Qafqazın ən böyük
külək-elektrik stansiyası
300 min ev elektrik enerjisi ilə təmin ediləcək,
220 milyonkubmetrqazaqənaətolunacaq, 400
mintonkarbonqazınınatmosferə atılması azalacaq
Yanvarın 13-də Azərbaycanın iqtisadi-siyasi həyatında daha bir tarixi hadisə yaşandı. Gülüstan sarayında 240 MVt gücündə “Xızı-Abşeron” Külək-Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirildi.
Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa ediləcək bu stansiya Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verəcək. Azərbaycanda bərpaolunan enerji sektorunda ən böyük külək elektrik stansiyası olacaq “Xızı-Abşeron” KES həm ölkəmizin enerji təhlükəsizliyinə töhfə verəcək, həm də təbii qaza qənaətlə bağlı məsələlər həllini tapacaq. Eyni zamanda ətraf mühitə mənfi təsirin azaldılması istiqamətində bu stansiyanın çox böyük əhəmiyyəti olacaq.
Dünyanın ilk hibrid
tipli elektrik
stansiyası Azərbaycandadır
XXI əsrdə məlum səbəblərdən ekoloji durumun korlanması, dünyanın karbohidrogen ehtiyatının tükənməsi və həmçinin dünyanın gündən-günə enerjiyə olan tələbatının artması ilə əlaqədar olaraq alternativ enerji mənbələrindən və xüsusilə külək enerjisindən istifadə edilməsi günümüzün mühüm məsələlərindəndir.
Külək qurğularının və günəş batareyalarının quraşdırılması ətraf mühitdə hər hansı bir ekoloji pozuntu (çirklənmə) ilə müşayiət olunmur. Bu qurğuların dünyanın bir çox yerlərində, eləcə də Abşeronda quraşdırılması və istisimarı üçün əlverişli yerlər mövcuddur.
Hazırda dünyada istehsal olunan enerjinin yalnız 15 faizi alternativ və bərpaolunan enerji mənbələrinin payına düşür. Bu enerjinin isə 79 faizi biokütlənin, 17 faizi suyun, 2 faizi geotermal, 1 faizi günəş və 1 faizi külək enerjisinin payına düşür.
Bu günə qədər Azərbaycanda ən böyük külək-elektrik stansiyası “Qobustan” Hibrid Elektrik Stansiyası idi. 2011-ci ilin sentyabr ayında Prezident İlham Əliyevin iştirakı ilə Qobustanda açılışı olan stansiyada külək, Günəş və bioqaz qurğusundan əldə olunan elektrik enerjisi istehsal edilir. Bu, həm də külək, Günəş və bioqaz stansiyalarını birləşdirən dünyanın ilk hibrid tipli elektrik stansiyası hesab olunur. 38 hektar ərazidə inşa olunan Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzi külək, Günəş və bioqaz stansiyaları ilə təchiz edilib.
Ümumiyyətlə, Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Enerji resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq, ölkəmizdə bərpa-olunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpaolunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarətdir.
“Xızı-Abşeron” Külək-Elektrik Stansiyasının təməlinin qoyulmasını da bu siyasətin növbəti təntənəsi adlandırmaq olar. Bu stansiyanın investoru tanınmış və bu sahədə böyük təcrübəsi olan “ACWA Power” şirkəti, həmçinin enerji sahəsində dünyanın ən böyük müəssisəsidir. Şirkət tərəfindən inşa edilmiş stansiyaların enerji istehsalı gücü 42 min meqavatdan çoxdur. Yəni təsəvvür etmək o qədər də çətin deyil və şadam ki, bu şirkət Azərbaycana da maraq göstərir.
Xarici investorların
Azərbaycana marağı
getdikcə artır
Müstəqilliyinin bərpasından ötən
30 ildə Azərbaycan
iqtisadyyatına 300 milyon
dollar investisiya yatırılıb. Bu investisiyanın yarısı
xarici investisiyadır.
Hər ötən il xarici
investorların maraq göstərdiyi Azərbaycanda
iş adamları üçün yaradılan
şərait, edilən
güzəşt onların
sayının artmasını
şərtləndirir.
Prezident İlham
Əliyev bütün
beynəlxalq tədbirlərdə,
xüsusən də Davos Forumunun toplantılarında xarici investorlara müraciət edir və Azərbaycanda
yaradılan biznes mühitinin şərtlərini
diqqətə çatdırır
və bununla da hər il onların sayında artım müşahidə olunur. İkinci Qarabağ müharibəsindəki şanlı
Zəfərdən sonra
Azərbaycan işğaldan
azad edilmiş torpaqlarımıza investisiya
yatırmaq istəyən
iş adamlarına böyük güzəştlər
tətbiq edib. Bu gün bir
çox Avropa ölkələrinin tanınmış
şirkətləri Qarabağ
və Şərqi Zəngəzurda layihələrini
gerçəkləşdirməkdədirlər.
