Azərbaycan-Ukrayna strateji tərəfdaşlığında
yeni səhifə açıldı
Prezident İlham Əliyevin Kiyevə işgüzar səfəri, aparılan
danışıqlar, imzalanan sənədlər
mövcud əlaqələrin daha da inkişafına mühüm töhfə verdi
Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi müstəqil xarici siyasət yürüdən Azərbaycan dünyanın aparıcı güc mərkəzləri, əksər dövlətlər ilə qarşılıqlı maraqlara əsaslanan sıx tərəfdaşlıq münasibətləri qurub.
Azərbaycanın dünyanın ayrı-ayrı qütblərində yerləşən çoxlu sayda dövlətlərlə mövcud olan əlaqələri daha da genişlənməkdədir. Rəsmi Bakı diplomatik əlaqələrdən başlamış dərin siyasi, iqtisadi-ticari, humanitar-mədəni münasibətlərə qədər bir çox dövlətlə əməkdaşlıq edir. Lakin dostluq və qardaşlıq münasibətlərinə gəldikdə, bir neçə əsas dövlət yada düşür ki, onlardan da biri də Ukraynadır.
Yanvarın 14-də Prezident İlham Əliyevin bu ölkəyə səfəri, Ukrayna Prezidenti Volodimir Zelinski ilə keçirdiyi görüşlər, dövlət başçılarının mətbuata bəyanatları, iki ölkə arasında imzalanan yeni sənədlər strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi, əlaqələrin şaxələnməsi üçün real zəmin yaratdı.
30 illik diplomatik
münasibətlər
İki ölkə arasında diplomatik münasibətlər müstəqilliklərinin bərpasından qısa müddət sonra, 1992-ci il fevralın 6-da qurulub. Yəni gələn ay Azərbaycan-Ukrayna diplomatik münasibətlərinin 30 illik yubileyi qeyd ediləcək.
1996-cı ildə Ukraynanın Azərbaycanda, 1997-ci ildə isə Azərbaycanın Ukraynada səfirliyi açılıb.
İki dövlət arasında münasibətlərin əsasını 16 mart 2000-ci il tarixli Azərbaycan Respublikası və Ukrayna arasında dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında Müqavilə və 22 may 2008-ci il tarixli Azərbaycan Respublikası və Ukrayna arasında dostluq və strateji tərəfdaşlıq haqqında Bəyannamə təşkil edir.
Azərbaycanla Ukrayna arasında siyasi, iqtisadi, elmi, təhsil, mədəni və digər sahələrdə əlaqələr yüksələn xətlə inkişaf edir.
İki dövlət strateji tərəfdaşdır. Parlamentlərarası əlaqələr və qanunvericilik sahəsində əməkdaşlıq genişləndirilir.
BMT, AŞ, QDİƏT, GUAM, MDB və digər beynəlxalq və regional təşkilatlar çərçivəsində Azərbaycanla Ukrayna məsləhətləşmələr aparır və ənənəvi olaraq bir-birinə qarşılıqlı dəstək verir. Eyni zamanda iki ölkə terrorizm, mütəşəkkil cinayətkarlıq, narkotiklərin yayılması və digər təhlükəli növ cinayətlərlə mübarizə sahəsində fəal əməkdaşlıq edir.
Ötən ilin 11 ayı ərzində ölkələrimizin
ticarət dövriyyəsi 925 milyon dollardan çox olub. Bu, 2020-ci ilin anoloji dövründəki
611 milyon dollar ilə
müqayisədə 51,4 faiz artım deməkdir.
Ukrayna 2021-ci ilin 11 ayı ərzində Azərbaycandan 486 milyon dollarlıq neft idxal edib. Həmin dövrdə
Ukraynanın ümumi neft idxalının 695 milyon dollar olduğunu nəzərə alsaq, Azərbaycanın payı
70 faizə bərabərdir.
Bu, o deməkdir ki, Ukraynanın enerji təhlükəsizliyində
Azərbaycanın payı
həqiqətən çoxdur.
İki ölkə
arasında yeni 6 sənəd imzalandı
İndiyədək iki ölkə arasında 155 sənəd
imzalanıb. Prezident İlham Əliyevin
yanvarın 14-də Ukraynaya
səfəri çərçivəsində
iki ölkə arasında daha bir neçə sənədin imzalanması
gələcək əlaqələrin
inkişafına real zəmin
yaradıb.
Hər iki ölkənin Prezidenti Birgə Bəyannamə imzalayıblar. İki ölkə arasında “Qida təhlükəsizliyi
sahəsində əməkdaşlıq
haqqında” Saziş,
“İkitərəfli ticarətdə
təcili əməkdaşlıq
haqqında”, “Aqrar sahədə əməkdaşlıq
haqqında”, “Energetika
sahəsində əməkdaşlıq
haqqında” və “Torpaq münasibətləri,
dövlət torpaqlarının
idarə edilməsi və dövlət torpaq kadastrı sahəsində əməkdaşlıq
haqqında” Anlaşma
memorandumları imzalanıb.
