Dostluğun və qardaşlığın təcəssümü

 

Qarabağın işğaldan azad edilmiş ərazilərində quruculuq, bərpa və yenidənqurma işlərində də bunu görmək olur

 

 Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksəksəviyyəli əməkdaşlıq... Bütün bunların əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri gündən-günə möhkəmlənir.

Xalqlarımızın, ölkələrimizin sıx bağlılığı iki dövlətin başçılarının çıxışlarında da öz əksini tapır.

Ulu Öndər Heydər Əliyev hakimiyyətdə olduğu dövrdən başlayan qardaşlıq münasibəti bu gün yüksələn xətlə inkişaf edir. Çünki bu təməl Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verən Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub: Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının əbədi və daimi olduğunu təcəssüm etdirən “Biz bir millət, iki dövlətik” müdrik kəlamı bu gün də hər iki dövlətin vətəndaşları üçün örnəkdir.

Prezident İlham Əliyev də siyasi xəttində qardaş Türkiyə ilə münasibətlərə xüsusi önəm verib, bunu sözləri və əməlləri ilə təsdiq edib: “Bizim Türkiyə ilə qardaşlıq əlaqələrimiz dayanıqlıdır və reallaşdırılan layihələr bunu təsdiqləyir: aramızdakı qardaşlıq, dostluq əbədi olacaq, XXI əsr türk dünyası əsri olacaq...”

Türkiyə Cümhuriyyəti birmənalı şəkildə dost, qardaş Azərbaycanın yanında olduğunu hər zaman təsdiqləməkdədir. Yaxın tarixə nəzər salsaq bunun bir daha şahidi olarıq. Hələ 2016-cı ilin oktyabrında Türkiyənin Azərbaycandakı ozamankı səfiri Erkan Özoral deyirdi ki, burada fəaliyyət göstərən 2665 türk şirkəti 25 mindən çox insana imkanı yaradıb: “...Podratçı firmalarımız Azərbaycanda 2003-cü ildən indiyədək 11 milyard dollar dəyərində 347 layihə həyata keçirib. Qarşıya 2020-ci ilədək 15 milyard dollarlıq ticarət dövriyyəsi səviyyəsinə çatmaq hədəfi qoyulub. Türk şirkətlərinin Azərbaycandakı sərmayələrinin məbləği 9 milyard dollara çatıb. 2665 şirkətimiz 25 mindən çox insana imkanı təqdim edir. Podratçı firmalarımız Azərbaycanda 2003-cü ildən indiyədək 11 milyard dollar dəyərində 347 layihə həyata keçirib...”

Bunlar, əlbəttə, 4-5 il bundan əvvələ aid rəqəmlərdir. Qarabağın işğaldan azad edilmiş ərazilərində Türkiyə şirkətlərinin bərpa və yenidənqurma işlərindəki fəallıqları isə daha yüksək rəqəmlərdə özünün təsdiqini tapır.

Türkiyə şirkətləri Azərbaycanda 15,4 milyard dollar həcmində podrat layihələri reallaşdırıblar. Bu barədə Türkiyənin ticarət naziri Mehmet Muş ötən il dekabrın 14-də Bakıda keçirilən Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumunda deyib.

“Türkiyə şirkətləri Azərbaycanda 455 podrat layihəsi reallaşdırıblar. Üçüncü ölkələr vasitəsilə sərmayələr daxil olmaqla, Türkiyənin Azərbaycana investisiyalarının ümumi məbləği 12 milyard dollara çatır”, - deyə nazir qeyd etmişdi.

İşğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq proseslərində Türkiyə, İtaliya, Çin, Böyük Britaniyadan olan şirkətlər iştirak edirlər. Artıq onların sırasına dünya miqyasında tanınan yeni şirkətlər və təşkilatlar, maliyyə qurumları da qatılmaq niyyətindədir. Onların arasında qardaş Türkiyə şirkətlərinin çoxluq təşkil etməsi, əlbəttə, təsadüfi deyil.

