“Şuşa ili”ndə daha möhtəşəm nailiyyətlər
qazanılacaq
İlham Əliyevin postböhran dövrü üçün
müəyyən etdiyi inkişafın yol xəritəsi strateji vəzifələrin
yerinə yetirilməsinə real zəmin
yaradır
İstənilən xalq və onun yaratdığı dövlət siyasi, iqtisadi və digər cəhətlərdən nə qədər möhkəm, qüdrətlidirsə, onun həyata keçirdiyi siyasətin müstəqillik elementləri də o dərəcədə güclü olar.
Bu mənada Prezident İlham Əliyevin son 18 ildə həyata keçirdiyi tam müstəqil siyasət nəticəsində Azərbaycanın əhəmiyyətli dərəcədə gücləndiyi dünyada heç kimdə şübhə doğurmur. İkinci Qarabağ savaşındakı böyük Zərəfdən sonra Azərbaycan postmüharibə dövründə atdığı addımlarla, yürütdüyü siyasətlə bir daha dünyaya gücünü, qüdrətini, nəyə qadir olduğunu nümayiş etdirdi.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində Xilaskar Komandan bəyan etdi ki, Azərbaycan postmüharibə dövründə qarşıya qoyulan bütün məqsədlərə nail olub. İndi isə yeni bir mərhələyə - postböhran dövrünə qədəm qoyur. Əlbəttə ki, bu dövrdə də uğurların davam etməsi üçün qarşıya qoyulan tapşırıqlar vaxtında layiqincə icra edilməlidir.
Sözükeçən və mövqeyi
yüksələn ölkə
İqtisadi və hərbi qüdrəti möhkəm olan dövlət bütün sahələrdə uğur qazanmağa qadirdir. Bu gün tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan da güclü iqtisadiyyata, qüdrətli orduya sahib olan dövlət kimi Avratlantika geosiyasi arealında öz sözü və mövqeyi olan ölkəyə çevrilib.
Ötən il Azərbaycanda 3 əsas istiqamət üzrə müəyyənləşdirilən layihələrin icrasının uğurla gerçəkləşdirilməsi bunu təsdiq edən reallıqdır. Belə ki, 2021-ci ildə işğaldan azad edilmiş torpaqlarımızda sürətli yenidənqurma, tikinti-quruculuq işləri, COVID-19-la mübarizə və ümumilikdə regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramı icra edildi. Heç bir sosial layihə təxirə salınmadı. Bütün bu işləri Azərbaycan heç kimdən borc almadan öz gücünə rellaşdırdı. Yəni bütün bu işlər dövlət büdcəsi hesabına aparıldı və proses bu gün də davam etməkdədir.
Keçən il həm də Azərbaycan ordu quruculuğuna daha böyük diqqət yetirdi və eyni zamanda beynəlxalq arenada mövqelərini möhkəmləndirdi. Yeni silahlar, texnikalar alındı, müasir hərbi birləşmələr - Komando briqadaları yaradıldı. Ali Baş Komandan Xocavənd rayonuna səfəri çərçivəsində Hadrutda yaradılan Komando Briqadasına baş çəkdi və döyüş bayrağını təqdim etdi. Komando Qüvvələri istənilən hərbi vəzifəni icra etməyə hazırdırlar, onların sayı durmadan artır və Ali Baş Komandan bu il də analoji hərbi hissələrin yaradılacağını vurğuladı.
2022-ci ili “Şuşa ili” elan edən dövlət başçısı əminliklə vurğuladı ki, Azərbaycan bu il də bütün sahələrdə yüksək uğurlar qazanacaq. Bunu şərtləndirən isə İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” əsasında görülən tədbirlərdir. Bu sənəd qarşıdakı dövrdə inkişafın yol xəritəsi hesab olunur. Dünya iqtisadiyyatına hələ də ciddi təsir etməkdə olan qlobal pandemiya ilə mübarizə tədbirləri iqtisadiyyatımıza təsirsiz ötüşməsə də, dövlətin qüdrəti imkan verir ki, həm işğaldan azad edilmiş torpaqlarımızda quruculuq işləri, həm pandemiyaya qarşı mübarizə tədbirləri, həm də qarşıdakı dövr üçün yeni mütərəqqi islahatları reallığa çevirsin.
