Omikron” ştamından xilas olmağın ən effektli yolu vaksinasiyadır

 

Dünyada yeni qlobal bəlaya çevrilmişomikron”, çox təəssüf ki, Azərbaycanda dagöründü”. Belə ki, aparılan araşdırmaların növbəti mərhələsində ölkə xaricindən gələn şəxslərdən götürülmüş nümunələrdən 12-də SARS-CoV-2 21K “omikron” variantı aşkarlandı.

Bu ştam ilk dəfə ötən ilin noyabrında Afrikanın cənubunda aşkarlanıb. Mütəxəssislər “Omikron” ştamının pandemiya dövründə alimlərin müəyyən etdiyi digər ştamlarla müqayisədə daha sürətlə yayıldığını və çox sayda mutasiyaya malik olduğunu diqqətə çatdırıblar.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət AgentliyiTibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında qeyd edilib ki, aparılan tədqiqatların nəticələri bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli variantlarından qorunmağın ən effektiv yolu vaksinasiyadır. Azərbaycanda epidemioloji vəziyyətin sabit qalmasına əhalinin vaksinasiyada aktiv iştirakı nəticəsində nail olunub.

Ölkə vətəndaşlarını yayılan yeni ştamdan qorunmaq üçün səhiyyə qurumları ikinci dozadanya xəstəliyə yoluxub sağaldıqdan 6 ay sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq, bədənin anticisimlərini yenidən yüksək səviyyəyə çatdırmaq üçün gücləndirici (buster) doza ilə peyvəndləməyə çağırıb.

Əsas tövsiyələrdən biri vaksinasiya ilə yanaşı, xüsusi karantin rejiminin qaydalarına ciddi əməl etməkdir. Belə ki, maskalardan istifadə, fiziki məsafənin saxlanılması və gigiyenik qaydalara riayət etmək bu gözəgörünməz bəladan qounmağın ən vacib, ən zəruri şərtlərindəndir. Mütəxəssislərin fikrincə, yalnız bu qeyd olunanlara ciddi yanaşmaqla, əməl etməklə variantından asılı olmayaraq koronavirusa qalib gəlmək, amansız xəstəlikdən qorunmaqnormal həyata qayıtmaq mümkündür.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva bildirib ki, Azərbaycanda COVID-19-un yeni aşkarlananOmikron” ştamı yoluxma sürətinə görə dünya ölkələrində bir neçə aydır ki, aktuallığını qoruyub saxlayır. O deyib: “Hətta bir sıra ölkələrdə yeni yoluxmaların böyük əksəriyyəti məhz “omikron” ştamı ilə bağlıdır. Bəzi ölkələrdə pandemiya başlayandan bugünə qədər “omikrondan sonra rekord sayda yoluxma qeydə alınıb. Pandemiyanın başladığı ilk günlərdən indiyə kimi virusdan qorunma üsulları, demək olar ki, dəyişməyib. Sadəcə olaraq, xəstəlik əleyhinə peyvəndlər aşkar edildikdən sonra əsas profilaktik vasitə vaksinasiyadır. Digər sanitar-gigiyenik qaydalar isə eynidir”.

TƏBİB-in rəsmisi koronavirusun istənilən ştamından qorunmaq üçün peyvəndlərdən istifadənin vacibliyini nəzərə çatdırıb. O vurğulayıb ki, peyvəndlər aktuallığını, bütün ştamlara qarşı effektivliyini qoruyub saxlayır: “Vətəndaşlar özlərini və yaxınlarını qorumaq üçün peyvəndləmə prosesində aktiv iştirak etməlidirlər. Hətta iki doza peyvənd alanlar da 5 ay keçdikdən sonrabusterdoza vurdurmalıdırlar. Nəzərə almaq lazımdır ki, vaksinasiyadan bir müddət sonra immunitet zəifləməyə başlayır. Bu, həm xəstələnmə, həm də vaksinasiya nəticəsində yaranmış immunitetə aiddir. Yəni, hər kəs “busterdoza ilə mütləq peyvəndlənərək xəstəliyə qarşı güclü immunitetin yaranmasına nail olmalıdır. Təbii ki, şəxsi gigiyena qaydalarına əməl etmək, kütləvi toplaşmalardan uzaq durmaq, yaxın kontaktlardan çəkinmək də vacibdir”.