Azərbaycan-Türkiyə əməkdaşlığı dövlət başçılarının iradəsinə uyğun bu gün yeni inkişaf mərhələsinə qədəm qoyub. 44 günlük Vətən müharibəsində Türkiyənin göstərdiyi siyasi dəstək Azərbaycanın haqq işinin qazanılmasında böyük rol oynadı. İkinci Qarabağ müharibəsindəki tarixi Qələbə qardaş ölkələrin həm də iqtisadi əlaqələrinə və diplomatik gücünə, Azərbaycan-Türkiyə amilinin möhkəmlənməsinə töhfə verdi. Azərbaycan Prezidenti İlham Əliyev bu və digər amilləri nəzərə alaraq demişdir: “Bu, bizim müştərək qələbəmizdir, Türkiyə-Azərbaycan birliyinin təsdiqidir. Bu gün bu birlik tarixdə bəlkə də ən yüksək səviyyədədir”.

Qarabağın və ona bitişik ərazilərimizin işğaldan azad edilməsindən sonra hər iki qardaş xalq və ölkənin bir-birinə dəstəyi bu dəfə quruculuq və yenidənqurma işlərində özünü göstərməkdədir. Qarşılıqlı əməkdaşlığın ən yüksək göstəricisinin nəticəsidir ki, 2021-ci il iyun ayının 15-də Şuşada Azərbaycan və Türkiyə prezidentləri 1921-ci il 13 oktyabr tarixli Qars müqaviləsinə sadiq olduqlarını bildirərək, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzaladılar. Bəyannamə ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə, o cümlədən siyasi, iqtisadihumanitar sahələrdə davamlı inkişafını təmin edəcək.

2021-ci il oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində Cocuq Mərcanlıda fəaliyyət göstərəcək Suvenir İstehsalı Müəssisəsi barədə məlumat verilərkən bildirildi ki, “Cocuq Mərcanlının İnkişafı” Fondu, “TÜİB” və “TİKA”nın maliyyə dəstəyi ilə yaradılacaq müəssisədə Cocuq Mərcanlı kəndinin 25 sakini işlə təmin olunacaq. İstehsalın təşkili üçün Türkiyədən mütəxəssislər cəlb edilib. Bundan əlavə, “TİKA”nın dəstəyi ilə 15 istixana yaradılıb. Əsas məsələ Türkiyə şirkətlərinin Azərbaycanda fəaliyyət sahələrinin genişləndirilməsi, xüsusən də Qarabağın dirçəldilməsi layihələrində iştirakında daha yaxından iştirak etməkdir.

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda tikinti işlərinin gedişi ilə bağlı məlumat verilərkən isə qeyd edildi ki, uzunluğu 81 kilometr olan yolun 50-ci kilometrdən 81-ci kilometrə qədər hissəsini Türkiyənin “Kolin İnşaat” və “Çingiz İnşaat” şirkətləri tikirlər. Türkiyə şirkətlərinin işlədiyi hissədə 6 kilometr uzunluqda tunel və 7 yol ötürücüsü tikiləcək. Tunellərin ümumi uzunluğu 6500 metrdir. Şuşa şəhərinin girişində olan 4-cü və 5-ci tunellər isə artıq tikilib ki, biri 431, digəri isə 530 metr uzunluğundadır.

Türkiyəyə məxsus şirkətlər tərəfindən Kəlbəcərin ərazisində də uzunluğu 12 kilometr olan tunellər inşa edilir. Bu, Azərbaycanda ən böyük tuneldir: 11 min 600 metrdir. Artıq o tunelin 350 metri qazılmışdır. Laçın-Kəlbəcər tunelitikilir. Azərbaycanın Qarabağ ərazisində Türkiyə şirkətləri tərəfindən toplam 62 kilometr uzunluqda tunel tikilir. Hazırda Türkiyə şirkətlərində 6587 işçi çalışır. Onların 1832 nəfəri Türkiyə, 4500 nəfəri isə Azərbaycan vətəndaşıdır. Ümumilikdə Qarabağ zonasında işləyən şirkətlərdə 13 min 280 nəfər çalışır.