“Xızı-Abşeron”
KES-in təməlqoyma mərasimində
İlham Əliyev bu məsələyə də toxunaraq bildirdi ki, Azərbaycanda
xarici investisiyaların
qorunması ən yüksək səviyyədədir. Son illər
Azərbaycanda, o cümlədən
energetika sahəsində
aparılan islahatlar, gözəl investisiya iqlimi, ölkəmizin uğurlu inkişafı, mövcud olan sabitlik, əmin-amanlıq,
təhlükəsizlik - bütün
bu amillər təbii ki, hər bir investor üçün önəmli
rol oynayır: “Xarici investorlar yaxşı bilirlər ki, bizim sözümüz
imzamız qədər
qiymətlidir və dəyərlidir. Bu möhtəşəm “Gülüstan”
sarayında 1994-cü ildə
imzalanmış “Əsrin
müqaviləsi” artıq
uzun illərdir ki, icra edilir
və o müqavilədə
bir söz, hətta bir vergül belə dəyişdirilməyib. Bütün digər
müqavilələrə, böyük
xarici şirkətlərlə
imzalanmış müqavilələrə
bizim münasibətimiz
buna bənzərdir.
Ona görə Azərbaycana
10 milyardlarla dollar həcmində
xarici sərmayə qoyulub”.
İlham Əliyev bildirdi ki, Azərbaycan müstəqillik dövründə
uzun illər ərzində öz enerji təhlükəsizliyinin
təmin edilməsi üçün fəal çalışıb. Azərbaycan dünya
miqyasında nadir ölkələrdəndir
ki, həm xam neft, həm
təbii qaz, neft məhsulları, həm də elektrik enerjisini daxili tələbatı ödəmək üçün
tam istehsal edir və eyni zamanda
bu dörd məhsulu dünya bazarlarına ixrac edir. Beləliklə, ölkəmizin enerji
təhlükəsizliyi tam təmin
edilib və ildən-ilə artan təbii qazın və elektrik enerjisinin ixracı digər ölkələrin
enerji təhlükəsizliyinə
də müsbət təsir göstərir.
Prezident işğaldan azad olunmuş ərazilərimizin
də imkanlarından söz açaraq investorlara mesaj ünvanlayıb. Qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə,
Cəbrayıl rayonunda
hazırda böyük
günəş-elektrik stansiyasının
tikintisi ilə bağlı danışıqlar,
müzakirələr aparılır.
Bu stansiyanın enerji istehsalı potensialı da 240 meqavata bərabər olacaq.
Onu da vurğulayaq ki, təhlillər nəticəsində işğaldan
azad edilmiş ərazilərdə bütövlükdə
10 min meqavata yaxın bərpaolunan külək və günəş elektrik enerjisinin istehsalının mümkünlüyü
bəlli olub. Prezident
dost ölkələrin investorlarının,
şirkətlərinin bu
imkanları da araşdırmağa və
Azərbaycanla bərabər
böyük layihələrə
start verməyə çağırıb.
Azərbaycan indi dünyanın enerji ixracatçıları sırasındadır
Bir vaxtlar özünün daxili enerji tələbatını
ödəyə bilməyən
və bunu idxalla təmin edən Azərbaycanın adı indi dünyanın
enerji ixracatçıları
sırasında çəkilir. Hazırda Azərbaycan
həm daxili tələbatı tam ödəyir,
həm də bütün qonşu ölkələrə elektrik
enerjisi ixrac edir. Qonşu ölkələrlə Azərbaycanı birləşdirən
yüksəkgərginlikli enerji
xətləri bu imkanı bizə yaradır, lazım olarsa, yeni xətlər
də çəkilə
bilər.
Bu gün
Azərbaycan Avropanın
enerji təhlükəsizliyinin
təminatçısıdır. Son illərdə region ölkələrində
və eyni zamanda Avropada elektrik enerjisinə tələbat artır.
Bəzi ölkələr nüvə
elektrik stansiyalarının
bağlanması ilə
əlaqədar qərarlar
qəbul ediblər.
Eyni zamanda dünyanın demək olar ki, gündəliyinin
ön sıralarında
olan “Yaşıl gündəliyi” də təsdiq edilib və Azərbaycan işğaldan azad edilmiş əraziləri
- 10 min kvadratkilometr ərazini
“Yaşıl enerji” zonası elan edib. Artıq bir neçə
su- elektrik stansiyası da inşa edilib.
Azərbaycanda “Xızı-Abşeron”
KES-in yaradılması bir
çox mənalarda olduqca önəmli və əhəmiyyətli
layihədir. Bu, uğurlu göstərici və digər potensial investorlar üçün də bir siqnaldır. Stansiyanın gücü külək hesabına əldə olunan 240 meqavat olacaq ki, bunun da
sayəsində 300 min ev elektrik enerjisi ilə təmin ediləcək. Eyni zamanda 220 milyon kubmetr qaza qənaət olunacaq və il ərzində
400 min ton karbon qazının
atmosferə atılması
azalacaq. Eyni zamanda Azərbaycanın
2030-cu ilə qədər
bərpaolunan enerji mənbələri sayəsində
30 faiz elektrik enerjisinin əldə olunması məqsədinə
əhəmiyyətli dərəcədə
töhfə veriləcək.
Prezidentin də söylədiyi kimi, bu müqavilə onu bir daha
təsdiq edir ki, Azərbaycanın bərpaolunan enerji potensialına dünyanın
böyük şirkətləri
tərəfindən yüksək
maraq var. Bunu da şərtləndirən
amillər sabitlik, əmin-amanlıq, əlverişli
biznes mühiti, investorlar üçün
yaradılan münbit şəraitdir.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.- 2022.- 15 yanvar.- S.1; 6.