Azərbaycan istənilən təhdidi dərhal məhv
edəcək
İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir, iqtisadi müstəqillik əlbəttə ki, siyasi müstəqilliyin təminatçısıdır.
Bir vaxtlar iqtisadi müstəqilliyini təmin edə bilməyən, xaricdən aldığı yardımlarla keçinən, zəngin təbii ehtiyatları ola-ola əhalisinin enerjiyə tələbatını idxal hesabına ödəyən Azərbaycanın cəmi 30 il müddətində iqtisadiyyatına 300 milyard dollar investisiya qoyulması, xarici ölkələrə yatırımlar etməsi, valyuta ehtiyatlarını 63 milyard dollara yüksəltməsi hər ölkəyə nəsib olmayan tarixi zəfərdir. Dünya artıq müstəqil Azərbaycanı qlobal layihələr həyata keçirən, islahatlar aparan, regional əməkdaşlığa və qlobal enerji təhlükəsizliyinə əhəmiyyətli töhfələr verən, eyni zamanda güclü orduya sahib qüdrətli ölkə olaraq qəbul edir. İkinci Qarabağ müharibəsindəki şanlı Zəfərdən sonra regionda yaranan yeni reallıqlar və bölgədə diktənin Azərbaycana məxsus olması bir daha təsdiq edir ki, ölkəmiz Cənubi Qafqazın ən fəal siyasi və iqtisadi aktorudur.
Bu gün isə qalib Azərbaycan iqtisadi qüdrəti hesabına bütün bölgələr, kimi, işğaldan azad etdiyi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında da misli görünməmiş quruculuq işlərinə başlayıb. Bununla da bütün dünyaya mesaj verir ki, savaş deyil, sülh tərəfdarıdır və atılan bütün addımlar bölgədə sabitliyin, təhlükəsizliyin təminatına hesablanıb.
Ermənistan öhdəlikdən boyun
qaçırır
Yanvarın 12-də yerli televiziya kanallarına müsahibə verən Prezident İlham Əliyev bu məsələlərə bir daha ayrı-ayrılıqda aydınlıq gətirib, ötən il qazanılan uğurlardan, görülən işlərdən və qarşıya qoyulan vəzifələrdən danışaraq postböhran dövründə reallaşdırılması nəzərdə tutulan müxtəlif istiqamətli layihələrdən, islahatlardan söz açıb. Prezident həmçinin müharibədən sonra Ermənistanın yerinə yetirmək istəmədiyi öhdəliklərdən danışaraq bir daha bu ölkəyə növbəti xəbərdarlığını ünvanlayıb.
İşğaldan azad edilən ərazilərimizdə görülən işlərdən danışan Prezident qeyd edib ki, müharibədən sonra 2021-ci ildə bu istiqamətdə çox böyük proqram icra edilməyə başlanıb. Müharibədən çıxmış bir ölkə üçün bu, ən genişmiqyaslı proqramdır. Bu proqramı fərqləndirən odur ki, heç kimin yardımı olmadan Azərbaycanın öz gücü hesabına həyata keçirilir. İlkin olaraq Qarabağda və Şərqi Zəngəzurda minalardan təmizlənərək elektrik təsərrüfatı yaradılıb, yollar çəkilib. Təkcə Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı və Ermənistanla həmsərhəd olan bölgələrdə 700 kilometrə yaxın yol çəkilib, 7 yarımstansiya inşa edilib. Artıq Bərdə-Ağdam dəmir yolunun və Horadiz-Ağbənd-Zəngəzur dəhlizinin bir parçası olan dəmir yolunun inşasına başlanıb. Göygöldən Kəlbəcərə uzunluğu 11 kilometrdən çox olan tunel çəkilir.
Göründüyü kimi, Azərbaycan bölgədə təhlükəsizliyin təminatı üçün böyük layihələr reallaşdırır. Həm də 10 noyabr bəyanatının müddəalarında üzərinə düşən öhdəliklərin icrasını gerçəkləşdirir. Amma mənfur qonşumuz yenə də pis niyyətindən əl çəkmir, hətta bəzi hallarda mülki işçilərə belə güllə atmaqdan çəkinmir: “Bu da onu göstərir ki, Ermənistan əfsuslar olsun ki, İkinci Qarabağ müharibəsindən axıra qədər dərs almayıb”.
Deməli, müharibənin hərbi fazası başa çatsa da, informasiya fazası hələ də davam etməkdədir. Ermənistan sülh müqaviləsi imzalanmaqdan, sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı sazişdən və Zəngəzur dəhlizinin açılmasında üzərinə düşən öhdəliyin icrasından yayınmaq üçün guya vaxt qazanır. Amma onu da yaxşı bilir ki, İlham Əliyev bir neçə xəbərdarlıqdan sonra dediyini edir və sözünün arxasında durur. Ona görə də rəsmi İrəvan başa düşməlidir ki, bu yolun sonu yoxdur. Azərbaycan Prezidentinin də mesajı məhz bu istiqamətə yönəlmişdi.
