Yeni Azərbaycan Partiyası Veteranlar
Şurasının iclası keçirilib
Yanvarın 14-də Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının iclası keçirilib.
Partiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Veteranlar Şurasının sədri Arif Rəhimzadə iclasın gündəliyinə daxil olan məsələlər barədə məlumat verib. İclasda YAP Veteranlar Şurasının ötən il ərzindəki fəaliyyəti barədə hesabat məruzəsi dinlənilib.
Sonra
Şuranın 2022-ci il üçün
Tədbirlər Planı müzakirə olunub.
Təkliflər və əlavələr nəzərə
alınmaqla Tədbirlər Planının təsdiq olunması
barədə qərar qəbul edilib.
Azərbaycan.-
2022.- 15 yanvar.- S.3.