Ankaranın Atakule qülləsi yenidən Azərbaycan bayrağının
rənginə boyanıb
Azərbaycanla Türkiyə arasında diplomatik münasibətlərin
bərpasının 30-cu ildönümü
münasibətilə Ankaranın
simvollarından biri olan Atakule qülləsi
Azərbaycan bayrağının
rənglərinə boyanıb.
AZƏRTAC xəbər verir ki, qüllənin üzərində Türkiyə
və Azərbaycan bayraqları, həmçinin
türk və ingilis dillərində
"Türkiyə-Azərbaycan diplomatik münasibətlərinin
30 illiyi mübarək
olsun!” sözləri
yazılmış lövhə
əks olunub.
Qeyd edək ki, Azərbaycana
və qardaşlığımıza
aid əlamətdar günlərdə
həmrəylik nişanəsi
olaraq Atakule qülləsinin Azərbaycan
bayrağının rənglərinə
boyanması ənənə
halını alıb.
Azərbaycan.- 2022.- 15 yanvar.-
S.3.