olmalıdır və olur!
Ermənistanda hakimiyyətin
Ter-Petrosyandan sonra kriminal, cinayətkar Qarabağ
klanının - Koçaryan və Sarkisyanın əlinə
keçməsi düşməni daha da
azğınlaşdırdı.
Artıq onlar nəinki
işğal ərazilərini qaytarmayacaqlarını
açıq şəkildə bəyan edirdilər, hətta
yeni əraziləri tutacaqları ilə bizi hədələyirdilər.
Ermənilər ürəkdən
inanmışdılar ki, Azərbaycan ərazilərini öz
gücləri ilə işğal ediblər.
İnanmışdılar ki,
“döyüşkən”, “məğlubedilməz” millətdirlər.
İnanmışdılar kli,
“böyük Ermənistan” yaradacaqlar!
Bicliyi ağlından qat-qat
çox olan Paşinyanın, “sorosçu uşağın”
meydandan rəhbərliyə gəlməsi vəziyyəti daha
da qəlizləşdirdi.
Paşinyan ermənilərin
ürəklərindəkiləri ucadan söyləyirdi.
Gah sinəsi orden-medallarla dolu
generalların əhatəsində Şuşada sərxoş
olub yallı gedirdi, gah oğlunu Xankəndinə hərbi xidmətə
göndərirdi, gah Dağlıq Qarabağı tərəf
kimi danışıqlar prosesinə gətirmək istəyirdi,
gah da Tovuz tərəfdən Azərbaycana hücum təşkil
edərək enerji kəmərlərini ələ keçirmək
istəyirdi.
Azərbaycanın dolan səbir
kasası daşmaq üzrə idi!
Paşinyanın “Qarabağ Ermənistandır,
nöqtə” söyləməsi Azərbaycan Prezidenti İlham
Əliyevin qəzəbinə və qəti addımlar
atmasına səbəb oldu!
***
Bu dəfə Ulu Tanrı haqqın-ədalətin
bərpası üçün cənab İlham Əliyevi
seçdi!
Seçdi və sonadək
arxasında duraraq ilahi köməyini göstərdi!
Həm də İlham Əliyevin
yumruğunu düşmənin başını qısa
müddətdə əzə biləcək qüdrətli “dəmir
yumruğ”a çevirdi!
İlham Əliyevi İlahi
Ədaləti bərpa edənə, Azərbaycanın
xilaskarı səviyyəsinə yüksəltdi.
Buna qədər Azərbaycanın rəhbəri
olaraq torpaqları işğaldan azad etməkdən
ötrü Prezident İlham Əliyev çox işlər
görmüşdü!
Aşkar və məxfi şəkildə!
İndi isə döyüş
zamanı idi!
Müzəffər Ali Baş Komandan
İlham Əliyev bu döyüşə bütün
bacarıq və qabiliyyəti, istedad və xarizması ilə
hazırlaşmışdı!
BELƏ Kİ:
* Tarixinin ən qüdrətli Azərbaycanını
yaratmışdı;
* Yeni vətənpərvər gənclər
nəsli tərbiyələndirmişdi;
* Yeni ordu yaradaraq onu ən müasir
silahlarla silahlandırmışdı;
* Ölkənin siyasi nüfuzunu və
müasir imicini ən yüksək səviyyəyə
qaldırmışdı;
* Diplomatiya sahəsində bir
çox uğurlara imza ataraq haqq işimizi bütün
dünyaya çatdırmış, Azərbaycana
çoxsaylı dostlar qazandırmışdı;
* Azərbaycan-Türkiyə
dostluğunu və strateji əməkdaşlığını
tarixdə olmayan bir səviyyəyə
qaldırmışdı;
* Xalqın milli birliyini
yaratmışdı;
* İnformasiya müharibəsinə
hərtərəfli və mükəmməl
hazırlaşmışdı;
* Nəyi nə vaxt və necə edəcəyini
dəqiq müəyyənləşdirmişdi!
***
İlham Əliyev qısa vaxt - 44
gün ərzində “dəmir yumruğ”u ilə düşmənin
başını əzib belini qırdı!
Yeni taktika və strategiya tətbiq edərək
Ermənistan ordusunu məhv etdi, qorxaqlar və fərarilər
yığnağına çevirdi!
Düşməni Ağdam,
Laçın və Kəlbəcəri bir güllə belə
atmadan, dinməz-söyləməz qaytarmağa məcbur etdi!
Qoyduğu şərtlər əsasında
ona təslim aktını, üçtərəfli Bəyanatı
imzalatdırdı!
Beş əsr ərzində ilk dəfə
olaraq qüdrətli Sərkərdə kimi itirilmiş
torpaqları qaytardı!
İki əsrlik Qarabağ
münaqişəsini birdəfəlik, həm də uğurla
həll etdi!
Azərbaycan xalqını dünyaya
məğrur, döyüşkən, öz torpaqlarına sahib
çıxan xalq kimi yenidən tanıtdı!
Bu, çoxdan gözlədiyimiz
İlahi Ədalətin bərpası idi!
Bu, azğın, qudurğan
düşmənin Tanrının seçdiyi qüdrətli Sərkərdə
tərəfindən cəzalandırılması idi!
Bu, İlahinin qüdrət bəxş
etdiyi “dəmir yumruğ”un tarixi zəfəri
idi!
Şükür, İlahi bizə arxa
durdu!
Minnətdarıq Müzəffər
Ali Baş Komandan İlham Əliyevə - İlahi Ədaləti
bərpa edərək qisasımızı aldı!
Bəxtiyar SADIQOV
Azərbaycan.- 2022.-11 yanvar.- S.1; 3.