Qeyd edək ki, qısa müddətə onlarla ölkədə aşkar edilmiş koronavirusun yeni variantı yenidən qapanma qərarlarının müzakirəsinə səbəb olub. Bəs Azərbaycanda vəziyyət necə olacaq? “Omikronvirusunun tapılması yenidən qapanmalara gətirib çıxara bilərmi?

Həkim-infeksionist Nəzrin Mustafayeva vətəndaşlara xəstəlik əlamətləri hiss etdikdə evdən çıxmamağı, digər şəxslərlə, yaxın ətrafla təmasda olmamağı tövsiyə edib. Vurğulayıb ki, COVID-19 simptomu hiss edən vətəndaşlar test cavabı çıxana qədər özlərini izolyasiya etməlidirlər. “Hesab edirəm ki, həmin qaydalara riayət etsək, xüsusilə də vaksinasiyada aktivləşsək, “Omikron” ştamından da qısa müddətdə xilas ola bilərik”, - deyə Nəzrin Mustafayeva bildirib.

Mütəxəssisləri ümidləndirən məsələlərdən biriOmikron” ştamına yoluxanlar arasında koronavirusun digər variantları ilə müqayisədə ölüm göstəricilərinin aşağı olmasıdır. Belə ki, bu ştama yoluxanların sayının sürətlə artmasına baxmayaraq, xəstələr arasında ölüm faizi çox aşağıdır. Hazırda ABŞ-da bütün yoluxma hallarının 90 faiziOmikronla bağlıdır. Hətta 3-4 gün əvvəl ABŞ-da sutka ərzində rekord göstərici - 1 milyon yoluxma halı qeydə alınıb. Bütün bunlar həmin variantın daha sürətlə yayılma xüsusiyyətlərinə malik olmasını sübut edir. Ona görə də Azərbaycanda daOmikron” ştamının qeydə alınmasını nəzərə alaraq vətəndaşlar daha diqqətli davranmalı, kütləvi toplaşmalardan, mümkün qədər uzaq olmalıdırlar.

Bu fikirləri mətbuata açıqlamasında tibb elmləri doktoru, professor Əlizamin Sadiqov qeyd edib. Diqqətə çatdırıb ki, “Omikronun simptomları klassik ştamların əlamətləri ilə, demək olar ki, eynidir: “Həmin ştama yoluxanlarda xüsusilə yuxarı tənəffüs yollarının xəstələnməsi müşahidə edilir. Lakin ağciyərlərin zədələnməsi hallarına da rast gəlinə bilər. Digər ştamlarla müqayisədə daha az kəskindir. Ümumiyyətlə, “Omikron” ştamının təhlükəli olmaması təkcə həmin variantın xüsusiyyətləri ilə əlaqədar deyil. Bu, müəyyən qədər də kütləvi vaksinasiyanın effektidir. COVID-19-un hansı ştamının yayılmasından asılı olmayaraq, pandemiyanın sonlanmasının yeganə yolu vətəndaşların kütləvi vaksinasiyasıdır. İstənilən halda, “Omikron” ölkədə yenidir. Ona görə də yeni ştamın ölkənin epidemioloji vəziyyətinə necə təsir göstərəcəyi barədə dəqiq söz demək olmaz. Dünya təcrübəsi isə göstərir ki, ölüm halı yüksək olmasa da, bu variant əhali arasında xəstələnmə hallarını sürətləndirəcək”.

 

Zöhrə FƏRƏCOVA

 

Azərbaycan.- 2022.- 12 yanvar.- S.7