Buta Airways” aviaşirkəti Bakıdan KazanUfa şəhərlərinə uçuşları bərpa edir

 

Buta Airways” aviaşirkətinin Mətbuat xidmətinin məlumatına görə, cari ilin mart ayında “Buta Airways” aviaşirkətinin uçuş marşrutları xəritəsinə eyni zamanda iki Rusiya şəhəri daxil ediləcək. Aviadaşıyıcı Heydər Əliyev Beynəlxalq Aeroportundan iki istiqamət üzrə - KazanUfa şəhərlərinə xüsusi reyslərin açılması barədə elan verib.

Hər iki istiqamətdə reyslər həftədə iki dəfə yerinə yetiriləcək.

Bakı-Kazan-Bakı marşrutu üzrə uçuşlar martın 16-dən başlayacaq və həftənin çərşənbə və şənbə günləri həyata keçiriləcək. Bakı-Ufa-Bakı marşrutu üzrə uçuşlar isə martin 17-dən tarixindən başlayacaq və həftənin cümə axşamı və bazar günləri həyata keçiriləcək.

Ölkədəki epidemioloji vəziyyətlə əlaqədar tətbiq olunan məhdudiyyətləri və qaydaları nəzərə alaraq aviaşirkət biletləri yalnız iki tarif üzrə təklif edir - “Standart” və “Super”. Hər iki tarifə ödənişsiz yer seçimihava limanında qeydiyyat daxildir.

Həmin reyslərə biletləri “Buta Airways” aviaşirkətinin rəsmi saytından (“Super” və “Standart” tarifləri üzrə), həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərindən (yalnız “Supertarifi üzrə) əldə etmək mümkündür.

Aviabiletlərin dəyəri 55 avrodan başlayır.

Pandemiya dövründə qeyd edilən reyslərə həm gediş, həm də gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun birinci Terminalında xidmət göstərilir.

Reyslərə yalnız COVID-19 pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunur.

Rusiyaya səfər etməyi planlaşdıran Azərbaycan vətəndaşları bu ölkə ərazisinə giriş hüququna malik olmalıdırlar. Qeyd edilən reyslərlə yola düşən bütün sərnişinlər “COVID-19 olmadan səyahət edirəm” mobil əlavəsini smartfonlarına yükləməli və pasportlarının skan edilmiş versiyasını, həmçinin COVID-19 üçün PCR - testinin nəticəsini həmin mobil əlavəyə daxil etməlidirlər. Pandemiya dövründə Rusiyaya giriş qaydaları aviaşirkətin saytında dərc olunmuşdur: https://www.butaairways.az/az/covid/russia.

Azərbaycanda COVID-19-a dair testdən keçmək üçün klinikaların siyahısı aviaşirkətin rəsmi saytında təqdim edilmişdir: https://www.butaairways.az/az/covid/clinics.

Sərnişin Rusiya şəhərlərindən Azərbaycana uçuş zamanı COVID-19-a dair testi dövlət tərəfindən akkreditə olunmuş və PCR - testi üsulu ilə analiz götürən istənilən klinikaya laboratoriyada verə bilər. PCR - testinin mənfi nəticəsi barədə arayışda onun həqiqiliyini təsdiq edən QR - kodun olması tövsiyə edilir. Belə kodun mövcudluğu hava limanında rəsmiyyət prosedurlarından daha sürətli keçməyə kömək edəcəkdir.

COVID-19 testinin nəticəsi uçuşdan əvvəl 72 saat ərzində etibarlı olmalıdır.

 

Azərbaycan.- 2022.- 11 yanvar.- S.8.