Ölkə iqtisadiyyatına
300 milyard dollara yaxın investisiya yatırılıb
Hazırda qədəm qoyduğumuz postböhran dövründə
iqtisadiyyatın artım
tempi müşahidə edilir
və inkişaf göstəriciləri yüksəlir. Ölkənin neft sahəsindən asılılığını aradan qaldırmaq istiqamətində görülən
tədbirlər bəhrəsini
verir və bunu qeyri-neft sektorundakı artım da təsdiqləyir. İqtisadi fəallığın artması
ölkəmizin maliyyə-iqtisadi
göstəricilərinin də
yaxşılaşmasına səbəb olmaqdadır.
Cari ilin dövlət büdcəsinin bütün
göstəriciləri onu
deməyə əsas verir ki, 2022-ci ildə də qarşıya qoyulan strateji vəzifələr
uğurla yerinə yetiriləcək.
Tarixi qələbəmizin
təminatçısı olan
Azərbaycan Silahlı
Qüvvələrinin müdafiə
qabiliyyətinin daha da möhkəmləndirilməsi,
dövlətin milli təhlükəsizliyinin gücləndirilməsi,
işğaldan azad edilmiş ərazilərdə
hərbi hissələrin
yerləşdirilməsi, bərpa
edilmiş dövlət
sərhədinin etibarlı
qorunması üzrə
tədbirlərin maliyyələşdirilməsi
növbəti ilin büdcəsinin prioritet xərclərinin vacib istiqamətləri kimi qalır. Belə ki, 2022-ci ilin dövlət büdcəsi
xərclərinin 15 faizi,
yəni 4 milyard 490 milyon manat həcmində
vəsait bu məqsədlər üçün
nəzərdə tutulub.
Cari ilin büdcəsinin prioritet xərclərində
işğaldan azad olunmuş ərazilərin
bərpası və yenidən qurulması ön sırada dayanır. Düşmənin
vəhşicəsinə talan
etdiyi kənd, qəsəbə və şəhərlərin yenidən
qurulması və tarixi simalarının qaytarılması, ərazilərin
minalardan təmizlənməsi,
zəruri yol-nəqliyyat,
elektrik, rabitə, su, qaz və
digər kommunal infrastrukturların, həmçinin
sosial-mədəni obyektlərin
tikintisi, mədəni-tarixi
abidələrin bərpası
istiqamətində başlanılmış
böyük həcmli
işlər sürətlə
davam etdirilməkdədir.
Bu il işğaldan azad olunmuş ərazilərin bərpası
məqsədi üçün
büdcədən 2,2 milyard manat vəsait
ayrılıb.
Bu bir həqiqətdir ki, Azərbaycan son 18 ildə dünyanın heç bir dövlətinə müyəssər olmayan sürətli inkişaf yolu keçib. 2003-cü ildən
bu yana iqtisadiyyatın
üç dəfədən
çox artması, iqtisadiyyatımıza 300 milyard
dollara yaxın investisiya yatırılması,
ölkənin strateji valyuta ehtiyatlarının
63 milyard dolları keçməsi bunu təsdiq edən ən vacib faktlardır.
Göründüyü kimi, İlham Əliyevin yeni inkişaf strategiyasına uyğun olaraq həyata keçirilən
çoxşaxəli islahatlar,
kompleks tədbirlər
sayəsində əldə
edilən uğurlar onu deməyə əsas verir ki, Azərbaycan iqtisadiyyatı 2022-ci ildə
də inkişaf dinamikasını qoruyub saxlayacaq və iqtisadi artımın müsbət meyilləri davam edəcək.
Əlbəttə ki, bu gün
Azərbaycanın qazandığı
uğurları şərtləndirən
əsas amil İlham Əliyevin düşünülmüş iqtisadi konsepsiyasının
tam doğru formada icrasıdır. Bütün bunlar isə
verilən vədlərin
uğurla reallaşması
nəticəsində baş
tutub. Dövlət
başçısının söylədiyi kimi, son 18 il ərzində
bir dənə də yerinə yetirilməyən vəd yoxdur. Bu günün
reallıqları onu göstərir ki, Azərbaycan düzgün yolda gələcəyə
doğru inamla addımlayır. 2021-ci ildə görülən işlər onu deməyə əsas verir ki, Azərbaycanı
2022-ci ildə daha yüksək uğurlar gözləyir.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.- 2022.- 11 yanvar.- S.1; 5.