Ermənistanın hərbi-siyasi rəhbərliyi bölgədə
vəziyyətin gərginləşdirilməsinə görə
bilavasitə məsuliyyət daşıyır
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonu istiqamətində növbəti təxribatı ilə bağlı məlumat yayıb.
XİN-in Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, Müdafiə Nazirliyinin məlumat verdiyi kimi, 2022-ci il yanvarın 11-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz, əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub.
Qeyd olunub ki, Ermənistan tərəfinin hərbi təxribatları davam etdirməsini qətiyyətlə pisləyirik. İki dövlət arasında münasibətlərin normallaşması istiqamətində addımlar atmaq əvəzinə, dövlət sərhədində növbəti qanlı təxribatı törətməklə Ermənistanın hərbi-siyasi rəhbərliyi bölgədə vəziyyətin gərginləşdirilməsinə görə bilavasitə məsuliyyət daşıyır.
Allah
şəhidimizə rəhmət eləsin.
Azərbaycan.-
2022.- 12 yanvar.- S.7.