Tanınmış qrossmeyster Vüqar Həşimovun xatirəsi
anılıb
Yanvarın 11-i Azərbaycanın görkəmli şahmatçısı Vüqar Həşimovun anım günüdür. Bu gün istedadlı şahmatçının əbədiyyətə qovuşmasından 8 il ötür.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar Vüqar Həşimovun ailə üzvləri, ölkəmizin idman ictimaiyyətinin nümayəndələri yanvarın 11-də ikinci Fəxri xiyabana gələrək mərhum şahmatçının məzarını ziyarət ediblər.
Tədbir iştirakçıları Vüqar Həşimovun məzarı önünə gül dəstələri qoyaraq, onun xatirəsinə ehtiramlarını bildiriblər.
Dünya şahmat tarixinin istedadlı zəka ustalarından biri olan V.Həşimov bu dünyadan köçsə də, onun xatirəsi şahmatsevərlərin qəlbində daim yaşayır. Təsadüfi deyil ki, hər il keçirilən ənənəvi Vüqar Həşimov memorialında iştirak etmək üçün dünyanın ən güclü şahmatçıları ölkəmizə gəlirlər. Bu, dünya şahmat elitasının Vüqar Həşimovun xatirəsinə yüksək ehtiramının göstəricisidir. Dünyanın bir çox ölkələrində Vüqarın xatirəsinə turnirlər təşkil edilir.
Şahmat
tariximizin parlaq
dühalarından biri olan
Vüqar Həşimov 1986-cı il iyulun 24-də Bakıda anadan olub. Bu intellektual
idman növünə kiçik
yaşlarından maraq göstərən Vüqar yüksək potensialı ilə diqqəti
cəlb edib, uşaqlıq illərində
“Şahmat klubu”
verilişindəki çıxışları ilə
tanınmağa başlayıb. 2002-ci ildə qrossmeyster
adını alan Vüqar
Həşimov buna qədər üç dəfə Azərbaycan çempionu olub. Müxtəlif
yaş kateqoriyalarında dünya
və Avropa çempionatlarının 21
medalını qazanan mərhum qrossmeyster 50-dən artıq beynəlxalq turnirin qalibi olub. V.Həşimovun 2009-cu ildə Azərbaycan
yığmasının heyətində Avropa
çempionatında həlledici görüşdə qələbəsi
şahmat tariximizdə ilk
dəfə Avropa çempionluğunun
qazanılmasında xüsusi rol oynayıb. Vüqar Həşimov
ömrünün son
anına qədər dünyanın ən güclü
şahmatçılarından biri hesab edilib.
Azərbaycan.-
2022.- 12 yanvar.- S.8.