Tarixi muzeylər yaşadır
Vətən müharibəsi Milli Azərbaycan
Tarixi Muzeyində də salnaməyə çevrilir
“44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir. Bu tarix əbədi yaşayacaq. Çünki bu Qələbə tarixdə bənzəri olmayan qələbədir. Azərbaycan xalqı buna layiq idi və biz Qələbə əldə edərək, düşməni öz doğma diyarımızdan qovduq, şəhərlərimizi azad etdik, doğma Şuşamızı azad etdik...”
Azərbaycan Prezidenti İlham Əliyevin söylədiyi bu fikirlər tariximizin şanlı səhifələrinə qızıl hərflərlə həkk edildi. Xalqımız şanlı tariximizlə, əfsanəvi qəhrəmanlarımızla həmişə fəxr edir. Deyirlər, “Tarixi insanlar yaradır, muzeylər isə onu qoruyur”. Bu məqsədlə də 2021-ci ildə AMEA Milli Azərbaycan Tarixi Muzeyində Vətən Müharibəsi Fondu yaradılıb. Həm də respublikada ilk dəfə olaraq Vətən müharıbəsinə həsr olunmuş “Anadır arzulara hər zaman Qarabağ “ adlı sərgi acılıb, Zəfər ğünü ilə əlaqədar müxtəlif tədbirlər keçirilib.
AMEA Mill Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri Fəridə Şəms deyir ki, 2021-ci ilin yanvar ayında Milli Azərbaycan Tarixi Muzeyinin Elmi Şurasının qərarı ilə yaradılan Vətən Müharibəsi Fondunun məqsədi Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid və qazi olan həmvətənlərimizə məxsus geyim, xatirə əşyaları, sənədlərin, foto-şəkillərin toplanması, qorunması, tədqiqi, təbliği və bu mövzüya aid nəşrlərin hazırlanmasıdır: “...Fondda yer alan materiallar Birinci Qarabağ müharibəsini, 2016-cı ilin Aprel, 2020-ci ilin Tovuz döyüşlərini və 44 günlük Vətən müharibəsini əhatə edir. Burada Azərbaycanın Milli Qəhrəmanları general-mayor Polad Həşimova, polkovniklər İlqar Mirzəyevlə Şükür Həmidova, eləcə də Çingiz Qurbanova məxsus əşyalar və fotolar mühafizə olunur. Vətən müharibəsində xüsusi xidmətləri olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları, Dövlət Sərhəd Xidməti, Minatəmizləmə Agentliyi, Müdafiə Sənayesi Nazirliyi və digər qurumların şəxsi heyətlərinin geyim növləri, ləvazimat nümunələri, tədris və ideoloji vəsaitləri də fondda yerləşdirlib”.
Eksponatların arasında
Azərbaycan ordusunun
torpaqlarımızın azad edilməsi
zamanı erməni silahlılarından hərbi qənimət kimi götürdükləri nümunələr
də var. Eyni zamanda bu il ərzində 250 şəhidimizə
aid materiallar fonda daxil edilib. Ümumilikdə, 2 mindən çox material burada inventarlaşdırılıb.
Bu istiqamətdə işlər davamlı şəkildə aparılır.
Fond materialları əsasında
gələcəkdə sənədli
filmlərin və televiziya verilişlərinin
çəkilişi də nəzərdə
tutulub.
Fondda qorunan eksponatlar əsasında
2021-ci il mayın 19-da muzeydə “Anadır arzulara hər zaman Qarabağ” adlı sərginin birinci hissəsinin açılışı
olub.
Azərbaycanın Vətən müharibəsində
parlaq qələbəsi
və torpaqlarımızın
azad edilməsinə həsr olunmuş sərgi döyüş iştirakçılarına məxsus
eksponatlar əsasında
qurulub. Sərgidə
2020-ci ilin iyulunda baş vermiş Tovuz döyüşlərinin
iki qəhrəmanı
(general-mayor Polad Həşimov
və polkovnik İlqar Mirzəyev), həmçinin Vətən
müharibəsinin 101 şəhid
və qazisinin əşyaları nümayiş
olunur. Burada hərbi uniforma,
ləvazimat, qəlpə
və güllələr,
şəxsi sənədlər,
foto-şəkillər sərgilənir.