Yəni iki ölkə arasında Birgə Bəyannamə, kənd təsərrüfatı, nəqliyyat,
energetika, ticarət sahələrinə aid olan
ikitərəfli 6 sənəd
imzalandı. Əlbəttə ki, bu sənədlər həmin
sahələrdə əlaqələrin
daha da dərinləşməsinə
real zəmin yaradacaq.
İlham Əliyev
vurğulad ki, qobal pandemiyaya baxmayaraq, iki ölkənin ticarət dövriyyəsi keçən
il 20 faizdən
çox artıb və yaxın gələcəkdə bunun
1 milyard dollar səviyyəsinə
çatması gözlənilir.
İmzalanan yeni sənədlər
və müzakirə olunan digər məsələlər, əlbəttə
ki, iki ölkə
arasındakı ticarət
dövriyyəsinin artırılmasına
da səbəb olacaq.
Eyni zamanda ərzaq təhlükəsizliyi ilə
bağlı əldə
edilmiş razılaşmalar
Azərbaycana imkan verəcək ki, öz ərzaq təhlükəsizliyini daha
geniş həcmdə
təmin etsin. Yeni sənədlər
həm də birgə müəssisələrin
yaradılması, kənd
təsərrüfatı məhsullarının
emalı və ixracı ilə bağlı birgə fəaliyyət üçün
zəmin yaradıb.
Ukrayna Prezidenti
isə dedi ki, 2024-cü ilə qədər ticarət dövriyyəsinin artırılması
ilə bağlı dəqiq planlar var. Ukrayna həmçinin bir sıra birgə
genişmiqyaslı layihələr
əsasında sərmayələrin
qoyulması, Azərbaycanda
bərpa işlərinin
aparılmasında iştirak
etmək fikrindədir.
Yəni,
Ukraynanın şirkətləri
Azərbaycanda həyata
keçirilən layihələrdə
fəal iştirak edə bilər.
Volodimir Zelinski onu da dedi
ki, prezidentlərin imzaladıqları Birgə
Bəyannaməyə əsasən
hər iki ölkə suverenlik və ərazi bütövlüyü məsələlərində
bir-birinə dəstək
verəcək, beynəlxalq
səviyyədə müəyyən
edilmiş sərhədlərin
qorunması üçün
çalışacaq. O cümlədən
tərəflər - Xəzər
və Qara dəniz hövzələrində
təhlükəsizlik məsələləri
ilə məşğul
olacaq, terrorçuluğa
qarşı mübarizə
aparacaq, bütün çətinlikləri birgə
nəzərdən keçirərək
istər regional, istər
qlobal çətinlikləri
araşdırıb cavab
həllərini hazırlayacaqlar.
İlham Əliyevlə
apardığı danışıqlar
zamanı tranzit potensialının da nəzərdən keçirildiyini
bildirən Volodimir Zelenski aviasiya sahəsində əməkdaşlığın
genişləndirilməsinin tərəfdarı olduğunu
söylədi: “Bir sıra təşəbbüsləri
irəli sürmüşük.
Tutaq ki, nəqliyyat dəhlizlərinin GUAM çərçivəsində
daha da genişləndirilməsində
iştirak etməliyik.
Burada Azərbaycan, Gürcüstan, Moldova və
Ukrayna var, bildiyiniz kimi, bu əlaqələr genişlənməlidir”.
Ukrayna Azərbaycanla
ticari-iqtisadi sahədə
uzunmüddətli əməkdaşlıq
etmək əzmindədir
Beləliklə, iki ölkə liderinin növbəti görüşlərində səsləndirdikləri
fikirlər, imzalanan sənədlər onu deməyə əsas verir ki, Ukrayna
Azərbaycanla münasibətlərin
inkişafında maraqlıdır
və ölkəmizlə
ticari-iqtisadi sahədə
sistemli və uzunmüddətli əməkdaşlıq
etmək əzmindədir.
Çünki əmtəə dövriyyəsinin
artırılması üçün
güclü potensial mövcuddur və iqtisadiyyatın inkişafı
ilə bağlı hər iki ölkə
rəhbərinin oxşar
baxışlarının olması
sayəsində geniş
istehsal kooperasiyası
üçün təməl
yaradılıb.
Bir sözlə, iki ölkənin liderləri arasındakı görüşdə
bütün sahələri
əhatə edən müxtəlif məsələlər
barədə danışıldı
və ən əsası, Ukraynanın ölkəmizə olan münasibəti bir sıra əhəmiyyətli
aspektlərdən diqqəti
cəlb etdi.
Bu görüş
iki ölkə arasında iqtisadi dövriyyənin artmasına,
nəqliyyat, logistika layihələrinin həyata
keçirilməsinə, həmçinin
işğaldan azad edilmiş torpaqlarımızda
yeni-yeni sənaye müəssisələrinin qurulması
prosesinə öz müsbət təsirini göstərəcək.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-
2022.-16 yanvar.- S.1- 2.