Zəngəzur dəhlizi yolunun Ağbəndə, Ermənistan sərhədinə qədər olan hissəsi 123,6 kilometrdir. Bu yolun üzərində də 3 tunel olacaq ki, üst-üstə 3610 metrdir. Bu hissədə bütün yoluKalyon” şirkəti tikir. Həmin yolun üzərində Zəngilan hava limanı da yerləşir. Hava limanına gedən yolun 20 kilometrlik hissəsini “Kalyonla birlikdə Azərbaycan şirkəti tikir.

Kalyon” şirkəti tərəfindən işin demək olar ki, 45 faizdən çoxu yerinə yetirilib. Kolin İnşaatisə Qarabağda 29,4 milyon dollarlıq avtomobil yolunun tikintisi tenderinin qalibi olub.

Zəngilanda “Dost Aqropark”ın açılışında qeyd edildi ki, türk azərbaycanlı sərmayədarlar tərəfindən Zəngilanda həyata keçiriləcək “Dost Aqroparklayihəsi üç mərhələdə icra olunacaq. Aqropark tam işə düşdükdən sonra burada 500 nəfərə işləmək imkanı yaradılacaq.

Azərbaycan Prezidentinin fikrincə, regional beynəlxalq miqyaslı layihələrdə, hətta dünya çapında Türkiyə Azərbaycan əməkdaşlığı, qardaşlığı önəmli amilə çevrilib: “...Mən bu gün fürsətdən istifadə edərək Azərbaycanın azad edilmiş torpaqlarında fəaliyyət göstərən bir çox Türkiyə şirkətlərinə öz təşəkkürümü bildirmək istəyirəm. Onların yorulmaz səyləri nəticəsində bu gün bu bölgədə yollar salınır, dəmir yolları çəkilir, tunellər tikilir, infrastruktur layihələri gerçəkləşir. Bu, bir daha bizim birliyimizin, qardaşlığımızın təcəssümüdür. Tam əminəm ki, bundan sonra da Türkiyə Azərbaycan iki qardaş ölkə kimi bir yerdə irəli gedəcək, xalqlarımız bir-birinə daha da yaxın olacaq, dövlətlərimiz bundan sonra da uğurlu əməkdaşlıq edəcək. Beləliklə, Türkiyə ilə Azərbaycanın birgə gücü daha da təsirli olacaq...”

Türkiyə Prezidenti R.T.Ərdoğan isə Azərbaycanın bütün dünyaya örnək olacaq inkişaf modelini yüksək dəyərləndirdi: “...Bu fəaliyyətə liderlik edən

İlham qardaşımı əməyi keçən hər kəsi ürəkdən təbrik edirəm. Podratçı firmaları təbrik edirəm. Bütün texnika parkları ilə podratçı firmaların ürəkdən çalışması ən yüksək təqdirəlayiqdir. Türkiyə olaraq, biz bu fəaliyyətlərdə üzərimizə düşəni etməkdə, qardaş Azərbaycana bütün imkanlarımızla dəstək olmaqda davam edəcəyik. Azərbaycan bölgənin əsl potensialının həyata keçirilməsinə mane olan işğalı şanlı Zəfəri ilə sona çatdırdı, BMT Təhlükəsizlik Şurasının illərdir tətbiq olunmayan qətnamələrini özü həyata keçirdi”.

Beləliklə, deyə bilərik ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi quruculuq-abadlıq işlərini həyata keçirən ölkəmiz üçün yeni imkanlar açır. Xalqımız qardaş dost ölkələrlə birlikdə bu mühüm missiyanı uğurla başa çatdıracaq. Əlbəttə, burada qardaş Türkiyənin yaxından iştirakı isə mühüm önəm kəsb edir. Bu həm Azərbaycan-Türkiyə dostluğunun qardaşlığının təcəssümüdür. Qarabağımızın işğaldan azad edilmiş ərazilərində dinc quruculuq, bərpa yenidənqurma işlərində bu qarşılıqlı səmimiyyət özünü göstərir.

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2022.-14 yanvar.- S.6.