Hərbi qulluqçuların psixoloji
sahədə maarifləndirilməsi üzrə tədbirlər
keçirilib
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, nazirliyin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin psixoloqlarının Respublika Hərbi Prokurorluğunun və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri ilə birlikdə bölmələrdə şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin və sosial problemlərinin öyrənilməsinə, hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsində komandirlərə kömək göstərilməsinə dair tədbirlər keçirilib.
Müdafiə
Nazirliyinin mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki, tədbirlər
çərçivəsində hərbi qulluqçuların
fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi,
əsəbi-psixi vəziyyətlərinin qiymətləndirilməsi,
hərbi xidməti təhlükəsizliyinin təmin edilməsi,
şəxsi heyətin sağlamlığının
qorunması, hüquq qaydalarının və
hərbi intizamın möhkəmləndirilməsi, digər mövzularda söhbətlər
aparılıb. Həmçinin bu istiqamətdə
sosial-psixoloji testlər və fəaliyyətlərin
səmərəliliyinin artırılması məqsədilə
komandir-rəis heyəti ilə təlimat-metodiki məşğələlər
keçirilib, tövsiyələr verilib.
Azərbaycan.-
2022.- 15 yanvar.- S.3.