Bakıda “Alman-Azərbaycan Ginekologiya günü” adlı tədbir olub

 

Yanvarın 14-də Milli Onkologiya Mərkəzi (MOM) Azərbaycan Onkoloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Alman-Azərbaycan Ginekologiya günü” adlı tədbir keçirilib.

Tədbir ərəfəsində Almaniyanın Gothe Universiteti Frankfurt Xəstəxanasının professoru Sven Becker ilə Milli Onkologiya Mərkəzinin (MOM) baş direktoru, akademik Cəmil Əliyevin görüşü olub.

AZƏRTAC xəbər verir ki, “Alman-Azərbaycan Ginekologiya günü”ndə MOM-in Onkoginekologiya şöbəsinin rəhbəri Şəmistan Alıyev mərkəzin baş direktoru, akademik Cəmil Əliyevin nitqini iştirakçıların diqqətinə çatdırıb: “Hörmətli qonaqlar, hər birinizi salamlayıram. Bildirmək istəyirəm ki, Alman-Azərbaycan Ginekologiya günü” qadın xəstəliklərinin profilaktikası müalicəsi, ümumilikdə qadın sağlamlığının qorunmasına həsr olunub. Bütün dünyada olduğu kimi, Azərbaycanda da onkoloji xəstəliklərin müalicəsi, eləcə qadınların sağlamlığı prioritet məsələlərdən biri kimi daim dövlətin nəzarətindədir”. C.Əliyev konfrans iştirakçılarını təbrik edib, onlara xoş əhvali-ruhiyyə arzulayıb konfransı açıq elan edib.

Konfransda Almaniyanın Gothe Universiteti Frankfurt Xəstəxanasının Milli Onkologiya Mərkəzinin mütəxəssisləri ginekoloji xəstəliklər zamanı müasir müalicə üsullarını əhatə edən müxtəlif mövzular barədə çıxış ediblər.

Professor Sven Becker tədbirdə ginekologiya, xüsusilə onkoginekologiya sahəsindəki ən yeni innovasiyalar, proqressiv müalicə metodları digər aktual məsələlər barədə məlumat verib. O, həmçinin Azərbaycan Almaniyanın müvafiq xəstəxanalarının həmin sahə üzrə gələcək əməkdaşlığından bəhs edib: “Ümid edirəm ki, gələcəkdə müəyyən onkoloji xəstəliklərin müalicəsi ilə bağlı təcrübə mübadiləsini analoji konfransların sayını artıracağıq. Cəmiyyətdə hətta bir sıra hallarda sosial problemlərə yol açan xəstəliklərin müalicə metodlarının bu cür işgüzar görüşlər çərçivəsində müzakirəsi çox faydalıdır”.

Tədbirdə Gothe Universiteti Frankfurt Xəstəxanasının Onkoginekologiya şöbəsinin müdiri Xəyal Qasımlı da təqdimatla çıxış edib. Həkim-mütəxəssis onkologiya sahəsindəki aktual xəstəliklərin gedişatı, profilaktikası müalicəsi barədə danışıb. Qeyd edib ki, ölkədə onkoloji xəstəliklərin müalicə müayinə metodlarında tətbiq edilən yeniliklər nəticəsində xəstəliklə mübarizədə irəliləyişə nail olunub.

Ümumilikdə təqdim edilən məruzələr “Ginekoloji cərrahiyyə Fertility. Əhəmiyyətli olan nədir?”, “Endometriozun müasir müalicəsi. Cərrahiyyə və konservativ müalicənin inteqrasiyası”, “Endometrium xərçənginin molekulyar profili. KRAS və PI3K siqnal yolu mutasiyalı endometrium xərçəngində  Polo-like Kinase 1 (PLK1)-ın proqnostikterapevtik əhəmiyyəti”, “3D laparoskopiyanın ve ICG texnologiyanın endometrial xərçəngin müalicəsində rolu”, “Konservativ müalicə yoxsa dərhal konizasiya? HSIL ve ACIS-ın yaş qruplarına görə və hamiləlikdə terapevtik strategiyası” mövzularını əhatə edib.

“Alman-Azərbaycan Ginekologiya günü” tədbirinin iştirakçıları ginekoloji xəstəliklərin artım dinamikası barədə fikir mübadiləsi aparıb, analoji toplantıların daha intensiv şəkildə reallaşdırılmasının zəruriliyini vurğulayıblar.

“Alman-Azərbaycan Ginekologiya günü” tədbiri hibrid formatda keçirilib və “Zoom” platforması üzərindən onlayn şəkildə yayımlanıb.

 

Azərbaycan.- 2022.- 15 yanvar.- S. 6.