DSX-nin hərbi helikopterinin qəzaya uğraması nəticəsində həlak olmuş hərbi qulluqçuların anım mərasimləri keçirilib

 

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğraması nəticəsində həlak olmuş hərbi qulluqçuların anım mərasimləri keçirilib.

AZƏRTAC DSX-nin saytına istinadla xəbər verir ki, anım mərasimlərində iştirak edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və digər rəhbər vəzifəli şəxslər Bakıda İkinci Fəxri xiyabanda, Əmircan və Zirə qəsəbələrində, həmçinin Beyləqan rayonunda hərbi qulluqçuların məzarlarını ziyarət edib, əziz xatirələrini ehtiramla anıblar.

Xatırladaq ki, noyabrın 30-da DSX-nin Mİ-17 tipli helikopterinin təlim uçuşu yerinə yetirərkən qəzaya uğraması nəticəsində 14 hərbi qulluqçu həlak olub, 2 hərbi qulluqçu yaralanıb. Hadisə ilə əlaqədar Baş Prokurorluğun İstintaq İdarəsində cinayət işi başlanıb, aidiyyəti qurumların nümayəndələrindən ibarət istintaq qrupu yaradılıb.

 

Azərbaycan.- 2022.- 12 yanvar.- S.8.