M.Ə.Salmanovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”
ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında elmin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Məmməd Əhəd oğlu Salmanov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 yanvar
2022-ci il
Azərbaycan. - 2022.- 11 yanvar.- S.2.