Muzeyin şöbə
müdirinin bildirdiyinə
görə, ümumilikdə
sərginin 30 vitrinində
557 eksponat, 12 informasiya-məlumat
paneli, 7 iriölçülü
banner, 204 ədəd foto-şəkil
nümayiş olunur: “Həmçinin “Ermənistanın
dövlət
terrorzmi azərbaycanlı
fotoqrafların obyektivində”
adlı foto-sərgidə
44 günlük müharibə
dövründə Azərbaycanın
dinc şəhər və kəndlərinə
atılmış raket-artilleriya
zərbələrinin dağıntıları,
eləcə də 30 ilə yaxın müddətdə işğal
olunmuş ərazilərdə
həyata keçirilmiş
vandallığı təsdiqləyən,
7 fotoqrafın çəkdiyi
50 ədəd foto-şəkil
burada özünə
yer alıb. Bunlarla yanaşı, Gəncə və Bərdəyə atılmış
raket zərbələrini
nümayiş etdirən
onlarla eksponat, 4 iriölçülü diorama ilə də burada tanışlıq mümkündür”.
May ayından başlayaraq muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsi
tərəfindən “Anadır
arzulara hər zaman Qarabağ” adlı sərgi çərçivəsində “Xarıbülbül
- Qələbə rəmzi”
adlı silsilə ustad dərsi keçirilib. Adıçəkilən şöbənin əsas fəaliyyət istiqamətlərindən biri
gənclərin vətənpərvərlik
tərbiyəsidir. Bu məqsədlə
Milli qəhramanlara, şəhidlərə həsr
olunmuş tədbirlər silsilə
xarakter alıb. Fevralın 9-da Zoom platformasında
məktəblilərlə birgə
“Mübariz İbrahimov
Azərbaycan əsgərinin
qəhrəmanlıq rəmzidir”,
aprelin 7-də onlayn formatda 2016-cı il - Aprel döyüşlərinə,
iyunun 9-da Vətən
müharibəsi şəhidi
Elvin İslamovun anım
gününə həsr
olunan, sentyabrın
29-da yenə də Vətən müharibəsindən
bəhs edən, Gəncə və Bərdə məktəblilərinin
iştirakı ilə
tədbir keçirilib. İl ərzində şöbənin
elmi işçisi, “Gənc muzeyşünaslar
və muzeysevərlər
klubu”nun rəhbəri Sahibə Ələkbərovanın klubun
üzvləri ilə
“Tarix yazan qəhrəmanlar” layihəsi
çərçivəsində şəhid Şəhriyar
Qasımovun, Yaqub Yaqubzadənin, Tural Abdullayevin ailələri ilə keçirdiyi görüşlər
də yaddaqalan olub..
Muzeydə bu ilin may ayının 18-dən
başlayaraq, “Yolumuz Qarabağadır! Qarabağ
Azərbaycandır!” layihəsi
çərçivəsində “Gənc muzeyşünaslar
və muzeysevərlər
klubu”nun üzvləri
Laçın, Füzuli,
Cəbrayıl, Qubadlı,
Xocalı, Ağdam tarix-diyarşünaslıq muzeylərini,
eləcə də Mahrızlı kəndində
fəaliyyət göstərən
Rahib Məmmədov adına Ağdam rayon Döyüş Şöhrəti
Muzeyini ziyarət etməklə, işğaldan
sonrakı illərdə
adıçəkilən mədəniyyət
müəssisələrinin işləri ilə yaxından tanış olmuşlar. Bütün bunlar gənc
muzeyşünasların gələcək
fəaliyyətlərində mühüm amillərdən
hesab edilir.
Məhəmməd NƏRİMANOĞLU,
Azərbaycan.- 2022.- 11 yanvar.- S.7.