İlham Əliyev eyni zamanda düşmənin son hərbi təxribatına da toxunub və qeyd edib ki, bu gün Ermənistanda həm iqtidarda, həm müxalifətdə, həm də cəmiyyətdə güclü revanşist əhvali-ruhiyyə var. Azərbaycanın hərbi qulluqçularına qarşı növbəti hərbi təxribat da bunun bir parçasıdır. Heç bir əsası olmayan təcavüz nəticəsində bu günlərdə Azərbaycanın hərbi qulluqçusu şəhid olub və bu, müharibədən sonra baş verən birinci hadisə deyil. Bu da onu göstərir ki, Azərbaycanın bundan əvvəlki cəza xarakterli bütün cavab tədbirləri Ermənistan üçün ibrət dərsi olmayıb. Ancaq hadisədən dərhal sonra Azərbaycan Silahlı Qüvvələri cinayətkarları cəzalandırmaq üçün qəti tədbirlər görüb və düşmən tərəfin 6-8 hərbi qulluqçusu məhv edilib, çoxları yaralanıb. Bu hadisədən bir qədər sonra erməni tərəfi təkidlə atəşin dayandırılmasını xahiş etməyə başlayıb. Nəticədə Azərbaycan yenə humanizm nümayiş etdirib. Bir sözlə, düşmən başa düşməlidir ki, Azərbaycan əsgərinin ölümü heç vaxt onlara bağışlanmayacaq: “Buna görə mən səmimi və açıq demişəm ki, əgər bizim təhlükəsizliyimizə azacıq da olsa təhdid görsək, bu təhdid harada, Ermənistan ərazisinin hansı dərinliyində olsa da, biz onu dərhal sadəcə məhv edəcəyik. Bunu hamı, ilk növbədə, Ermənistan rəhbərliyi bilməli və başa düşməlidir”.
Ermənistanın heç vaxt Azərbaycan qarşısında dayana bilməyəcəyini söyləyən dövlət başçısı vurğuladı ki, bizi dayandıran yeganə amil müharibə yox, sülh istəməyimizdir. Amma səbrimizlə də oynamasınlar.
Azərbaycana qarşı ədalətsizlik
İlham Əliyev bəzi beynəlxalq təşkilatlarda Azərbaycan və Ermənstana münasibət, xüsusən də Avropa İttifaqı (Aİ) tərəfndən hər iki ölkəyə ayrılan maliyyə vəsatinin həcmində böyük ayrı-seçkiliyin olmasına da aydınlıq gətirib və bunu ədalətsizlik adlandırıb. Hətta bu məsələ barədə qurumun rəhbəri Şarl Mişelə həm Bakıda, həm Brüsseldə dediyini də xatırladıb.
Maraqlidir ki, Aİ daha çox dağıntılara məruz qalmış Azərbaycana 140 milyon, Ermənistana isə 2,6 milyard avro maliyyə paketi nəzərdə tutur. Bu, təbii ki, ədalətsizlikdir.
Artıq bu,
Avropa məkanına yayılmış bir faktdır. Ona görə
də Azərbaycan Prezidenti haqlı olaraq bunun izahatını
istəyir. İlham Əliyev deyir ki, əgər bu ədalətsizlik həyatda öz
əksini taparsa, Azərbaycan səssiz qalmayacaq. Nəinki səssiz qalmayacaq,
bu, Avropa
İttifaqı-Azərbaycan əlaqələrinə çox böyük mənfi
təsir göstərəcək: “Çünki
əhali və ərazi baxımından Azərbaycan Ermənistandan
beş dəfə böyükdür.
Ermənistanda bir dənə də bina dağılmayıb. Bizim
Livan boyda ərazimiz
tamamilə yerlə-yeksan edilib. Bizə cəmi
140 milyon, onlara 2,6 milyard? Hansı əsasla,
əsas nədir?!
Qoy izahat versinlər. Mən məsələni elə qoymuşam ki, Ermənistana hansı şərtlərlə və
hansı məbləğdə
vəsait veriləcəksə,
eyni şərtlərlə
eyni məbləğdə
bizə də verilsin. O izahat ki, Azərbaycanın pulu çoxdur, Ermənistanın pulu azdır. Bu, nə
dərəcədə ədalətlidir?
Ola bilməz”.
Prezident dedi ki, son hadisələrdə
yeganə narahatlıq
və problem yarana biləcək məsələ
bu məsələdir.
Azərbaycanla Aİ arasında hər hansı başqa bir fikir ayrılığı
yoxdur. “Şərq
Tərəfdaşlığı”nın son Zirvə görüşü də
bunu göstərdi.
Dövlət başçısının
üç saata yaxın yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi
qətiyyətli fikirlər
bir daha onu deməyə əsas verir ki, artıq heç kim
Azərbaycanla təhdid
dili ilə danışa bilməz. Eyni zamanda Azərbaycan özünə qarşı
istənilən ədalətsizliyə
susqun qalmır və düzgünlük tələb edir. İlham Əliyevin cəsarətli
fikirləri, sərt xəbərdarlıqları bir
daha xalqda əminlik yaratdı ki, Azərbaycan bundan sonra də
öz Xilaskar Liderinin rəhbərliyi ilə bütün sahələrdə qarşıya
qoyulmuş vəzifələri
uğurla həyata keçirəcək.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.- 2022.- 14 yanvar.- S.5.