Azərbaycanda Amerika Ticarət
Palatasının üzvləri ilə əmək qanunvericiliyinin təkmilləşdirilməsi məsələləri
müzakirə olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham Azərbaycan”) üzvləri ilə görüş olub.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi, ölkəmizdə sahibkarlığın inkişafının bütün istiqamətlər üzrə dövlət tərəfindən dəstəkləndiyini, ölkə iqtisadiyyatında özəl sektorun rolunun davamlı artmaqda olduğunu bildirib. Nazir biznes strukturları ilə sosial tərəfdaşlığa xüsusi əhəmiyyət verildiyini, əmək və məşğulluq sahələrində aparılan islahatlarda sahibkarlarla sosial dialoqa əsaslanan əməkdaşlığın həyata keçirildiyini diqqətə çatdırıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, S.Babayev əmək qanunvericiliyinin əmək bazarında yaranan yeni çağırışlara, müasir tələblərə uyğun təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması prosesində də işəgötürənlərin, o cümlədən özəl sektorun nümayəndələrinin iştirakına xüsusi önəm verildiyini qeyd edib. “AmCham Azərbaycan”da təmsil olunan şirkətlərlə bu sahədə də müsbət əməkdaşlıq təcrübəsinin formalaşdığını, təşkilatla nazirlik arasında mütəmadi görüşlər, müzakirələr keçirildiyini bildirib.
“AmCham Azərbaycan”ın prezidenti Nuran Kərimov əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində aparılan islahatların palata tərəfindən maraqla izlənildiyini, nazirlik və özəl sektor arasında əmək bazarına dair islahatlarla bağlı fikir və məlumat mübadilələri aparmağa, özəl sektorun təkliflərini təqdim etməyə imkan verən belə görüşlərin əhəmiyyətini vurğulayıb.
Görüşdə palatanın bir sıra təklifləri, o cümlədən qanunvericiliyə əmək funksiyalarının evdən yerinə yetirilməsi və distant iş ilə bağlı dəyişiklik və belə iş formasında əmək münasibətlərində hüquqi tənzimləmələrə dair təklifləri diqqətə çatdırılıb.
Həmin təkliflə bağlı bildirilib ki, Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında yeni qanun layihəsində “distant (məsafədən) iş”, əmək funksiyalarının elektron, proqram-texniki, telekommunikasiya vasitələri əsasında işəgötürənin iş yerlərindən kənarda yerləşən, əmək funksiyalarının yerinə yetirilməsi üçün münasib olan digər yerdə, məsələn evdə, mehmanxanada və s. yerinə yetirilməsi forması nəzərdə tutulub.
Həmçinin
əmək funksiyalarının distant (məsafədən)
iş formasında yerinə yetirilməsi
ilə əlaqədar əmək şəraitinin əlavə
şərtlərinin tərəflərin
qarşılıqlı razılığı ilə əmək
müqaviləsində müəyyən edilməsi təklifi
də layihədə əksini tapır. Eləcə
də distant iş ilə
bağlı əmək münasibətlərində hüquqi tənzimləmələrin
formalaşdırılması, işçilərin ezamiyyətə
göndərilməsi qaydalarının təkmilləşdirilməsi
və s. ilə bağlı palatanın təkliflərinə
dair müzakirələr aparılıb.
Azərbaycan.- 2022.- 13 yanvar.- S.7.